Məhkəmə qərarları › İş №e-2(022)-1183/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1183/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1183/2024 01.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 06 may 2023-cü il tarixli, 14064020 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat 93 qəpik, cərimə qismində 11 manat 07 qəpik, 01 avqust 2023-cü il tarixli, 03214616 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 161 manat 78 qəpik, cərimə qismində 16 manat 22 qəpik və 22 dekabr 2023-cü il tarixli, 03926788 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 692 manat 82 qəpik, cərimə qismində 69 manat 18 qəpik, cəmi 1.066 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 66 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 22 avqust 2024-cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı Cavabdeh qarşı 06 may 2023-cü il tarixli, 14064020 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat 93 qəpik, cərimə qismində 11 manat 07 qəpik, 01 avqust 2023cü il tarixli, 03214616 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 161 manat 78 qəpik, cərimə qismində 16 manat 22 qəpik və 22 dekabr 2023-cü il tarixli, 03926788 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 692 manat 82 qəpik, cərimə qismində 69 manat 18 qəpik, cəmi 1.066 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 66 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 22 avqust 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair 06 may 2023-cü il tarixli, 14064020 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən, «Xiaomi Redmi 12C 4/128GB - Ocean Blue» markalı mobil telefonu, 12 ay müddətinə hər ay hissə-hissə 29 manat 42 qəpik ödəmək şərti ilə, cəmi 353 manat 04 qəpiyə almışdır. İşdə olan 06 may 2023-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 06 may 2023-cü il tarixli, 14064020 saylı müqaviləyə əsasən «Xiaomi Redmi 12C 4/128GB - Ocean Blue» markalı mobil telefon 06 may 2023-cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan əşyanın alqı-satqısına dair 01 avqust 2023-cü il tarixli, 03214616 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən, «Xiaomi Redmi 10A 2GB/32GB - Sky Blue» markalı mobil telefonu ilkin olaraq 60 manat ödəməklə, 12 ay müddətinə hər ay hissə-hissə 24 manat ödəmək şərti ilə, cəmi 347 manat 99 qəpiyə almışdır. İş materiallarına əlavə edilmiş 01 avqust 2023-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 01 avqust 2023-cü il tarixli, 03214616 saylı müqaviləyə əsasən «Xiaomi Redmi 10A 2GB/32GB - Sky Blue» markalı mobil telefon 01 avqust 2023-cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan əşyanın alqı-satqısına dair 22 dekabr 2023-cü il tarixli, 03926788 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən, «Oppo A38 4/128 GB Black» markalı mobil telefonu, «X2 Oppo A38»i və «Paket XL»i 18 ay müddətinə hər ay hissəhissə 38 manat 49 qəpik ödəmək şərti ilə, cəmi 692 manat 89 qəpiyə almışdır. İş materiallarına əlavə edilmiş 22 dekabr 2023-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 22 dekabr 2023-cü il tarixli, 03926788 saylı müqaviləyə əsasən «Oppo A38 4/128 GB Black» markalı mobil telefon, «X2 Oppo A38» və «Paket XL» markalı adapter 22 dekabr 2023-cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh borcu barədə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 09 iyul 2024-cü il tarixə iddiaçıya olan borcu 06 may 2023-cü il tarixli, 14064020 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat 93 qəpik, cərimə qismində 11 manat 07 qəpik, cəmi 126 manat, 01 avqust 2023-cü il tarixli, 03214616 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 161 manat 78 qəpik, cərimə qismində 16 manat 22 qəpik, cəmi 178 manat və 22 dekabr 2023-cü il tarixli, 03926788 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 692 manat 82 qəpik, cərimə qismində 69 manat 18 qəpik, cəmi 762 manat, ümumilikdə 1.066 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə 09 iyul 2024-cü il tarixə iddiaçıya olan borcu 06 may 2023-cü il tarixli, 14064020 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat 93 qəpik, cərimə qismində 11 manat 07 qəpik, cəmi 126 manat, 01 avqust 2023-cü il tarixli, 03214616 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 161 manat 78 qəpik, cərimə qismində 16 manat 22 qəpik, cəmi 178 manat və 22 dekabr 2023-cü il tarixli, 03926788 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 692 manat 82 qəpik, cərimə qismində 69 manat 18 qəpik, cəmi 762 manat, ümumilikdə 1.066 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, 06 may 2023-cü il tarixli, 14064020 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat 93 qəpik, cərimə qismində 11 manat 07 qəpik, 01 avqust 2023-cü il tarixli, 03214616 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 161 manat 78 qəpik, cərimə qismində 16 manat 22 qəpik və 22 dekabr 2023-cü il tarixli, 03926788 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 692 manat 82 qəpik, cərimə qismində 69 manat 18 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 66 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 09 iyul 2024-cü il tarixə 06 may 2023-cü il tarixli, 14064020 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 (bir yüz on dörd) manat 93 (doxsan üç) qəpik, cərimə qismində 11 (on bir) manat 07 (yeddi) qəpik, 01 avqust 2023-cü il tarixli, 03214616 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 161 (bir yüz altmış bir) manat 78 (yetmiş səkkiz) qəpik, cərimə qismində 16 (on altı) manat 22 (iyirmi iki) qəpik və 22 dekabr 2023-cü il tarixli, 03926788 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 692 (altı yüz doxsan iki) manat 82 (səksən iki) qəpik, cərimə qismində 69 (altmış doqquz) manat 18 (on səkkiz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 66 (altmış altı) qəpik, cəmi 1.096 (bir min doxsan altı) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar