Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-772/2025 01.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, iddiаçı İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Beko kondisioner üçün 1338 manat ödənilməmiş hissə, 133 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********29307 Honor X9b markalı telefon üçün 937.44 manat ödənilməmiş hissə, 93.56 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Hoffmann üçün 615.6 manat ödənilməmiş hissə, 61.4 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********18462 Xıaomı Redmı 12 markalı telefon üçün 556.56 manat ödənilməmiş hissə, 55.44 manat cərimə borcu olmaqla, ümumilikdə 3791 manat borcun və 57.91 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh, "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, Beko kondisioner, İmei kod **********29307 Honor X9B markalı telefon, Paltaryuyan Hoffmann, İmei kod **********18462 Xıaomı Redmı 12 markalı telefon almış və nəticədə onun 3791 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1338 manat olan Beko kondisioner üçün 1471 manat olmaqla, ondan 1338 manat ödənilməmiş hissə, 133 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 937.44 manat olan İmei kod **********29307 Honor X9B markalı telefon üçün 1031 manat olmaqla, ondan 937.44 manat ödənilməmiş hissə, 93.56 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 615.6 manat olan Paltaryuyan Hoffmann üçün 677 manat olmaqla, ondan 615.6 manat ödənilməmiş hissə, 61.4 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 556.56 manat olan İmei kod **********18462 Xıaomı Redmı 12 markalı telefon üçün 612 manat olmaqla, ondan 556.56 manat ödənilməmiş hissə, 55.44 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirmələrinə baxmayaraq, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bərdə Rayon Məhkəməsinin qərardadı ilə İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmədə iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etdiyini, səhhəti ilə əlaqədar borcu ödəyə bilmədiyini, dörd müqavilə üzrə malları qüsursuz şəkildə qəbul etdiyini, bütün müqavilələrin onun özü tərəfindən imzalandığını, yaranmışborcu qısa müddət ərzində ödəyəcəyini bildirdi. İş materiallarına istinad: xx.xx.2024-cü il tarixli 09646036 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 1337.92 manat dəyərində mal 24 ay müddətinə hissə-hissə hər ay 55.75 manat ödənilməsi şərtilə Cavabdeh nisyə satılmışdır. xx.xx.2024-cü il tarixli 11681811 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 937.5 manat dəyərində mal 12 ay müddətinə hissə-hissə hər ay 78.12 manat ödənilməsi şərtilə Cavabdeh nisyə satılmışdır. xx.xx.2024-cü il tarixli ********* nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 615.6 manat dəyərində mal 18 ay müddətinə hissə-hissə hər ay 34.2 manat ödənilməsi şərtilə Cavabdeh nisyə satılmışdır. xx.xx.2024-cü il tarixli 02707591 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 556.55 manat dəyərində mal 18 ay müddətinə hissə-hissə hər ay 30.92 manat ödənilməsi şərtilə Cavabdeh nisyə satılmışdır. xx.xx.2024-cü il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1338 manat ödənilməmiş hissə, 133 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 937.44 manat ödənilməmiş hissə, 93.56 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 615.6 manat ödənilməmiş hissə, 61.4 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 556.56 manat ödənilməmiş hissə, 55.44 manat cərimə; müqavilələr üzrə cəmi 3447.6 manat ödənilməmiş hissə, 343.4 manat cərimə, ümumilikdə 3791 manat borcu vardır. xx.xx.2024/2 nömrəli Xəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilib. xx.xx.2024-cü il tarixli çekdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 57.91 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli 09646036 nömrəli, xx.xx.2024-cü il tarixli 11681811 nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli 02707591 nisyə alqı-satqı müqavilələri əsasında iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh mallar satılmışdır. İş üzrə iddiaçı "xxxx" MMC malları cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilələr üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli 09646036 nömrəli müqavilə üzrə 1338 manat ödənilməmiş hissə, 133 manat cərimə, xx.xx.2024-cü il tarixli 11681811 nömrəli müqavilə üzrə 937.44 manat ödənilməmiş hissə, 93.56 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 615.6 manat ödənilməmiş hissə, 61.4 manat cərimə, xx.xx.2024-cü il tarixli 02707591 nömrəli müqavilə üzrə 556.56 manat ödənilməmiş hissə, 55.44 manat cərimə, ümumilikdə 3791 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 57.91 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 09646036 nömrəli, xx.xx.2024-cü il tarixli 11681811 nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli 02707591 nömrəli müqavilələr üzrə ümumilikdə 3791 (üç min yeddi yüz doxsan bir manat) manat tutulаrаq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 57.91 (əlli yeddi manat doxsan bir qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulаrаq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bayram Məhərrəmov