Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1042/2023 21.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İbahim oğluna qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh İbahim oğluna qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 762 (yeddi yüz altmış iki) manat 60 (altmış) qəpik əsas borc, 114 (yüz on dörd) manat 30 (otuz) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 876 (səkkiz yüz yetmiş altı) manat 90 (doxsan) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaitinin Cavabdeh İbahim oğlundan tutularaq İddiaçı «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh İbahim oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Sony” markalı saat oyun konsulu və “Sony” markalı oyun aksesuarına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 112 manat olmaqla, cəmi 1332.70 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqavilə üzrə son ödəniş tarixi xx.xx.2023-cü il tarixdə 30 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 876.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı müqavilə üzrə 1143 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 114.30 manat «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh İbahim oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti “Sony” markalı saat oyun konsulu və “Sony” markalı oyun aksesuarı 12 ay müddətinə hər ay 112 manat ödəmək şərtilə borcluya satmışdır. İşdə olan «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023cü il tarixli üzrə maliyyə arayışından görünür ki, Cavabdeh İbahim oğlu ilə «İRŞAD- ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 762 (yeddi yüz altmış iki) manat 60 (altmış) qəpik əsas borc, 114 (yüz on dörd) manat 30 (otuz) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 876 (səkkiz yüz yetmiş altı) manat 90 (doxsan) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh İbahim oğlu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 762 (yeddi yüz altmış iki) manat 60 (altmış) qəpik əsas borc, 114 (yüz on dörd) manat 30 (otuz) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 876 (səkkiz yüz yetmiş altı) manat 90 (doxsan) qəpik məbləğdə pul vəsaiti cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İbahim oğlundan iddiaçı «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 762 (yeddi yüz altmış iki) manat 60 (altmış) qəpik əsas borc, 114 (yüz on dörd) manat 30 (otuz) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 876 (səkkiz yüz yetmiş altı) manat 90 (doxsan) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1042/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1042/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver