Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-895/2023 04.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “ borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh-"xxxx" ASC-nin "Mərkəzi Aran" X8 və Satışı İdarəsi əməkdaşlarının tərəfindən qanunsuz hesablanmış 1951.30 manat borcun yaranmasının etibarsız hesab olunmasına və bu məbləğin silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Əmirli kəndində yaşayır. Elektrik enerjisindən istifadəyə görə həmişə vaxtı-vaxtında sərf olunmuş elektrik enerjisinə görə ödənişlərini gecikdirmədən ödəmişdir. 23 may 2022-ci il tarixdə "xxxx" ASC-nin "Mərkəzi Aran" X8 ve Satışı İdarəsi Bərdə Elektrik Şəbəkəsinin nümayəndələri X7 məxsus yaşadıqları evə gələrək sayğaca baxış keçirmiş və 259851 nömrəli AKT tərtib etmişlər ki, "abonent sayğacdan kənar xətdən istifadə olunur" və bu səbəbdən də onun 1951.30 manat debitor borcu yaranmışdır. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hesab edir ki, mərhum atasına məxsus yaşayış sahəsində yerləşən sayğaca yazılmış 1951.30 manat məbləğində cərimə borcu silinməlidir. Buna görə də iddiasının təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, yalnız borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC- nin nümayəndəsi X11 məhkəmə iclasında bildirdi ki, İddiaçı başqa bir şəbəkəyə qoşularaq kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş AA № ******* saylı vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AZ-İİ № 120094 saylı Ölüm haqqında şəhadətnamənin surətinən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş X14 rayonu Əmirli kəndində yerləşən evində elektrik enerjisindən istifadəyə görə quraşdırılmış sayğaca baxış zamanı "xxxx" ASC tərəfindən tərtib olunmuş № 259851 saylı xx.xx.2022-ci il tarixli Aktda qeyd olunur ki, EEİQ-nə uyğun olaraq sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacdan kənar xətt vasitəsilə enerjidən istifadə edir. Kənar xəttin ləğv olunması və hesablanacaq məbləğin tam ödənilməsi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin № 259851 saylı xx.xx.2022-ci il tarixli İcra Vərəqəsindən görünür ki, X14 rayonu Əmirli kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə görə cəmi borc 403.25 manat təşkil edir. Mülki işə əlavə edilmiş X14 rayonu Əmirli kəndində yerləşən evində elektrik enerjisindən istifadəyə görə quraşdırılmış sayğaca baxış zamanı "xxxx" ASC tərəfindən tərtib olunmuş № 271134 saylı xx.xx.2022-ci il tarixli Aktda qeyd olunur ki, EEİQ-nə uyğun olaraq Azərişıq ASC-nin sərəncamına əsasən Bərdə ES-nin xidməti ərazisinə gecə reydi keçirərəkən abonentə məxsus sayğacda kənar xətt aşkarı olunmuşdur. Kənar xətdən keçən yük ampermaşa ilə ölçülmüşdür. Kənar xəttin ləğv olunması və hesablanacaq məbləğin ödənilməsi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin № 271134 saylı xx.xx.2022-ci il tarixli İcra Vərəqəsindən görünür ki, X14 rayonu Əmirli kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə görə cəmi borc 943.54 manat təşkil edir. Mülki işə əlavə edilmiş X14 rayonu Əmirli kəndində yerləşən evində elektrik enerjisindən istifadəyə görə quraşdırılmış sayğaca baxış zamanı "xxxx" ASC tərəfindən tərtib olunmuş № 283230 saylı xx.xx.2022-ci il tarixli Aktda qeyd olunur ki, EEİQ-nə uyğun olaraq sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, abonent qonşunun həyətindən kənar xətt çəkərək elektrik enerjisindən isitfadə edir, enerji uçotu pozulub. Kənar xəttin ləğv ounması, bir fazalı elektrik sayğacının giriş xəttinin abonentin hesabına yenisi ilə əvəz ounması və möhürlənməsi, hesablanacaq məbləğin tam ödənilməsi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, X14 rayonu Əmirli kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə görə cəmi borc 403,25 manat təşkil edir. Mülki işə əlavə edilmiş xx.xx.2022ci il tarixli Aktdan görünür ki, X14 rayonu Əmirli kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə görə cəmi borc 943,54 manat təşkil edir. Mülki işə əlavə xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, X14 rayonu Əmirli kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə görə cəmi borc 664.72 manat təşkil edir. Mülki işə əlavə edilmiş Abunə haqqında cədvəldən görünür ki, X5 Bərdə rayonu Əmirli kəndində yerləşən evində elektrik enerjisindən istifadəyə görə ümumi borcu 1356.30 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində iştirak edən "xxxx" ASC-nin əməkdaşı X13 bildirdi ki, EEİQ-nə uyğun olaraq abonent X5 adına olan sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacdan kənar xətt vasitəsilə enerjidən istifadə edir. Bununla bağlı tərəflərindən № 259851 saylı xx.xx.2022-ci il tarixli Akt tərtib olunmuşdur. Həmin hal ilə əlaqədar tərəflərin iştirakı ilə videogörüntüyə baxıldı və kənar xəttin olması müəyyən edildi. Məhkəmə iclasında şahid qismində iştirak edən "xxxx" ASC-nin əməkdaşı X1 bildirdi ki, EEİQ-nə uyğun olaraq abonent X5 adına olan sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacdan kənar xətt vasitəsilə enerjidən istifadə edir. Bununla bağlı tərəflərindən № 259851 saylı xx.xx.2022-ci il tarixli və № 271134 saylı xx.xx.2022-ci il tarixli Aktlar tərtib olunmuşdur. Həmin hal ilə əlaqədar tərəflərin iştirakı ilə videogörüntüyə baxıldı və kənar xəttin olması müəyyən edildi. Məhkəmə iclasında şahid qismində iştirak edən "xxxx" ASC-nin əməkdaşı X4 bildirdi ki, EEİQ-nə uyğun olaraq abonent X5 adına olan sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, abonent qonşunun həyətindən kənar xətt çəkərək elektrik enerjisindən istifadə edir, enerji uçotu pozulub. Bununla bağlı tərəflərindən № 283230 saylı xx.xx.2022ci il tarixli Akt tərtib olunmuşdur. Həmin hal ilə əlaqədar tərəflərin iştirakı ilə videogörüntüyə baxıldı və kənar xəttin olması müəyyən edildi. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən sayğaca qanunsuz müdaxilə olunduğundan "xxxx" ASC tərəfindən borc yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə 4 təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X17 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə belə hesab edir ki, İddiaçı Bərdə rayonu Əmirli kəndində yerləşən evinə cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz cərimə yazılması tələbi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən, iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-895/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-895/2023
04.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver