Məhkəmə qərarları › İş №e-2(022)-1220/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1220/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1220/2025 01.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LENOVO İDEAPAD 3 kompüter üçün 394 (üç yüz doxsan dörd) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 39 (otuz doqquz) manat 47 (qırx yeddi) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 4 üçün 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat 24 (iyirmi dörd) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MİŞAR DAİRƏVİ BOSCH üçün 165 (yüz altmış beş) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat 53 (əlli üç) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********92863 XİAOMİ REDMİ NOTE 12S markalı telefon, 2 ədəd VİNİL MAT üçün 584 (beş yüz səksən dörd) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 1547 (min beş yüz qırx yeddi) manat 37 (otuz yeddi) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat 48 (qırx səkkiz) qəpik pulun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixlərində müqavilələrə əsasən, LENOVO İDEAPAD 3 kompüter, PLAYSTATİON 4, MİŞAR DAİRƏVİ BOSCH, İmei kod **********92863 XİAOMİ REDMİ NOTE 12S markalı telefon, 2 ədəd VİNİL MAT almış və nəticədə 1547.37 (bir min beş yüz qırx yeddi manat, 37 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1578.96 (bi rmin beş yüz yetmiş səkkiz manat 96 qəpik) manat (12 ay x 131.58 manat + 0 manat ilkin ödəniş) olan LENOVO İDEAPAD 3 kompüter üçün 434.17 (dörd yüz otuz dörd manat 17 qəpik) manat olmaqla ondan, 394.7 (üç yüz doxsan dörd manat, 70 qəpik) manat ödənilməmiş hissə, 39.47 (otuz doqquz manat 47 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1184.94 (bir min yüz səksən dörd manat, 94 qəpik) manat (18 ay x 65.83 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 4 üçün 288.64 (iki yüz səksən səkkiz manat, 64 qəpik) manat olmaqla, ondan 262.4 (iki yüz altmış iki manat, 40 qəpik) manat ödənilməmiş hissə, 26.24 (iyirmi altı manat, 24 qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 425.52 (dörd yüz iyirmi beş manat, 52 qəpik) manat (18 ay x 23.64 manat + 0 manat ilkin ödəniş) olan MİŞAR DAİRƏVİ BOSCH üçün 181.83 (yüz səksən bir manat, 83 qəpik) manat olmaqla, ondan 165.3 (yüz altmış beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, 16.53 (on altı manat, 53 qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 876.96 (səkkiz yü zyetmiş altı manat, 96 qəpik) manat (18 ay x 48.72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********92863 XİAOMİ REDMİ NOTE 12S markalı telefon, 2 ədəd VİNİL MAT üçün 642.73 (altı yüz qırx iki manat 73 qəpik) manat olmaqla, ondan 584.3 (beş yüz səksən dörd manat, 30 qəpik) manat ödənilməmiş hissə, 58.43 (əlli səkkiz manat, 43 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2659.68 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LENOVO İDEAPAD 3 kompüter 1578.96 manat 12 ay müddətinə hər ay 131.58 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 4-ü 1184.94 (bir min yüz səksən dörd manat, 94 qəpik) manat 12 ay müddətinə hər ay 65.83 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MİŞAR DAİRƏVİ BOSCH-u 425.52 (dörd yüz iyirmi beş manat, 52 qəpik) manat 18 ay müddətinə hər ay 23.64 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********92863 XİAOMİ REDMİ NOTE 12S markalı telefon, 2 ədəd VİNİL MAT 876.96 (səkkiz yü zyetmiş altı manat, 96 qəpik) manat 18 ay müddıtinə hər ay 48.72 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LENOVO İDEAPAD 3 kompüter üçün 394 (üç yüz doxsan dörd) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 39 (otuz doqquz) manat 47 (qırx yeddi) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 4 üçün 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat 24 (iyirmi dörd) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MİŞAR DAİRƏVİ BOSCH üçün 165 (yüz altmış beş) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat 53 (əlli üç) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********92863 XİAOMİ REDMİ NOTE 12S markalı telefon, 2 ədəd VİNİL MAT üçün 584 (beş yüz səksən dörd) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə borc 1547 (min beş yüz qırx yeddi) manat 37 (otuz yeddi) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LENOVO İDEAPAD 3 kompüter üçün, 394 (üç yüz doxsan dörd) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 39 (otuz doqquz) manat 47 (qırx yeddi) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 4 üçün 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat 24 (iyirmi dörd) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MİŞAR DAİRƏVİ BOSCH üçün 165 (yüz altmış beş) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat 53 (əlli üç) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********92863 XİAOMİ REDMİ NOTE 12S markalı telefon, 2 ədəd VİNİL MAT üçün 584 (beş yüz səksən dörd) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 1547 (min beş yüz qırx yeddi) manat 37 (otuz yeddi) qəpik pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu olaraq ödədiyi 35 (otuz beş) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LENOVO İDEAPAD 3 kompüter üçün 394 (üç yüz doxsan dörd) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 39 (otuz doqquz) manat 47 (qırx yeddi) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən PLAYSTATİON 4 üçün 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat 24 (iyirmi dörd) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən MİŞAR DAİRƏVİ BOSCH üçün 165 (yüz altmış beş) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat 53 (əlli üç) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********92863 XİAOMİ REDMİ NOTE 12S markalı telefon, 2 ədəd VİNİL MAT üçün 584 (beş yüz səksən dörd) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 1547 (min beş yüz qırx yeddi) manat 37 (otuz yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat 48 (qırx səkkiz) qəpik pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar