Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1125/2025 08.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı Lənkəran X2 İdarəsinin Biləsuvar rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********01640 olmaqla 23 aprel 2022-ci il tarixli, 19723-04-22 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh ünvan 1 ünvanında yerləşən özünə məxsus mənzilində təbii qazdan istifadəyə görə 02 iyun 2025-ci il tarixə 255.48 (iki yüz əlli beş manat qırx səkkiz qəpik) manat məbləğində debitor borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərini ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran X2 İdarəsi tərəfindən 255.48 (iki yüz əlli beş manat qırx səkkiz qəpik) manat məbləğində debitor borcun ödənilməsi barədə Cavabdeh dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş və tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. İddiaçının tələbi: Cavabdeh 02 iyun 2025-ci il tarixə kimi istehlak etdiyi 255.48 (iki yüz əlli beş manat qırx səkkiz qəpik) manat debitor borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 285.48 (iki yüz səksən beş manat qırx səkkiz qəpik) məbləğində pul vəsaitinin tutularaq Lənkəran X2 İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti Lənkəran filialı Kod: 200383, VÖEN: **********, MH: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN 990000162, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edəsiniz. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı iddiasına qarşı əsaslandırılmış yazılı etiraz daxil olmamışdır. 02 iyul 2025-ci il tarixdə Cavabdeh tərəfindən iddia müddətinin tətbiq barədə ərizə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlər: 23 aprel 2022-ci il tarixli, 19723-04-22 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh məxsus abonentin saldosundan görünür ki, sayğac tipi “ZENNER G4T SMART” olan, 23 aprel 2022-ci il tarixdə quraşdırılmış, **********630 nömrəli abonent koduna 2025-ci ilin iyun ayına kimi 255.48 (iki yüz əlli beş manat qırx səkkiz qəpik) manat məbləğində ödənilməmiş borc yaranmışdır. 22 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünürki, Cavabdeh borcu olan 255.48 (iki yüz əlli beş manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsi üçün İddiaçı tərəfindən 5 gün müddətinə vaxt verilmiş, ödənilmədiyi halda isə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublkasının Mülki Məcəlləsinin: 614.3-cü maddəsinə əsasən fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında təbii qazdan istehlak hüququna malik olduğu kimi, eyni zamanda həmin istehlak etdiyi təbii qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında istehlak hüququndan istifadə etmiş, lakin istehlak etdiyi təbii qazın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də İddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Məhkəmə 02 iyul 2025-ci il tarixdə Cavabdeh tərəfindən iddia müddətinin tətbiq barədə daxil olmuş ərizəyə münasibətdə qeyd edir ki, hazırkı vəziyyətdə ərizə təmin oluna bilməz. Belə ki, İddiaçı irəli sürdüyü tələb üzrə hesablanmış məbləğ tərəflər arasında bağlanmış 23 aprel 2024-cü il tarixli müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsi ilə bağlıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər ilə müəyyən olunmuşdur ki, mübahisə edilən məblğ üzrə hesablamalar 22 iyul 2024-cü il tarixə aiddir. Yəni, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 22 iyul 2024-cü il tarixinədək istifadə etdiyi təbii qazın dəyərini ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. qərarlar). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müqavilələrdən irəli gələn tələblər üzrə iddia müddətinin axımının hesablanması müvafiq olaraq Mülki Məcəllənin 337.2 və 377.3-cü maddələrinin tələblərinə əsasən həyata keçirilməlidir. Həmin maddələrə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İddiaçı tərəfindən məhkəyə təqdim olunmuş 22 iyul 2024-cü il tarixli “Debitor borcun ödənilməsi tələbi barədə xəbərdarlıq” məktubunun surətindən görünür ki, cavabdehə yaranmış borcun tam şəkildə ödənilməsi tələb edilmiş və bunun üçün Cavabdeh 10 gün olmaqla güzəştli müddət verilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutların məcmusuna, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli 255.48 (iki yüz əlli beş manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 02 iyun 2025-ci il tarixə kimi istehlak etdiyi 255.48 (iki yüz əlli beş manat qırx səkkiz qəpik) manat debitor borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 285.48 (iki yüz səksən beş manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Lənkəran X2 İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti Lənkəran filialı Kod: 200383, VÖEN: **********, MH: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN 990000162, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-1125/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1125/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver