Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1055/2023 25.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 528 (beş yüz iyirmi səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 79 (yetmiş doqquz) manat 20 (iyirmi) qəpik cərimə borcu olmaqla, cəmi 607 (altı yüz yeddi) manat 80 (səksən) qəpik, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 449 (dörd yüz qırx doqquz) manat 90 (doxsan) qəpik əsas borc, 67 (altmış yeddi) manat 40 (qırx) qəpik cərimə borcu, cəmi 517 (beş yüz on yeddi) manat 30 (otuz) qəpik olmaqla, ümumilikdə iki müqavilə üzrə 978 (doqquz yüz yetmiş səkkiz) manat 50 (əlli) qəpik əsas, 146 (yüz qırx altı) manat 60 (altmış) qəpik cərimə, cəmi 1125 (min yüz iyirmi beş) manat 10 (on) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 25 (iyirmi beş) qəpik məbləğdə pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Xiaomi” markalı mobil telefona və “Fakir” markalı elektrik çaydanına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla, cəmi 697.60 manat və xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla, cəmi 539.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə son ödəniş tarixi xx.xx.2023-cü il tarixdə 25 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 607.8 manat və xx.xx.2022ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə son ödəniş tarixi xx.xx.2023-cü il tarixdə 30 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 517.3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin birinci müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı müqavilə üzrə 792.8 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 79.2 manat, ikinci müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı müqavilə üzrə 674 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 67.40 manat «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı alqısatqı müqaviləsinə əsasən «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti “Xiaomi” markalı mobil telefonu və “Fakir” markalı elektrik çaydanını 18 ay müddətinə hər ay 39 manat və xx.xx.2022-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsinə əsasən «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti “Samsung” markalı mobil telefonu 18 ay müddətinə 30 manat ödəmək şərtilə borcluya satmışdır. İşdə olan «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023cü il tarixli üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 528 (beş yüz iyirmi səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 79 (yetmiş doqquz) manat 20 (iyirmi) qəpik cərimə borcu olmaqla, cəmi 607 (altı yüz yeddi) manat 80 (səksən) qəpik, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 449 (dörd yüz qırx doqquz) manat 90 (doxsan) qəpik əsas borc, 67 (altmış yeddi) manat 40 (qırx) qəpik cərimə borcu, cəmi 517 (beş yüz on yeddi) manat 30 (otuz) qəpik olmaqla,ümumilikdə iki müqavilə üzrə 978 (doqquz yüz yetmiş səkkiz) manat 50 (əlli) qəpik əsas, 146 (yüz qırx altı) manat 60 (altmış) qəpik cərimə, cəmi 1125 (min yüz iyirmi beş) manat 10 (on) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 528 (beş yüz iyirmi səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 79 (yetmiş doqquz) manat 20 (iyirmi) qəpik cərimə borcu olmaqla, cəmi 607 (altı yüz yeddi) manat 80 (səksən) qəpik, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 449 (dörd yüz qırx doqquz) manat 90 (doxsan) qəpik əsas borc, 67 (altmış yeddi) manat 40 (qırx) qəpik cərimə borcu, cəmi 517 (beş yüz on yeddi) manat 30 (otuz) qəpik olmaqla,ümumilikdə iki müqavilə üzrə 978 (doqquz yüz yetmiş səkkiz) manat 50 (əlli) qəpik əsas, 146 (yüz qırx altı) manat 60 (altmış) qəpik cərimə, cəmi 1125 (min yüz iyirmi beş) manat 10 (on) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 31 (otuz bir) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 528 (beş yüz iyirmi səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 79 (yetmiş doqquz) manat 20 (iyirmi) qəpik cərimə borcu olmaqla, cəmi 607 (altı yüz yeddi) manat 80 (səksən) qəpik, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 449 (dörd yüz qırx doqquz) manat 90 (doxsan) qəpik əsas borc, 67 (altmış yeddi) manat 40 (qırx) qəpik cərimə borcu, cəmi 517 (beş yüz on yeddi) manat 30 (otuz) qəpik olmaqla,ümumilikdə iki müqavilə üzrə 978 (doqquz yüz yetmiş səkkiz) manat 50 (əlli) qəpik əsas, 146 (yüz qırx altı) manat 60 (altmış) qəpik cərimə, cəmi 1125 (min yüz iyirmi beş) manat 10 (on) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 25 (iyirmi beş) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1055/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1055/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver