Məhkəmə qərarları › İş №e-2(022)-1235/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1235/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1235/2025 03.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "2741.27 (iki min yeddi yüz qırx bir manat iyirmi yeddi qəpik) manat sığorta ödənişi məbləğinin və 47.42 manat ödənilmiş dövlət rüsumunun tutulması" tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “2741.27 (iki min yeddi yüz qırx bir manat iyirmi yeddi qəpik) manat sığorta ödənişi məbləğinin və 47.42 (qırx yeddi manat qırx iki qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Cavabdeh 2741.27 (iki min yeddi yüz qırx bir manat iyirmi yeddi qəpik) manat sığorta ödənişi məbləğinin və 47.42 (qırx yeddi manat qırx iki qəpik) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə, 2788.69 (iki min yeddi yüz səksən səkkiz manat altmış doqquz qəpik) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: ünvan 5anov rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə ünvanında yerləşən X4 mülkiyyətində olan və icarə müqaviləsi əsasında X1 istifadəsində olan qeyri-yaşayış sahəsinə (“Marathon” Playstation) 28 oktyabr 2023-cü il tarixindən 28 oktyabr 2024-cü il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətində “daşınmaz əmlakın icbari sığortası” üzrə RAZ********** nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. 22 fevral 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən X1 istifadəsində olan qeyri-yaşayış sahəsinə (“Marathon” Playstation) baş vermiş yanğın hadisəsi nəticəsində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuş 08 may 2024-cü il tarixli, 3-16-16/2-10/1448 saylı ekspert rəyindən görünür ki, ünvan 5anov rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (“Marathon” Playstation) baş vermiş yanğın hadisəsi nəticəsində 2.812 (iki min səkkiz yüz on iki) manat məbləğində zərər vurulmuşdur. AR Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 03 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında qeyd edilmişdir: “Cavabdeh ünvan 5anov rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə ünvanında yerləşən “Marathon Playstation” adlanan oyun zalının işçisi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları’hın 6.5-ci bəndinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmiş, qeyri-yaşayış sahəsinin mətbəx otağının daxilində qızartma (free) aparatını gərginliyə qoşulu vəziyyətdə nəzarətsiz saxladığına görə aparatın daxilində yağ qalıqlarının alışması nəticəsində yanğın hadisəsi baş vermişdir. 17 avqust 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, X8 ünvan 5anov rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə ünvanında yerləşən 67,4 m2 sahəsi olan daşınmaz əmlakını 17 avqust 2022-ci il tarixindən 17 avqust 2027-ci il tarixinədək X2 icarəyə vermişdir. Beləliklə, baş vermiş hadisə ilə bağlı 25 sentyabr 2024-cü il tarixli, CFİ-0047/2024- AKT291/24 nömrəli aktla İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalı X2 70 (yetmiş) manat azadolma və 0,73 (yetmiş üç qəpik) sığorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə sığorta haqqı məbləğləri çıxılmaqla 2.741,27 (iki min yeddi yüz qırx bir manat iyirmi yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlandığı 05 mart 2024-cü il tarixli, 3-18-4/2-861/2024 saylı məktubun surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi,1987-ci məhəllə ünvanında yanğın baş verməsi haqda 22 fevral 2024-cü il tarixdə saat 01:51 dəqiqədə X11 Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinin “101” xidmətinə məlumat daxil olmuşdur. Hadisə yerinə təlimata uyğun olrarq 3 ədəd yanğın avtomobili manqa tərkibində göndərilmişdir. İlkin yanğından mühafizə bölmələri 22 fevral 2024-cü il saat 01:58 dəqiqədə hadisə yerinə çatmışdır. Yanğından mühafizə bölmələri hadisə yerinə çatan zaman binanın zirzəmisində yerləşən oyun zalında yanğın verməsi müəyyən olunmuşdur. Yanğın nəticəsində 9 mərtəbəli yaşayış binasının zirzəmisində 1988-ci il təvəllüdlü X9 tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 100 kv.m olan "Marathon" PlayStation zalının 10 kv.m olan mətbəxi və içərisində olan əşyaları yanmışdır.Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyyə edilmişdir.Yanğınsöndürənlər hadisə yerinə çatana kimi PlayStation zalının əməkdaşı 2002-ci il təv. X10 yanıq xəsarətləri almış və X18 Xidməti tərəfindən Yanıq Mərkəzinə aparılmışdır.Yanğından oyun zalının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın 22 fevral 2024-cü il tarixdə saat 02:20 dəqiqədə 1 ədəd “Universal” əl lüləsi verilməklə 14 nəfər şəxsi heyətin səyi nəticəsində söndürülmüşdür.Yanğının söndürülməsi zamanı 1 QTMX manqası 30 dəqiqə işləmişdir. Baş vermiş yanğınla əlaqədar digər məlumatların əldə olunması məqsədi ilə aidiyəti üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə müraciət etməyiniz məqsədə müvafiq hesab olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərarın surətindən görünür ki, 22 fevral 2024-cü il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanda yerləşən X5 məxsus, müqavilə əsasında X2 icarəyə verilmiş qeyri- yaşayış sahəsində fəaliyyət göstərən “X17” adlanan oyun zalında baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılması rədd edilməsi, qərarın surəti maraqlı olan tərəflərə göndərilsin və həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququ izah edilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və tərəflərə maddi ziyanla bağlı mülki qaydada məhkəmə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarixli, 3-16-16/2-10/1448 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi,1987-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tikinti üzrə dəymiş ziyan 2812 (iki min səkkiz yüz on iki) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1449 nömrəli rəyindən görünür ki, ünvan 5anov rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğının mənbəyi, mətbəx sahəsinin daxilində qızartma(free) aparatının yerləşdiyi zonada olmuşdur. Yanğın, mənbə zonasında gərginliyə qoşulu vəziyyətdə olan qızartma(free) aparatını daxilində yağ qalıqlarının alışması nəticəsində baş verməsi üçün xarakteridir. Baş vermiş hadisə ilə əlaqədar, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01-2001) 6.5 bəndinin tələbi pozulmuşdur. ünvan 5anov rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mətbəx otağının daxilində qızartma(free) aparatını gərginliyə qoşulu vəziyyətdə nəzarətsiz saxladığına görə,; b,aş.yermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının (YTQ№01-2001) 6.5 bəndinin tələbi qızartma(free) aparatını işlək vəziyyətdaöıəzarətsiz saxlamış şəxs tərəfindən pozulmuşdur. “Daşınmaz əmlakın İcbari Sığortası haqqında” şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin nömrəsi RAZ**********, qüvvəyə minmə tarixi 28 oktyabr 2023-cü il, vaxtı 00:00, qüvvədən düşmə tarixi və vaxtı 28 oktyabr 2024-cü il, 00:00, sığortaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti, sığortalı X3r, əlakın növü qeyri-yaşayış sahəsi, yerləşdiyi ünvan ünvan 47 kv.m, sığorta məbləği 25252 (iyirmi beş min iki yüz əlli iki) manatdır. 17 avqust 2022-ci il tarixli icra müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 5anov rayonunda yaşayan X8, icarəçi X3r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, hüquqi rəsmiləşdirilən şəxs X8, daşınmaz əmlakın növü qeyri-yaçayış sahəsi, yerləşdiyi ünvan ünvan 5anov rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə, daşınmaz əmlakın mülkiyyət növü-xüsusi, daşınmaz əmlakın sahəsi 64.7 kv.m, daşınmaz əmlakın reyesytr nömrəsi **********01-05101- 083001. AR İİ seriyalı 874894 nömrəli etibarnamənin surətindən görünür ki, etibar edən X6, etibar edilən isə X7r. Dəymiş zərər məbləğinin razılaşdırlması barədə 23 sentyabr 2024-cü il tarixli sazişin surətindən görünür ki, bu Saziş icbari sığorta növü üzrə tərəflərin qarşılıqlı fəaliyyətinin təşkili, onların hüquq və vəzifələri və tərəflər arasında yaranan münasibətləri tənzimləyir, “SİĞORTALİ” və “SİĞORTAÇİ 22 fevral 2024-cü il tarixdə ünvan 5anov rayonu, A.Neymətulla küçəsi, 1987-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış obyektində baş vermiş sığorta hadisəsini (yanğın) və daşınmaz əmlaka 2812.00 (iki min səkkiz yüz on iki) manat məbləğində zərərin dəyməsini təsdiqləyir, “SİĞORTALİ” və “SİĞORTAÇİ" sığorta olunan daşınmaz əmlaka 2812.00 (iki min səkkiz yüz on iki) manat məbləğində dəymiş zərərin AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 70.00 (yetmiş) manat azadolma məbləği çıxıldıqdan sonra 2 742.00 (iki min yeddi yüz qırx iki) manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir; 936.1-936.2, 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-3.3-cü maddələrinə əsasən, icbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa Mərkəzi Bankdan icazəsi olan sığortaçı bağlaya bilər. İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və icbari sığorta qanunları ilə müəyyən edilir. Bu Qanunun 16.5-ci maddəsini nəzərə almaqla könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 5anov rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə ünvanında yerləşən X4 mülkiyyətində olan və icarə müqaviləsi əsasında X1 istifadəsində olan qeyri-yaşayış sahəsinə (“Marathon” Playstation) 28 oktyabr 2023-cü il tarixindən 28 oktyabr 2024-cü il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətində “daşınmaz əmlakın icbari sığortası” üzrə RAZ********** nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. 22 fevral 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən X1 istifadəsində olan qeyriyaşayış sahəsinə (“Marathon” Playstation) baş vermiş yanğın hadisəsi nəticəsində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuş 08 may 2024-cü il tarixli, 3-16-16/2-10/1448 saylı ekspert rəyindən görünür ki, ünvan 5anov rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (“Marathon” Playstation) baş vermiş yanğın hadisəsi nəticəsində 2.741,27 (iki min yeddi yüz qırx bir manat iyirmi yeddi qəpik) manat məbləğində zərər vurulmuşdur. Hazırda iddiaçı 2788.69 (iki min yeddi yüz səksən səkkiz manat altmış doqquz qəpik) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında Cavabdeh tutulmasını tələb edir. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Belə ki, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh tərəfindən hüquq pozuntusu törədilmişdir, Cavabdeh törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Göründüyü kimi, zərərin aradan qaldırılması üçün ödənilən 2.741,27 (iki min yeddi yüz qırx bir manat iyirmi yeddi qəpik) manat sığorta ödənişinin məbləğini Cavabdeh tələb etmək hüququ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur (subyektiv hüquq). İşin faktiki hallarından göründüyü kimi, baş vermiş sığorta hadisəsi barədə Cavabdeh məlumat verilmiş, sığorta ödənişinin subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələb edilmiş, lakin sığorta ödənişi bu günə kimi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi sübutlar tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Məhkəmə tədqiq olunmuş sübutların məcmusuna, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli 2741.27 (iki min yeddi yüz qırx bir manat iyirmi yeddi qəpik) manat sığorta ödənişi məbləği Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47.42 (qırx yeddi manat qırx iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 2741.27 (iki min yeddi yüz qırx bir manat iyirmi yeddi qəpik) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 47.42 (qırx yeddi manat qırx iki) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar