Məhkəmə qərarları › İş №e-2(022)-1175/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1175/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1175/2024 24.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 14 avqust 2022-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 229 manat 70 qəpik, cərimə qismində 34 manat 40 qəpik, cəmi 264 manat 10 qəpik və 23 dekabr 2022-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 134 manat 90 qəpik, cərimə qismində 20 manat 20 qəpik, cəmi 155 manat 10 qəpik, ümumilikdə hər iki müqavilə üzrə 17 oktyabr 2023-cü il tarixə əsas borc qismində 364 manat 60 qəpik, cərimə qismində 54 manat 60 qəpik, cəmi 419 manat 20 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 20 avqust 2024-cü il tarixdə «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 14 avqust 2022-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 229 manat 70 qəpik, cərimə qismində 34 manat 40 qəpik, cəmi 264 manat 10 qəpik və 23 dekabr 2022-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 134 manat 90 qəpik, cərimə qismində 20 manat 20 qəpik, cəmi 155 manat 10 qəpik, ümumilikdə hər iki müqavilə üzrə 17 oktyabr 2023-cü il tarixə əsas borc qismində 364 manat 60 qəpik, cərimə qismində 54 manat 60 qəpik, cəmi 419 manat 20 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 20 avqust 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın müddətli nisyə alqı-satqısına dair 14 avqust 2022-ci il tarixli, ********* saylı müqavilənin və həmin müqaviləyə 1 saylı Əlavənin surətlərindən görünür ki, Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin olaraq 90 qəpik ödəməklə, 18 ay əzində hər ay 22 manat, sonuncu ay isə 9 manat 79 qəpik hissə-hissə ödəmək şərtilə, «Samsung A035 Blue 64GB (**********69244)» markalı telefonu cəmi 383 manat 79 qəpiyə «İrşad- Electronics» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. İşdə olan 14 avqust 2022-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 14 avqust 2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən «Samsung A035 Blue 64GB (**********69244)» markalı telefon 14 avqust 2022-ci il tarixdə «İrşad- Electronics» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki iş materiallarında olan əşyanın müddətli nisyə alqı-satqısına dair 23 dekabr 2022-ci il tarixli, ********* saylı müqavilənin və həmin müqaviləyə 1 saylı Əlavənin surətlərindən görünür ki, Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin olaraq 60 manat ödəməklə, 12 ay əzində hər ay 15 manat, sonuncu ay isə 14 manat 99 qəpik hissə-hissə ödəmək şərtilə, «Samsung A032 Ceramic Black (**********20296/**********20294)» markalı telefonu cəmi 179 manat 99 qəpiyə «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. İşdə olan 23 dekabr 2022-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 23 dekabr 2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən «Samsung A032 Ceramic Black (**********20296/**********20294)» markalı telefon 23 dekabr 2022-ci il tarixdə «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh borcu barədə maliyyə arayışının surətindən görünür ki, 14 avqust 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə Cavabdeh iddiaçıya olan borcundan 154 manat ödəniş etmiş, Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinə olan borcu 17 oktyabr 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 229 manat 70 qəpik, cərimə qismində 344 manat, cəmi 573 manat 70 qəpik təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh borcu barədə maliyyə arayışının surətindən görünür ki, 23 dekabr 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə Cavabdeh iddiaçıya olan borcundan 45 manat ödəniş etmiş, Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinə olan borcu 17 oktyabr 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 134 manat 90 qəpik, cərimə qismində 202 manat, cəmi 336 manat 90 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinə 17 oktyabr 2023-cü il tarixə 14 avqust 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 229 manat 70 qəpik, cərimə qismində 1.102 manat, cəmi 1.836 manat 90 qəpik və 23 dekabr 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 149 manat 99 qəpik, cərimə qismində 224 manat, cəmi 373 manat 90 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini, o cümlədən cavabdeh tərəfindən hər iki müqavilə üzrə icra etdiyi ödənişlərin miqdarını da nəzərə alaraq, hesab edir ki, 14 avqust 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 34 manat 40 qəpik və 23 dekabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 20 manat 20 qəpik təşkil edən cərimə məbləğləri tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və həmin məbləğlərin 14 avqust 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 20 manata və 23 dekabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10 manata qədər azaldılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, 14 avqust 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 229 manat 70 qəpik, cərimə qismində 20 manat və 23 dekabr 2022-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 134 manat 90 qəpik, cərimə qismində 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun 1 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 29 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 17 oktyabr 2023-cü il tarixə 14 avqust 2022-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 229 (iki yüz iyirmi doqquz) manat 70 (yetmiş) qəpik, cərimə qismində 20 (iyirmi) manat və 23 dekabr 2022-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 134 (bir yüz otuz dörd) manat 90 (doxsan) qəpik, cərimə qismində 10 (on) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 29 (iyirmi doqquz) manat, cəmi 423 (dörd yüz iyirmi üç) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti tutulsun. «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinin iddiasıqalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar