Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1115/2024 23.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********72626 XİAOMİ POCO X5 PRO markalı telefon üçün 468 (dörd yüz altmış səkkiz) manat 71 (yetmiş bir) qəpik ödənilməmiş hissə, 46 (qırx altı) manat 29 (iyirmi doqquz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, AİWA qulaqlıq üçün 29 (iyirmi doqquz) manat 03 ( sıfır üç) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 97 (doxsan yeddi) qəpik cərimə, ümumilikdə 547 (beş yüz qırx yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pulun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kod **********72626 XİAOMİ POCO X5 PRO markalı telefon, AİWA qulaqlıq almış və nəticədə 547 (beş yüz qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1134 (min yüz otuz dörd) manat (18 ay x 53 manat + 180 manat ilkin ödəniş), İmei kod **********72626 XİAOMİ POCO X5 PRO markalı telefon üçün ümumilikdə 515 (beş yüz on beş) manat olmaqla, ondan 468.71 (dörd yüz altmış səkkiz manat yetmiş bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 46.29 (qırx altı manat iyirmi doqquz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 117.96 (yüz on yeddi manat doxsan altı qəpik) manat (12 ay x 9.83 manat + 0 manat ilkin ödəniş), AİWA qulaqlıq üçün ümumilikdə, 32 (otuz iki) manat olmaqla, ondan 29.03 (iyirmi doqquz manat üç qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 2.97 (iki manat doxsan yeddi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 754.22 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********72626 XİAOMİ POCO X5 PRO markalı telefon 1134 manata, 18 ay müddətinə hər ay 53 manat ödəmək şərti ilə və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən AİWA qulaqlı 117.96 manata 12 ay müddətinə hər ay 9.83 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********72626 XİAOMİ POCO X5 PRO markalı telefon üçün 468 (dörd yüz altmış səkkiz) manat 71 (yetmiş bir) qəpik ödənilməmiş hissə, 46 (qırx altı) manat 29 (iyirmi doqquz) qəpik cərimə, xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən AİWA qulaqlıq üçün 29 (iyirmi doqquz) manat 03 ( sıfır üç) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 97 (doxsan yeddi) qəpik cərimə, ümumilikdə borc 547 (beş yüz qırx yeddi) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********72626 XİAOMİ POCO X5 PRO markalı telefon üçün 468 (dörd yüz altmış səkkiz) manat 71 (yetmiş bir) qəpik ödənilməmiş hissə, 46 (qırx altı) manat 29 (iyirmi doqquz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən AİWA qulaqlıq üçün 29 (iyirmi doqquz) manat 03 ( sıfır üç) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 97 (doxsan yeddi) qəpik cərimə, ümumilikdə 547 (beş yüz qırx yeddi) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********72626 XİAOMİ POCO X5 PRO markalı telefon üçün 468 (dörd yüz altmış səkkiz) manat 71 (yetmiş bir) qəpik ödənilməmiş hissə, 46 (qırx altı) manat 29 (iyirmi doqquz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən AİWA qulaqlıq üçün 29 (iyirmi doqquz) manat 03 ( sıfır üç) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 97 (doxsan yeddi) qəpik cərimə, ümumilikdə 547 (beş yüz qırx yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1115/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1115/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver