Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1058/2024 19.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müracüət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********13698 İPHONE 11 markalı telefon , APPLE ADAPTER, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 2210 (iki min iki yüz on) manat 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 221 (iki yüz iyirmi bir) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 2432 (iki min dörd yüz otuz iki) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat 32 (otuz iki) qəpik Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023cü il tarixli müqaviləyə əsasənh, İmei kod **********13698 İPHONE 11 markalı telefon, APPLE ADAPTER, VİNİL MAT, VİNİL ŞƏFFAF almış və nəticədə 2432 (iki min dörd yüz otuz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2640.96 (iki min altı yüz qırx manat doxsan altı) manat (18 ay x 146.72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********13698 İPHONE 11 markalı telefon, APPLE ADAPTER, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün ümumilikdə 2432 (iki min dörd yüz otuz iki) manat olmaqla, ondan 2210.37 (iki min iki yüz on manat otuz yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 221.63 (iki yüz iyirmi bir manat altmış üç qəp) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 430.59 manat təşkil edir. Ödəniş cədvəlinin 2-cü bəndinə əsasən ödənişlərdə gecükmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü i il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-cü maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********13698 İPHONE 11 markalı telefon, APPLE ADAPTER, VİNİL MAT, VİNİL ŞƏFFAF 2640.96 manata, 18 ay müddətinə hər ay 146.72 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********13698 İPHONE 11 markalı telefon, APPLE ADAPTER, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 2210 (iki min iki yüz on) manat 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 221 (iki yüz iyirmi bir) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə borc 2432 (iki min dörd yüz otuz iki) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-cü maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 221 (iki yüz iyirmi bir) manat 63 (altmış üç) qəpik təşkil edən cərimə məbləğinin 22 (iyirmi iki) manata kimi azaldılmasını məqsədə müvafiq hesab edir. Qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınaraq məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********13698 İPHONE 11 markalı telefon, APPLE ADAPTER, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 2210 (iki min iki yüz on) manat 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, ümumilikdə 2233 (iki min iki yüz otuz üç) manat pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-cü maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 44 (qırx dörd) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaitinin bir hissəsinin əvəzi qismində 42 (qırx iki) manat 33 (otuz üç) də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-cü maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********13698 İPHONE 11 markalı telefon, APPLE ADAPTER, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 2210 (iki min iki yüz on) manat 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, ümumilikdə 2233 (iki min iki yüz otuz üç) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 33 (otuz üç) qəpik pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1058/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1058/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver