Məhkəmə qərarları › İş №e-2(022)-1096/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1096/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1096/2024 23.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN MRAC kondisioner üçün 1470 (min dörd yüz yetmiş) manat 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat (sıfır səkkiz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN SİAC kondisioner üçün 1339 (min üç yüz otuz doqquz) manat 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 133 (yüz otuz üç) manat 08 (sıfır səkkiz) qəpik cərimə, ümumilikdə 3091( üç min doxsan bir) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat 91 (doxsan bir) qəpik pulun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən HOFFMANN MRAC kondisioner, HOFFMANN SİAC kondisioner almış və nəticədə 3091 (üç min doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1627.92 (min altı yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat (24 ay x 67.83 manat + 0 manat ilkin ödəniş) HOFFMANN MRAC kondisioner üçün ümumilikdə 1618 (min altı yüz on səkkiz) manat olmaqla, ondan 1470.92 (min dörd yüz yetmiş manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 147.08 (yüz qırx yeddi manat səkkiz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1530.96 (min beş yüz otuz manat doxsan altı qəpik) manat (24 ay x 63.79 manat + 0 manat ilkin ödəniş) HOFFMANN SİAC kondisioner üçün ümumilikdə 1473 (min dörd yüz yetmiş üç) manat olmaqla, ondan 1339.92 (min üç yüz otuz doqquz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 133.08 (yüz otuz üç manat səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 348.04 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cüil tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, HOFFMANN MRAC kondisioneri 1627.92 manata, 24 ay müddətinə hər ay 67.83 manat ödəmək şərti ilə və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən HOFFMANN SİAC kondisioneri 1530.96 manata 24 ay müddətinə hər ay 63.79 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN MRAC kondisioner üçün 1470 (min dörd yüz yetmiş) manat 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat (sıfır səkkiz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən HOFFMANN SİAC kondisioner üçün 1339 (min üç yüz otuz doqquz) manat 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 133 (yüz otuz üç) manat 08 (sıfır səkkiz) qəpik cərimə, ümumilikdə borc 3091( üç min doxsan bir) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən HOFFMANN MRAC kondisioneri üçün 1470 (min dörd yüz yetmiş) manat 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat (sıfır səkkiz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən HOFFMANN SİAC kondisioneri üçün 1339 (min üç yüz otuz doqquz) manat 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 133 (yüz otuz üç) manat 08 (sıfır səkkiz) qəpik cərimə, ümumilikdə 3091( üç min doxsan bir) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 50 (əlli) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN MRAC kondisioner üçün 1470 (min dörd yüz yetmiş) manat 92 (doxsan iki) qəpik əsas borc, 147 (yüz qırx yeddi) manat (sıfır səkkiz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən HOFFMANN SİAC kondisioner üçün 1339 (min üç yüz otuz doqquz) manat 92 (doxsan iki) qəpik əsas borc, güzəşt olunaraq 133 (yüz otuz üç) manat 08 (sıfır səkkiz) qəpik cərimə, ümumilikdə 3091 (üç min doxsan bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar