Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-874/2024 02.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dаir mülki iş üzrə İddiaçı icraatın təzələnməsinə dair ərizəsinə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onlara İddiaçı əsassız olaraq hesablanmış 76,64 manat, X1 əsassız olaraq hesablanmış 412,08 manat və X4 əsassız olaraq hesablanmış 40,19 manat borc məbləğlərinin silinməsinə, həmçinin onların smart kartlardan əsassız yerə tutulmuş cəmi 410 manat pul məbləğlərinin hesablanıb cavabdeh tərəfindən onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən Bərdə rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(021)-4315/2023 nömrəli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün təyin edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı iddia həcminin azaldılmasına dair ərizə verərək göstərmişdir ki, ilkin olaraq onunla birgə iddiaçı kimi elektron sistemdə ərizədə adı keçən şəxslər X3 və X5 tərəfindən sonradan Bərdə rayon Məhkəməsinə ayrıca iddia verildiyindən onun iddia tələbində yalnız ona aid tələbin həcminin göstərilməsi qanuni əsaslıdır. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, MPM-in 260.5-ci maddəsinin tələbinə görə Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(021)-4315/2023 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, MPM-in 260.5-ci maddəsinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənləri və MPM-in 257, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(021)-4315/2023 nömrəli qərardadı ləğv edilsin. İşin məhkəmə iclasında baxılması 14 fevral 2024-cü il tarixə, saat 10:00-a təyin edilsin. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri bardə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rаyоn məhkəməsinə şikаyət verilə bilər. Hаkim Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-874/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-874/2024
02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver