Məhkəmə qərarları › İş №e-2(022)-1061/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1061/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1061/2025 13.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 qarşı xx.xx.2023 cü ildə bağlanmış 140465 və 140467 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən 746 manat və 231 manat əsas, 225.60 manat və 69.70 cərimə, cəmi 1272.30 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəiz qismində 32 (otuz iki) manat 72 (yetmiş iki) qəpik pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi barədə kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ilə cavabdeh X3 arasında xx.xx.2023 cü ildə bağlanmış 140465 və 140467 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 793 manata və 279 manata nisyə blutuz qulaqlıq , telefon və televizor satmışdır. Cavabdeh hər ay 23.25 manat və 46.65 manat ödəmək şərti ilə 12 və 18 ay müddətinə, hər ayın 03-dək ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 231 manat və 746 əsas, həmin gün üçün hesablanmış 69.70 manat və 198.50 cərimə, 300.70 manat və 944.50 ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə xx.xx.2025-ci il tarixə 746 manat və 231 manat əsas, 225.60 manat və 69.70 cərimə ümumi 1272.30 manat ümumi borcu yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı dəyəri 793 manata nisyə telefonu 18 ay müddətinə hər ay 46.65 manat və 279 manata blutuz qulaqlıq və telefonu 12 ay müddətinə hər ay 23.25 manat ödəmək şərtilə borcluya satmışdır. İşdə olan “Ventto Elektronics” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 ilə “Ventto Elektronics” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən cavabdehin xx.xx.2023 cü ildə bağlanmış 140465 və 140467 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən 746 manat və 231 manat əsas, 225.60 manat və 69.70 cərimə, ümumi borcu 1272.30 manat təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla X3 İddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2023-cü il tarixli 140465 və 140467 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən 746 manat və 231 manat əsas, 225.60 manat və 69.70 cərimə, ümumi 1272.30 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2025-ci il tarixə hesablanmış 225.60 manat təşkil edən cərimə məbləğinin 20 manata kimi azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh X3 müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023 cü ildə bağlanmış 140465 və 140467 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən, 746 manat və 231 manat əsas, 20 manat və 69.70 cərimə, cəmi 1096 (min doxsan altı) manat 70 (yetmiş) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 96 (doxsan altı) qəpik pul vəsaiti cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat 96 (doxsan altı) qəpik məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə xx.xx.2023 cü ildə bağlanmış 140465 və 140467 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən 746 (yeddi yüz qırx altı) manat və 231 (iki yüz otuz bir) manat əsas, 20 (iyirmi) manat və 69 (altmış doqquz) manat 70 (yetmiş) qəpik cərimə, cəmi 1066 (min altımış altı) manat 70 (yetmiş) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəiz qismində 30 (otuz) manat 96 (doxsan altı) qəpik pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar