Məhkəmə qərarları › İş №e-2(022)-1052/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1052/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1052/2024 19.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 438 (dörd yüz otuz səkkiz) manat 90 (doxsan) qəpik əsas, 65 (altmış beş) manat 80 (səksən) qəpik cərimə, cəmi 504 (beş yüz dörd) manat 70 (yetmiş) qəpik borcun, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 587 (beş yüz səksən yeddi) manat 10 (on) qəpik əsas, 88 (səksən səkkiz) manat cərimə, cəmi 675 (altı yüz yetmiş beş) manat 10 (on) qəpik borcun, ümumilikdə iki müqavilə üzrə 1026 (min iyirmi altı) manat əsas, 153 (yüz əlli üç) manat 80 (səksən) qəpik cərimə, cəmi 1179 (min yüz yetmiş doqquz) manat 80 (səksən) qəpik borcun və 31 (otuz bir) manat 80 (səksən) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı "XİAOMİ” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla, cəmi 527.99 manat və xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı planşet və qulaqcıqa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla, cəmi 1059.98 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 89 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 438.90 manat, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 59 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 587.10 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin birinci müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1-ci müqavilə üzrə 658 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 65.80 manat, ikinci müqavilə üzrə 880 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 88 manat «İRŞAD- ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı alqısatqı müqaviləsinə əsasən «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti "XİAOMİ” markalı telefona cəmi 527.99 manata 12 ay müddətinə hər ay 44 manat və xx.xx.2023-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsinə əsasən «Samsung» markalı planşet və qulaqcığı cəmi 1059.98 manat 18 ay müddətinə hər ay 59 manat ödəmək şərtilə borcluya satmışdır. İşdə olan «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 438 (dörd yüz otuz səkkiz) manat 90 (doxsan) qəpik əsas, 65 (altmış beş) manat 80 (səksən) qəpik cərimə, cəmi 504 (beş yüz dörd) manat 70 (yetmiş) qəpik borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 587 (beş yüz səksən yeddi) manat 10 (on) qəpik əsas, 88 (səksən səkkiz) manat cərimə, cəmi 675 (altı yüz yetmiş beş) manat 10 (on) qəpik borc, ümumilikdə cavabdehin iki müqavilə üzrə 1026 (min iyirmi altı) manat əsas, 153 (yüz əlli üç) manat 80 (səksən) qəpik cərimə, cəmi borcu 1179 (min yüz yetmiş doqquz) manat 80 (səksən) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 438 (dörd yüz otuz səkkiz) manat 90 (doxsan) qəpik əsas, 65 (altmış beş) manat 80 (səksən) qəpik cərimə, cəmi 504 (beş yüz dörd) manat 70 (yetmiş) qəpik borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 587 (beş yüz səksən yeddi) manat 10 (on) qəpik əsas, 88 (səksən səkkiz) manat cərimə, cəmi 675 (altı yüz yetmiş beş) manat 10 (on) qəpik borc, ümumilikdə iki müqavilə üzrə 1026 (min iyirmi altı) manat əsas, 153 (yüz əlli üç) manat 80 (səksən) qəpik cərimə, cəmi 1179 (min yüz yetmiş doqquz) manat 80 (səksən) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 31 (otuz bir) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 438 (dörd yüz otuz səkkiz) manat 90 (doxsan) qəpik əsas borc, 65 (altmış beş) manat 80 (səksən) qəpik cərimə, cəmi 504 (beş yüz dörd) manat 70 (yetmiş) qəpik borc, xx.xx.2023cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 587 (beş yüz səksən yeddi) manat 10 (on) qəpik əsas borc, 88 (səksən səkkiz) manat cərimə, cəmi 675 (altı yüz yetmiş beş) manat 10 (on) qəpik borc, ümumilikdə 1026 (min iyirmi altı) manat əsas borc, 153 (yüz əlli üç) manat 80 (səksən) qəpik cərimə, cəmi 1179 (min yüz yetmiş doqquz) manat 80 (səksən) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat 80 (səksən) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar