Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-887/2023 27.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Bunyat oğlunun, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh3 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli mirasın bağışlanma müqaviləsinin və onların doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı qarşı iddia qaldıraraq, ünvan 2ində yerləşən 1.551 ha torpağa dair cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 tərəfindən əldə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli mirasın bağışlanma müqaviləsinin və onların doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası, mərhum X6 17 mart 2022-ci il tarixdə Bərdə rayonunda vəfat etmişdir. Atasının vəfatından sonra onun xəbəri olmadan cavabdehlər olan anası Cavabdeh1, bacısı Cavabdeh4 və qardaşı Cavabdeh3 ondan xəbərsiz cavabdeh orqan olan X18 xidmət mərkəzinin notariat ofisinə gedərək atasından miras qalan 1.551 ha torpaq sahəsinə dair vərəslik şəhadətnaməsi almaq üçün vərəsəlik işi açdırmışdılar. Bundan sonra isə anası Mədinə və qardaşı Razi əldə etdikləri vərəslik şəhadətnamələri əsasında mərhum atasından qalan kənd təsərrüfat təyinatlı 1.551 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixli miras payının bağışlanması müqaviləsi əsasında bacısı Nazilə Hüseynovaya bağışlamışdılar. Anası və mərhum atası 1980-ci il 19 fevralda rəsmi nikaha daxil olublar. Onların birgə nikahından o və hazırda iş üzrə cavabeh olan bacısı və qardaşı dünyaya gəlmişlər. Vəkil sorğusu əsasında əldə edilmiş notariat işinin materialları arasında baxmayraq ki, ünvan 2 icra nümayəndəsi E.Xəlilovun verdiyi arayışda vərəslər sırasında onun da adı qeyd olunub, lakin notariat ofisi vərəslik işi açarkən onun çağırlmağını təmin etməyib və eyni zamanda notarius anası, bacısı və qardaşı tərəfindən verilən ərizələrdə mərhum atasının başqa varisinin olmaması qeydini aparıb. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Bunyat oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 vəkili Vəkil2 iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Bərdə rayonu Alpout kəndində anadan olmuşdur. Bərdə rayonu Alpout kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş İİ-ЖГ №336283 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh1 arasında xx.xx.1980-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Hümbətova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş İX-ЖГ №308745 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Bərdə rayonu Alpout kəndində anadan olmuşdur. Ata qrafasında ata adı X6, ana qrafasında ana adı X4 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş XX-ЖГ№440416 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1981-ci ildə anadan olmuşdur. Ata qrafasında ata adı X6, ana qrafasında ana adı X4 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Vİİ-ЖГ№287175 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1980-ci ildə anadan olmuşdur. Ata qrafasında ata adı X6, ana qrafasında ana adı X4 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ №013222 nömrəli Nikahın bağlanmasi haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X8 arasında xx.xx.2001-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2012-cı il, qeydiyyat nömrəsi ********** olan Seriya MA №0399505 nömrəli Çıxarışdan görünür ki, ünvan 2ində 1.551 ha torpaq sahəsi X2 tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş AZ-İİ №248365 nömrəli X9 surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, rayon dövlət Arxivində 78 saylı fondda mühafizə edilən Bərdə rayon Alpout kǝnd Sovetliyinin 1980- 1982-ci illərə aid 2 saylı təsərrüfatbaşına kitabın 75 nömrəli şəxsi hesabına əsasən vətəndaş, X1 ailə tərkibi aşağıdakı kimi qeyd olunub: ailə başçısı- X5 , arvadı- X11, qızı- X7, oğlu- Cavabdeh3 Hüseyin oğlu. İş materiallarına əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzaibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 530 saylı xx.xx.2022ci il tarixli arayışından müəyyən olunur ki, X6 vəfat edənə kimi ünvan 2ində yaşamışdır, vəfat etdikdən sonra təsərrüfatında onunla birgə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır. Cavabdeh1, Cavabdeh3 Hüseyin oğlu, X7 və İddiaçı İş materiallarına əlavə olunmuş Bərdə Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1vanında qeydiyyatda olan X2 17 mart 2022-ci il tarixdə ölməsi barədə Bərdə Regional "ASAN xidmət" mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş aşağıdakı şəxslər X2 qanun üzrə vərəsəsi kimi tanınmaq hüququna malikdir. Cavabdeh1 - arvadı , Cavabdeh4 – qızı, Cavabdeh3 –oğlu İş materiallarına əlavə olunmuş Cavabdeh1 Notariat ofisinə ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 17 mart 2022ci il tarixdə Bərdə Rayon Alpout kəndində yaşayan əri X6 vəfat etmişdir, onun vəfatından sonra qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakı qəbul edir. İş materiallarına əlavə olunmuş Cavabdeh3 Notariat ofisinə ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 17 mart 2022ci il tarixdə Bərdə Rayon Alpout kəndində yaşayan atası X6 vəfat etmişdir, onun vəfatından sonra qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakı qəbul edir. İş materiallarına əlavə olunmuş Cavabdeh4 Notariat ofisinə ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 17 mart 2022ci il tarixdə Bərdə Rayon Alpout kəndində yaşayan atası X6 vəfat etmişdir, onun vəfatından sonra qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakı qəbul edir. İş materiallarına əlavə olunmuş Cavabdeh4 Notariat ofisinə ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş atası X2 vəfatından sonra qalmış bütün əsaslar üzrə ona çatası miras payını yəni mirasın tərkibinə daxil olan bütün əmlakların üzərində olan pay hüququnu Cavabdeh3 bağışlayır. Bu müqavilənin hüquqi nəticələri, o cümlədən bununla da gələcəkdə şəhadətnamə verilməli olan mirasın hər hansı bir predmetinə dair şəhadətnamə tələb etmək hüququmu xitam verildiyi ona məlumdur. Odur ki, miras payın bağışlanması barədə müqaviləni rəsmiləşdirməyini xahiş edir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 Notariat ofisinə ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş əri X2 vəfatından sonra qalmış bütün əsaslar üzrə ona çatası miras payımı yəni mirasın tərkibinə daxil olan bütün əmlakların üzərində olan pay hüququnu oğlu Cavabdeh3 bağışlayır. Bu müqavilənin hüquqi nəticələri, o cümlədən bununlada gələcəkdə şəhadətnamə verilməli olan mirasın hər hansı bir predmetinə dair şəhadətnamə tələb etmək hüququnu xitam verildiyi ona məlumdur. Odur ki, miras payın bağışlanması barədə müqaviləni rəsmiləşdirməyinizi xahiş edir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 Ali qızı və Cavabdeh4, xx.xx.2022-ci ildə vəfat etmiş X2 vəfatından sonra onlara çatası miras paylarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674 ve 1292-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq Cavabdeh3 bağışlamışdırlar. İş materiallarına əlavə olunmuş Cavabdeh3 Notariat ofisinə ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə onun ünvan 2ində yaşayan atası X6 vəfat etmişdir. Miras əmlak ünvan 2i ünvanında yerləşən torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsəsi yoxdur. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Azərbaycan Respublikasinin mülki məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsinin Cavabdeh3 olduğu və onun miras paydan tam hissədə pay almalı olduğu qeyd olunmuşdur. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X3 verilmiş **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1,551 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-cı il, qeydiyyat nömrəsi ********** olan nömrəli Çıxarışdan görünür ki, ünvan 2ində 1.551 ha torpaq sahəsi Cavabdeh3 tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 2ində 1.551 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 məxsus olmuşdur. X6 vəfat etdikdən sonra Cavabdeh3 ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1,551 ha olan torpaq sahəsinə tam pay hüquqna dair vərəsəlik şəhadətnaməsi almışdır. xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 Ali qızı və Cavabdeh4, xx.xx.2022-ci ildə vəfat etmiş X2 vəfatından sonra onlara çatası miras Cavabdeh3 bağışlamışdırlar. Hazırda iddiaçı xx.xx.2022-ci il vərəsəlik hüququq haqqında Şəhadətnamənin və həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, miras əmlakdan pay hüququ olan şəxslərin sayı iddiaçı və cavabdehlər nəzərə alaraq 4 nəfər təşkil edir. Vərəsəlik hüquq haqqında şəhadətnamədən isə görünür ki, notariat orqanı Cavabdeh3 torpaq sahəsinə dair 1/4 hissədə pay hüquqna dair vərəsəlik şəhadətnaməsi vermək əvəzinə tam pay hüquq müəyyən etmişdir. Həhkəmə həmçinin onuda qeyd edir ki, Vərəsəlik işinə dair iş notariat orqanından tələb edilmiş və müəyyən olunmuşdur ki, X2 qanun üzrə vərəsələri kimi Cavabdeh1 arvadı , Cavabdeh4 – qızı, Cavabdeh3 göstərilmiş , İddiaçı vərəsə olduğu halda çağrılmamışdır. Bununla da vərəsəliyə çağırılmalı olan şəxslərin dairəsi gizlədilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə bildirir ki, tələblər bir-birilə bağlı tələblərdir. İddia tələbi xx.xx.2022-ci il vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin olunduğundan xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsi də etibarsız sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Bu Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Bu Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bu Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə görə əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Bu Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bu Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bu Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Bu Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Bu Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-nin 668-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Qanunun sadalanan normalarını nəzərə alan məhkəmə işin faktiki hallarına münasibətdə qeyd edir ki, hazırkı halda əqdin etibarsız sayılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iddia tələbinin “vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli mirasın bağışlanma müqaviləsinin və onların doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” hissələrindən ibarət olmasını və təmin tələblərin birbiri ilə əlaqədar olmasını nəzərə alaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli mirasın bağışlanma müqaviləsinin hüquqi nəticəsi olaraq Cavabdeh3 Hüseyin oğlu xx.xx.2022ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Həmin çıxarışın verilməsinə əsas olan hüquqi müəyyənedici sənədlər etibarsız hesab olunduğundan Cavabdeh3 Hüseyin oğlunun adına verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin olunduğundan ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli mirasın bağışlanma müqaviləsinin və onların doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilsin. Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab olunsun. Cavabdeh1 Ali qızı və Cavabdeh4 tərəfindən xx.xx.2022-ci ildə vəfat etmiş X2 vəfatından sonra onlara çatası mirasın Cavabdeh3 bağışlamalarına dair xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh3 Hüseyin oğlunun adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-887/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-887/2023
27.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver