Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1002/2024 19.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 10 iyun 2023-cü il tarixli, 18282027 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 151 manat 59 qəpik, cərimə qismində 15 manat 41 qəpik, 05 yanvar 2024-cü il tarixli, 03736061 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 334 manat 30 qəpik, cərimə qismində 33 manat 70 qəpik, cəmi 535 manat borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10 iyun 2023-cü il tarixli, 18282027 saylı və 05 yanvar 2024-cü il tarixli, 03736061 saylı müqavilələrə əsasən, İmei kod: **********40386 XİAOMİ REDMİ 10C və HD GLASS, imei kod: **********68557 OPPO A18 markalı telefon almış və nəticədə 535 (beş yüz otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 533,96 (beş yüz otuz üç manat doxsan altı qəpik) manat (12 ay x 40,33 manat + 50 manat ilkin ödəniş) İmei kod: **********40386 XİAOMİ REDMİ 10C markalı telefon və alqısatqı qiyməti 396,96 (üç yüz doxsan altı manat doxsan altı qəpik) manat (12 ay x 33,08 manat + 0 manat ilkin ödəniş) HD GLASS, imei kod: **********68557 OPPO A18 markalı telefon üçün ümumilikdə, 535 (beş yüz otuz beş manat) manat olmaqla ondan, 151,59 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15,41 manat cərimə və 334,30 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33,70 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 445,03 (dörd yüz qırx beş manat üç qəpik) manat təşkil edir. İddiaçının tələbi: 10 iyun 2023-cü il tarixli, 18282027 saylı və 05 yanvar 2024-cü il tarixli, 03736061 saylı müqavilələrə əsasən, 151,59 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15,41 manat cərimə və 334,30 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33,70 manat cərimə, ümumilikdə, 535 (beş yüz otuz beş) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 10 iyun 2023-cü il tarixli, 18282027 saylı və 05 yanvar 2024-cü il tarixli, 03736061 saylı alqı-satqı müqavilələrə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan İmei kod: **********40386 XİAOMİ REDMİ 10C və HD GLASS, imei kod: **********68557 OPPO A18 markalı telefon almışdır. Cavabdeh 12 ay müddətinə hər ay 40,33 (qırx manat otuz üç qəpik) manat və 12 ay müddətində hər ay 33,08 (otuz üç manat səkiz qəpik) manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 533,96 (beş yüz otuz üç manat doxsan altı qəpik) manat və 396,96 (üç yüz doxsan altı manat doxsan altı qəpik) manat məbləğindədir. 10 iyun 2023-cü il tarixli və 15 mart 2023-cü il tarixli bildirişə əsasən, 10 iyun 2023-cü il tarixli, 18282027 saylı və 05 yanvar 2024-cü il tarixli, 03736061 saylı müqavilələrinin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. 10 iyun 2023-cü il tarixli, 18282027 saylı və 05 yanvar 2024-cü il tarixli, 03736061 saylı alqı-satqı müqavilələrə əlavə olunmuş əşyaların təhvil-təslim Akta əsasən cavabdeh tərəfindən İmei kod: **********40386 XİAOMİ REDMİ 10C və HD GLASS, imei kod: **********68557 OPPO A18 markalı telefon qüsursuz halda təhvil alınmışdır. 03 iyul 2024-cü il tarixli Maliyyə arayışına əsasən cavabdeh S.İ.Rzayev 10 iyun 2023-cü il tarixli, 18282027 saylı alqı-satqı müqavilələrinə əsasən 151,59 manat ödənilməmiş hissə, 15,41 manat cərimə və 05 yanvar 2024-cü il tarixli, 03736061 saylı alqı-satqı müqaviləsinə əsasən 334,30 manat ödənilməmiş hissə, 33,70 manat cərimə ümumilikdə, 535 (beş yüz otuz beş) manat borcu vardır. İddiaçının 14 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-ci maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Ona görə də, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 10 iyun 2023-cü il tarixli, 18282027 saylı alqı-satqı müqaviləsinə əsasən 151,59 manat ödənilməmiş hissə, 15,41 manat cərimə və 05 yanvar 2024-cü il tarixli, 03736061 saylı alqı-satqı müqaviləsinə əsasən 334,30 manat ödənilməmiş hissə, 33,70 manat cərimə ümumilikdə, 535 (beş yüz otuz beş) manat borc pul məbləği Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 10 iyun 2023-cü il tarixli, 18282027 saylı alqı-satqı müqaviləsinə əsasən 151,59 (yüz əlli bir manat əlli doqquz qəpik) manat ödənilməmiş hissə, 15,41 (on beş manat qırx bir qəpik) manat cərimə və 05 yanvar 2024-cü il tarixli, 03736061 saylı alqı-satqı müqaviləsinə əsasən 334,30 (üç yüz otuz dörd manat otuz qəpik) manat ödənilməmiş hissə, 33,70 (otuz üç manat yetmiş qəpik) manat cərimə ümumilikdə, 535 (beş yüz otuz beş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-1002/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1002/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver