Məhkəmə qərarları › İş №e-2(022)-1106/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1106/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1106/2025 03.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbi” barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Cavabdeh 620 (altı yüz iyirmi) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə, 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: 19 aprel 2022-ci il tarixində saat 23:00 radələrində Bakı şəhəri, H.Əliyev küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunan və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. X7 İdarəsi əməkdaşı tərəfindən tərtib edilən TP5031241 saylı tnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “Mitsubishi L200” markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 620 (altı yüz iyirmi) manat təşkil edir. "Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə PXA110681 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə zərərçəkənə 620 (altı yüz iyirmi) manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçı "Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: X7 İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, 19 aprel 2022-ci il tarixində saat 23:00 radələrində Bakı şəhəri, H.Əliyev küçəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vemişdir. Yol-nəqliyyat hadisəsinin növü-toqquşmadır. Avtonəqliyyat vasitəsinin markası “Chevrolet Cruze” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü X2r. Hadisə baş verdiyi anda sürücü Cavabdeh olmuşdur. 28 iyul 2022-ci il tarixli, xx/xx-1649 saylı Cavabdeh ünvanlanış məktubdan görünür ki, cavabdeh ona qarşı yaranmış subroqasiya hüququ barədə məlumatlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 620 (altı yüz iyirmi) manat sığorta ödənişini 7 (yeddi) iş günü ərzində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İcbari sığorta müqaviləsinin surətindən görünür ki, "Chevrolet Cruze” markalı, **-TX- *** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi və sürücüsü X2r. "Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında 02 iyun 2021-ci il tarixli, PXA110681 saylı müqavilə bağlanmışdır. PXA110681 saylı “Sığorta aktından” görünür ki, sığorta şəhadətnaməsinin nömrəsi PXA110681, sığortanın növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sığortalı X3, sığorta predmeti "Chevrolet Cruze” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil, sığortanın başlama tarixi 03 iyun 2021-ci il 12:24, sığortanın bitmə tarixi 03 iyun 2022-ci il 12:24, sığortanın məbləği 55000 (əlli beş min) manat, subroqasiya tələbinin yönəldiyi şəxs Cavabdeh, hadisənin baş vermə tarixi xx.xx.2022-ci, 23:00, hadisənin baş verdiyi yer Bakı şəhəri, H.Əliyev küçəsi, hadisənin təsviri sığortalanmış “Chevrolet Cruze” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, “Auto Box” məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş akta görə dəymiş zərərin ümumi məbləği 620 (altı yüz iyirmi) manat, sığorta ödənişi 620 (altı yüz iyirmi) manat, sığorta ödənişinin verilmə üsulu köçürmə, məbləği alan X1, hesab nömrəsi AZ76HAJC********************. “Auto Box” məhdud Məsuliyyətli Cəmiyyətinin 20 may 2025-ci il tarixli, 1865 nömrəli qiymətləndirmə aktından görünür ki, yekun qiymətləndirmə aktı üzrə məbləğ 620 (altı yüz iyirmi) manatdır. 13 may 2021-ci il tarixli TP5031241 nömrəli inzibati tənbeh vermə haqqında qərar və İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Rəhmanlı X5 Xətalar Məcəlləsinin 327.3, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilən dövlət rüsumunun məbləği 30 (otuz) manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 936.1-936.2, 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir; 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-3.3-cü maddələrinə əsasən, icbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa Mərkəzi Bankdan icazəsi olan sığortaçı bağlaya bilər. İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və icbari sığorta qanunları ilə müəyyən edilir. Bu Qanunun 16.5-ci maddəsini nəzərə almaqla könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır; 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar; 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “avtonəqliyyat vasitələrinin icbari sığortası” növü üzrə sığortalanmış “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı 19 aprel 2022-ci il tarixdə toqquşmuş, “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Həmin yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 327.6cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) və 327.1-ci maddələrinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 620 (altı yüz iyirmi) manat məbləğində sığorta ödənişi avtonəqliyyat vasitəsinin təmiri üçün müvafiq hesaba ödənilmişdir. Hazırda iddiaçı 620 (altı yüz iyirmi) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında Cavabdeh tutulmasını tələb edir. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Belə ki, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh tərəfindən hüquq pozuntusu törədilmişdir, Cavabdeh törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Göründüyü kimi, zərərin aradan qaldırılması üçün ödənilən 620 (altı yüz iyirmi) manat sığorta ödənişinin məbləğini Cavabdeh tələb etmək hüququ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur (subyektiv hüquq). İşin faktiki hallarından göründüyü kimi, baş vermiş sığorta hadisəsi barədə Cavabdeh məlumat verilmiş, sığorta ödənişinin subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələb edilmiş, lakin sığorta ödənişi bu günə kimi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi sübutlar tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Məhkəmə tədqiq olunmuş sübutların məcmusuna, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 620 (altı yüz iyirmi) manat sığorta ödənişi məbləği Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 620 (altı yüz iyirmi) manat məbləğində sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar