Məhkəmə qərarları › İş №e-2(021)-855/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-855/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-855/2024 15.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi : İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X1, X3 üçün 1108.22 (bir min bir yüz səkkiz manat 22 qəpik) manat ödənilməmiş hissə, 110.78 (bir yüz on manat 78 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********29141 olan XİAOMİ 11T markalı telefon üçün 1065.94 (bir min altmış beş manat 94 qəpik) manat ödənilməmiş hissə, 106.06 (bir yüz altı manat 06 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********78531 olan REALME C21Y 2021 markalı telefon üçün 187.02 (bir yüz səksən yeddi manat 02 qəpik) manat ödənilməmiş hissə, 18.98 (on səkkiz manat 98 qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Tozsoran Philips üçün 182.9 (bir yüz səksən iki manat 90 qəpik) manat ödənilməmiş hissə, 18.1 (on səkkiz manat 10 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Fen-Daraq Philips üçün 134.4 (bir yüz otuz dörd manat 40 qəpik) manat ödənilməmiş hissə, 13.6 (on üç manat 60 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Fen-Daraq Philips üçün 71.3 (yetmiş bir manat 30 qəpik) manat ödənilməmiş hissə, 7.7 (yeddi manat 70 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Tozsoran Philips üçün 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə pulu olmaqla, ümumilikdə, 3069 (üç min altmış doqquz) manat borcun və 50.69 (əlli manat 69 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən X1, X3, İMEİ KOD olN **********29141 XİAOMİ 11T markalı telefon, İMEİ KOD **********78531 olan REALME C21Y 2021 markalı telefon, Tozsoran Philips, Fen-Daraq Philips, 2 ədəd Fen-Daraq Philips və Tozsoran Philips almış və nəticədə 3069 (üç min altmış doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1330.02 (bir min üç yüz otuz manat 02 qəpik) manat (18 ay x 73.89 manat + 0 manat ilkin ödəniş) olan X1, X3 üçün ümumilikdə 1219 (bir min iki yüz on doqquz) manat olmaqla ondan 1108.22 (bir min bir yüz səkkiz manat 22 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 110.78 (bir yüz on manat 78 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1373.94 (bir min üç yüz yetmiş üç manat 94 qəpik) manat (18 ay x 76.33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********29141 olan XİAOMİ 11T markalı telefon üçün ümumilikdə, 1172 (bir min bir yüz yetmiş iki) manat olmaqla ondan 1065.94 (bir min altmış beş manat 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 106.06 (bir yüz altı manat 06 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 374.04 (üç yüz yetmiş dörd manat 04 qəpik) manat (12 ay x 31.17 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********78531 olan REALME C21Y 2021 markalı telefon üçün ümumilikdə, 206 (iki yüz altı) manat olmaqla ondan 187.02 (bir yüz səksən yeddi manat 02 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 18.98 (on səkkiz manat 98 qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 439.2 (dörd yüz otuz doqquz manat 20 qəpik) manat (24 ay x 18.3 manat + 0 manat ilkin ödəniş) Tozsoran Philips üçün ümumilikdə, 201 (iki yüz bir) manat olmaqla ondan 182.9 (bir yüz səksən iki manat 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 18.1 (on səkkiz manat 10 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 201.6 (iki yüz bir manat 60 qəpik) manat (18 ay x 11.2 manat + 0 manat ilkin ödəniş) olan Fen-Daraq Philips üçün ümumilikdə, 148 (bir yüz qırx səkkiz) manat olmaqla ondan 134.4 (bir yüz otuz dörd manat 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 13.6 (on üç manat 60 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 262.8 (iki yüz altmış iki manat 80 qəpik) manat (18 ay x 14.6 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Fen-Daraq Philips üçün ümumilikdə, 79 (yetmiş doqquz) manat olmaqla ondan 71.3 (yetmiş bir manat 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 7.7 (yeddi manat 70 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (24 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Philips üçün ümumilikdə, 44 (qırx dörd) manat olmaqla ondan 40 (qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 4 (dörd) manat cərimə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Fen-Daraq Philipsdən xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 131.4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 60.1 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 131.4 manat, ümumilikdə, 191.5 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1360.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, o cümlədən, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdıraraq iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materallarında olan və məhkəmə iclаsındа tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1988ci ildə Bakı şəhərində anadan olmuşdur, Bərdə rayonu Hüseynalılar kənd Ə/D-nin Hacılar kəndində qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli 22197102 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən "xxxx" MMC Tozsoran Philipsun pulunu hissə-hissə ödəmək şərtilə Cavabdeh 360 manata satmışdır. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müştəri müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4 və 3.14-cü bəndlərində göstərilmiş tələblərin icrasının dayandırılması barədə müraciət edə bilər. xx.xx.2021-ci il tarixli 23198602 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən "xxxx" MMC Tozsoran Philipsun pulunu hissə-hissə ödəmək şərtilə Cavabdeh 439,20 manata satmışdır. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müştəri müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4 və 3.14-cü bəndlərində göstərilmiş tələblərin icrasının dayandırılması barədə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli 02611148 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən "xxxx" MMC 2 ədəd Fen-Daraq Philipsun pulunu hissə-hissə ödəmək şərtilə Cavabdeh 262,80 manata satmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müştəri müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4 və 3.14-cü bəndlərində göstərilmiş tələblərin icrasının dayandırılması barədə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli 02611149 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən "xxxx" MMC İMEİ KOD **********78531 olan REALME C21Y 2021 markalı telefonun pulunu hissə-hissə ödəmək şərtilə Cavabdeh 374,04 manata satmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müştəri müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4 və 3.14-cü bəndlərində göstərilmiş tələblərin icrasının dayandırılması barədə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli 02611175 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən "xxxx" MMC Fen-Daraq Philipsun pulunu hissə-hissə ödəmək şərtilə Cavabdeh 201,60 manata satmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müştəri müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4 və 3.14-cü bəndlərində göstərilmiş tələblərin icrasının dayandırılması barədə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli 04251754 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən "xxxx" MMC İMEİ KOD **********29141 olan XİAOMİ 11T markalı telefonun pulunu hissə-hissə ödəmək şərtilə Cavabdeh 1373,94 manata satmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müştəri müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4 və 3.14-cü bəndlərində göstərilmiş tələblərin icrasının dayandırılması barədə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli 03221947 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən "xxxx" MMC X1, X2 pulunu hissə-hissə ödəmək şərtilə Cavabdeh 1330,02 manata satmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müştəri müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4 və 3.14-cü bəndlərində göstərilmiş tələblərin icrasının dayandırılması barədə müraciət edə bilər. 21 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 21 dekabr 2021-ci il tarixə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu olmaqla cəmi 44 (qırx dörd) manat borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 182,9 (bir yüz səksən iki manat 90 qəpik) manat ödənilməmiş hissə, 18,1 (on səkkiz manat 10 qəpik) manat cərimə olmaqla, cəmi 201 (iki yüz bir) manat borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 71,3 (yetmiş bir manat 30 qəpik) manat ödənilməmiş hissə, 7,7 (yeddi manat 70 qəpik) manat cərimə olmaqla, cəmi 79 (yetmiş doqquz) manat borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 187,02 (bir yüz səksən yeddi manat 02 qəpik) manat ödənilməmiş hissə, 18,98 (on səkkiz manat 98 qəpik) manat cərimə olmaqla, cəmi 206 (iki yüz altı) manat borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 134,4 (bir yüz otuz dörd manat 40 qəpik) manat ödənilməmiş hissə, 13,6 (on üç manat 60 qəpik) manat cərimə olmaqla, cəmi 148 (bir yüz qırx səkkiz) manat borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1065,94 (bir min altmış dörd manat 94 qəpik) manat ödənilməmiş hissə, 106,06 (bir yüz altı manat 06 qəpik) manat cərimə olmaqla, cəmi 1172 (bir min bir yüz yetmiş iki) manat borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1108,22 (bir min bir yüz səkkiz manat 22 qəpik) manat ödənilməmiş hissə, 110,78 (bir yüz on manat 78 qəpik) manat cərimə olmaqla, cəmi 1219 (bir min iki yüz on doqquz) manat borcu, ümumilikdə yeddi müqavilə üzrə 3069 (üç min altmış doqquz) manat borcu vardır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 50,69 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, müqavilə şərtlərinə uyğun olaraq əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğini qısa bir zamanda ödəməli olması, əks təqdirdə müvafiq olaraq aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən X1, X3, İMEİ KOD olN **********29141 XİAOMİ 11T markalı telefon, İMEİ KOD **********78531 olan REALME C21Y 2021 markalı telefon, Tozsoran Philips, Fen-Daraq Philips, 2 ədəd Fen-Daraq Philips və Tozsoran Philips almış və nəticədə 3069 (üç min altmış doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1330.02 (bir min üç yüz otuz manat 02 qəpik) manat (18 ay x 73.89 manat + 0 manat ilkin ödəniş) olan X1, X3 üçün ümumilikdə 1219 (bir min iki yüz on doqquz) manat olmaqla ondan 1108.22 (bir min bir yüz səkkiz manat 22 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 110.78 (bir yüz on manat 78 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1373.94 (bir min üç yüz yetmiş üç manat 94 qəpik) manat (18 ay x 76.33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********29141 olan XİAOMİ 11T markalı telefon üçün ümumilikdə, 1172 (bir min bir yüz yetmiş iki) manat olmaqla ondan 1065.94 (bir min altmış beş manat 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 106.06 (bir yüz altı manat 06 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 374.04 (üç yüz yetmiş dörd manat 04 qəpik) manat (12 ay x 31.17 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********78531 olan REALME C21Y 2021 markalı telefon üçün ümumilikdə, 206 (iki yüz altı) manat olmaqla ondan 187.02 (bir yüz səksən yeddi manat 02 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 18.98 (on səkkiz manat 98 qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 439.2 (dörd yüz otuz doqquz manat 20 qəpik) manat (24 ay x 18.3 manat + 0 manat ilkin ödəniş) Tozsoran Philips üçün ümumilikdə, 201 (iki yüz bir) manat olmaqla ondan 182.9 (bir yüz səksən iki manat 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 18.1 (on səkkiz manat 10 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 201.6 (iki yüz bir manat 60 qəpik) manat (18 ay x 11.2 manat + 0 manat ilkin ödəniş) olan Fen-Daraq Philips üçün ümumilikdə, 148 (bir yüz qırx səkkiz) manat olmaqla ondan 134.4 (bir yüz otuz dörd manat 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 13.6 (on üç manat 60 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 262.8 (iki yüz altmış iki manat 80 qəpik) manat (18 ay x 14.6 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Fen-Daraq Philips üçün ümumilikdə, 79 (yetmiş doqquz) manat olmaqla ondan 71.3 (yetmiş bir manat 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 7.7 (yeddi manat 70 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (24 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Philips üçün ümumilikdə, 44 (qırx dörd) manat olmaqla ondan 40 (qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 4 (dörd) manat cərimə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Fen-Daraq Philipsdən xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 131.4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 60.1 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 131.4 manat, ümumilikdə, 191.5 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1360.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Beləliklə, "xxxx" MMC müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh öz xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə X1, X3 üçün 1108.22 (bir min bir yüz səkkiz manat 22 qəpik) manat ödənilməmiş hissə, 110.78 (bir yüz on manat 78 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ KOD **********29141 olan XİAOMİ 11T markalı telefon üçün 1065.94 (bir min altmış beş manat 94 qəpik) manat ödənilməmiş hissə, 106.06 (bir yüz altı manat 06 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ KOD **********78531 olan REALME C21Y 2021 markalı telefon üçün 187.02 (bir yüz səksən yeddi manat 02 qəpik) manat ödənilməmiş hissə, 18.98 (on səkkiz manat 98 qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Tozsoran Philips üçün 182.9 (bir yüz səksən iki manat 90 qəpik) manat ödənilməmiş hissə, 18.1 (on səkkiz manat 10 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Fen-Daraq Philips üçün 134.4 (bir yüz otuz dörd manat 40 qəpik) manat ödənilməmiş hissə, 13.6 (on üç manat 60 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2 ədəd Fen- Daraq Philips üçün 71.3 (yetmiş bir manat 30 qəpik) manat ödənilməmiş hissə, 7.7 (yeddi manat 70 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Tozsoran Philips üçün 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə pulu, ümumilikdə, 3069 (üç min altmış doqquz) manat borc, 50.69 (əlli manat 69 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. xx.xx.2021-ci il tarixli 22197102 saylı, xx.xx.2021-ci il tarixli 23198602 saylı, xx.xx.2022-ci il tarixli 02611148 saylı, xx.xx.2022-ci il tarixli 02611149 saylı, xx.xx.2022-ci il tarixli 02611175 saylı, xx.xx.2022-ci il tarixli 04251754 saylı, xx.xx.2022-ci il tarixli 03221947 saylı Müddətli (Nisyə) alqı-satqı müqavilələrinə əsasən, kreditor müqavilələr ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə məişət avadanlıqlarını borcluya verilməsi öhdəliyini, borclu isə bu avadanlıqların dəyərinin hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müddətli (nisyə) alqı-satqı müqaviləsidə onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən müəyyən edilmiş xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4 manat məbləğdə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 18,1 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 7,7 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 18,98 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 13,6 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 106,06 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 110,78 manat məbləğində cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək məbləğdir. Ona görə də cərimənin (dəbbə pulu) azaldılaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 8 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 8 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində saxlanılması daha məqsədəuyğun olmaqla, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən əşyanı borcluya vermişdir. Borclu isə, Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olduğundan iddia həmin hissədə təmin, dəbbə puluna münasibətdə isə qismən təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı "xxxx" MMC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 50,69 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 50,69 mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216 - 220, 239, 284-1 - 284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə t e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə Tozsoran Philips üçün 40 (qırx) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Tozsoran Philips üçün 182.9 (bir yüz səksən iki manat 90 qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2 ədəd Fen-Daraq Philips üçün 71.3 (yetmiş bir manat 30 qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ KOD **********78531 olan REALME C21Y 2021 markalı telefon üçün 187.02 (bir yüz səksən yeddi manat 02 qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Fen-Daraq Philips üçün 134.4 (bir yüz otuz dörd manat 40 qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ KOD **********29141 olan XİAOMİ 11T markalı telefon üçün 1065.94 (bir min altmış beş manat 94 qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə X1, X3 üçün 1108.22 (bir min bir yüz səkkiz manat 22 qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 50.69 (əlli manat 69 qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2903,47 (iki min doqquz yüz üç manat 47 qəpik) manat borc tutulаrаq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar