Məhkəmə qərarları › İş №e-2(021)-867/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-867/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-867/2023 31.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı X3, vəkili və nümayəndəsi X9 iştirakları ilə, İddiaçı X3 cavabdeh X6 qarşı torpaq sahəsindən çıxarılma və ziyan tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X7 məhkəmədə iddia qaldıraraq cavabdeh X5 torpaqdan çıxarılması və 15000 manat ziyan tələbinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Cumalar kəndində hüquqlarını müdafiə etdiyi iddiaçıların adına 1.47 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları 10 iyun 2020-ci il tarixli DƏDRX-dən Çıxarışla təsdiq edilmişdir. Həmin torpaq sahəsinə dair cavabdehlə iddiaçılar öz aralarında 15 noyabr 2003-cü il tarixdə icarə müqaviləsi bağlamışdır. Lakin sonra cavabdeh icarə haqqını ödəməkdən imtina etdiyi üçün müqavilənin birtərəfli qaydada pozulduğunu cavabdehə bildirərək, torpağı boşaltmağı tələb etsələr də, lakin cavabdeh Loğman Abbasov iddiaçıların tələblərini yerinə yetirməkdən bu günə qədər imtina edərək, əsassız olaraq torpağın ona məxsus olduğunu, icarə müqaviləsinin müddətinin başa çatmamasımı bəhanə gətirərək mülkiyyətə qanunsuz müdaxiləni və zəbti davam etdirir. Cavabdeh heç bir qanuni və hüquqi əsası olmadan iddiaçıların mülkiyyətində olan 1.47 ha kənd təsərrüfatı təyinatlı torpağı zəbt edərək istifadə edir, dəfələrlə ondan torpaqdan çıxmasını tələb etsələr də, nəticəsi yoxdur. İddiaçılar və cavabdeh arasında bağlanmış 15 noyabr 2003-cü il tarixli torpağın icarəyə verilməsinə dair müqavilə iddiaçıların verdiyi iddia əsasında Gəncə Apellyasiya Məhkəməsinin, Bərdə Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(021)-2195/2021 saylı qətnaməsinin ləğv olunması haqqında 17 noyabr 2021-ci il tarixli 2(104)-3957/21 saylı Qətnaməsi ləğv edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 26 aprel 2022-ci il tarixli 1(102)-2104/22 saylı Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qəbul etdiyi 17 noyabr 2021-ci il tarixli 2(104)-3957\21 saylı qətnaməsi qüvvədə qalmışdır. Ali Məhkəmənin sözügedən qərarı qanuni qüvvəsini almış olsa da, cavabdeh baxmayaraq ki, iddiaçılar ilə aralarında olan torpağa dair münasibətləri tənzimləyən müqavilə öhdəliklərinə məhkəmə qaydasında son qoyulmuşdur. Ancaq iddiaçılara məxsus torpaqdan çıxmaq istəmir və hələ də həmin torpağı əkib becərir. İddiaçılar istəyir ki, torpaqlarından tam təyinatı üzrə istifadə edərək, özləri əkib becərsinlər. Cavabdeh isə iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən öz xeyri və gəliri üçün istifadə edir. Cavabdeh tamamilə qeyri qanuni olaraq iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt edibdir. Daha sonra iddiaçı X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X14 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə hesab edir ki, ********** qeydiyyat nömrəli Dövlət Çıxarışına əsasən Bərdə rayonu Cumalar kəndində yerləşən X4, X12, X1, X8 və X2 mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin cavabdeh X13 tərəfindən zəbt edilib-edilməməsi müəyyən etmək iddianın həlli üçün mühüm əhəmiyyət kəsb etməklə xüsusi bilik tələb etdiyindən müvafiq mütəxəssis rəyi alınması məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli yerə baxış keçirilib mütəxəssis rəyinin kverilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən mütəxəssisin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-98 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı X3 cavabdeh X6 qarşı torpaq sahəsindən çıxarılma və ziyan tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilsin. Aydınlaşdırılması üçün mütəxəssislər qarşısında aşağıdakı sual qoyulsun: 1) ********** qeydiyyat nömrəli Dövlət Çıxarışına əsasən Bərdə rayonu Cumalar kəndində yerləşən X4, X10, X1, X8 və X2 mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsi naturada mövcuddurmu? 2) ********** qeydiyyat nömrəli Dövlət Çıxarışına əsasən Bərdə rayonu Cumalar kəndində yerləşən X4, X12, X1, X8 və X2 mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin cavabdeh X13 tərəfindən zəbt edilmişdirmi? 3) Zəbt edilmişdirsə zəbt edilmiş torpaq sahələrinin kordinatları hansıdır və hansı ərazi konkret olaraq cavabdeh tərəfindən istifadə olunur? Mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilsin. Baxış keçirilməsi 31 mart 2023-cü il tarixə saat 1400-a təyin edilsin. Mütəxəssis rəyinin verilməsi baxış keçirildiyi gündən 20 gün müəyyən edilsin. Qərardadın surəti mütəxəssislərin sərəncamına təqdim edilsin. Mülki iş üzrə icraat mütəxəssis rəyi alınanadək dayandırılsın. Qərardaddan dayandırmaya aid olan hissədə 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar