Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-829/2022 17.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi İddiaçı nümayəndəsi (vəkili) Seymur Bunyət oğlu Zeynalovun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB tərəfindən ona əsassız olaraq yazılmış 216 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavadeh Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona 216 manat borc yazılmışdır. Bu borcun hüquqi əsası kimi Cavabdeh İB-nin 26.10.2020-ci il ******* saylı aktı əsasında yazdıqları, guya onun tərəfindən qaz sayğacına müdaxilə etməsi göstərilmişdir. Belə ki, cavabdeh olan Cavabdeh İB tərtib etdiyi 26.10.2020-ci il tarixli ******* saylı aktda qeyd edir ki, sayğacın hesablama mexanizminin plastmas borusunda dəlik aşkar edilmişdir. Həmin akta o imza etməmişdir. Cavabdeh İB-nin 23.09.2020-ci il tarixli ******* saylı aktla köhnə sayğac yeni sayğacla əvəz edilmişdir. Müəyyən edilmiş borcun heç bir əsası yoxdur. Bu vətəndaşdan tutulan əsassız varlanmaya səbəb olan qanun pozuntusundan başqa bir şey deyildir. Sayğaca nəzarəti də qaz idarəsi əməkdaşları həyata keçirirlər, qiymətləndirmə də özlərinə aiddir. Belə olan halda hardan əmin olsun ki, qaz idarəsi iddiasında doğrudur ya yanlış. İkincisi, qaz sayağacı həyətdən çöldə quraşdırılmışdır və gecə saatlarında yaxud da gündüz işdə olduğu vaxtlarda ona davamlı nəzarət edə bilmək imkanına sahib deyil və ümumiyyətlə vətəndaşın borcuda deyil ki, onun imkanları xaricində olan işlər üçün özünü məsuliyytli hesab etsin. Vaxtında həmin sayağacı həyətin daxilində quraşdırsaydılar, onlar da bilərdilər ki, həmin sayğaca nəzarət barəsində məsuliyyət tamamı ilə onların üzərindədir. Ağıl, məntiq tələb edir ki, hər insan onun imkanı və gücü daxilində ola biləcək öhdəliklərə görə məsul tutulsun. Amma belə görür ki, Cavabdeh İB özlərinin əsası olmayan və qanunilikdən kənar olan ənənələrinə sadiqlik nümayiş etdirərək, bu dəfə də, vətəndaşı borclu çıxarmağı öz məntiqləri etibarı ilə daha nıəqəsədə uyğun hesab etmişlər. Onun nə marağı var ki, sayğaca müdaxilə etsin?. Cavabdeh İB hesab edir ki, sayğaclara həyətdən kənar nəzarət mütləq mənada vətəndaşın borcudur. Lakin vətəndaşın bu cür haqasız bir öhdəliyin hüquqi məsuliyyəti ilə yüklənməsi ədalətlilik prinsipinə ziddir. Olmalı olmayan öhdəlik üzərinə hüquqi məsuliyyət qurmağın adi vətəndaşı qanun adına soymağın mədəni formasıdır. Bu məsələ Cavabdeh İB tərəfindən qaranlığa daş atamaq kimi bir davranışdır. Çünki sayğacla bağlı baş vermiş nöqsanın onun təqsiri səbəbi ilə baş verməsinə dair təkzibedilməz dəlillər olmadığı halda, sadəcə zənn ilə mühakimə irəli sürmək həqiqətən də qaranlığa daş atmaq kimi bir şeydir. Bunun adı kəlam fəlsəfəsində mövcud olmayanın təkzibi adlanır ki, bu əslində fəlsəfə naminə fəlsəfəçilik etməkdir ki, necə ki, Cavabdeh İB onun təqsirinə dair təkzibedilməz dəlillərin olmadığına baxmayraq, təqsirsizliyi üzərindən ona hüquqi əsası olmayan öhdəlik yaratmaq istəyi ilə, əsassız borc yazırlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli 26 oktyabr 2020-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilib. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, Bərdə şəhəri, S.Vurğun küçəsində yaşayan İddiaçı 2020-ci ilin oktyabr ayında 216 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye Qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi və bunun mübahisələndirilən aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının delektə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-cimaddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilmişdir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərinə və zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.9-cu maddəsinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Lakin işin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də həmin sayğaca konkret olaraq iddiaçı tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, qaz sayğacının çıxış plastmas borusunun deşilməsi iddiaçının təqsirli hərəkətləri ilə baş verdiyi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 26 oktyabr 2020-ci il tarixli ******* nömrəli aktı əsasında İddiaçı yazılmış 216 (iki yüz on altı) manat məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(021)-829/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-829/2022
17.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver