Məhkəmə qərarları › İş №e-2(022)-1144/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1144/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1144/2023 04.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 20 yanvar 2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 2.699 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46.99 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 31 avqust 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 20 yanvar 2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 2.699 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46.99 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmaıldır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə isə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Lakin “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsində 46 manat 99 qəpik məbləğində dövlət rüsumunun ödənilməsi qeyd edilsə də, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin qeyd edilən normalarının məzmunundan görünür ki, qanunverici “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə və ya poçt vasitəsilə göndərilməsindən, bu barədə iddia ərizəsində müvafiq qeyd aparılıb-aparılmamasından asılı olmayaraq, bütün iddia ərizələrində qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməsini şərt kimi irəli sürmüş, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, hakimin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı olmasını nəzərdə tutmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsində 46 manat 99 qəpik məbləğində dövlət rüsumunun ödənilməsinin qeyd edilməsi dövlət rüsumunun ödənilməsi kimi hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 20 yanvar 2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 2.699 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46.99 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar