Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1221/2024 03.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 03 avqust 2023cü il tarixli, 13404916 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 100 manat, cərimə qismində 10 manat, cəmi 110 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: 27 avqust 2024-cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 03 avqust 2023-cü il tarixli, 13404916 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 100 manat, cərimə qismində 10 manat, cəmi 110 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 27 avqust 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 01 oktyabr 2024-cü il tarixdə iddiaçı «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Biləsuvar rayon Məhkəməsinə ünvanladığı ərizə ilə müraciət edərək, hazırki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi geri qaytarılmasını xahiş etmişdir. “M.Xocalıyevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2014-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin geri qaytarılmasını tələb etdiyinə görə iddia ərizəsinin geri qaytarılması üçün mülki işin iddia icraatına keçirilməsi “prosessual qənaət” prinsipi baxımından məqsədəuyğun sayılmamalı, iddiaçının nümayəndəsinin tələbi ilə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul etməli və iddia ərizəsini, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə Azərbaycan Respublikası MPM-nin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqca və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikcə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtib olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 03 avqust 2023-cü il tarixli, 13404916 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 100 manat, cərimə qismində 10 manat, cəmi 110 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi iddiaçının xahişi ilə geri qaytarıldığına görə iddiaçı «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tam şəkildə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 114, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 03 avqust 2023cü il tarixli, 13404916 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 100 manat, cərimə qismində 10 manat, cəmi 110 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 08 avqust 2024cü il tarixdə “Paysis” məhhdud məsuliyyətli cəmiyyəti vasitəsilə Biləsuvar rayon məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə Azərbaycan Respublikası Mərkəzi X1 Portalına (xidmət istifadəçisi VÖEN **********, kodu ********) 08 avqust 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1221/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1221/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver