Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1262/2025 08.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL947295 saylı xx-xx-2023-cü il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 107,99 ( bir yüz yeddi manat doxsan doqquz qəpik ) əsas borc, BE158897 saylı xx-xx-2024 il tarixli nisyə-satış müqaviləsi əsasında yaranmış 309,99 ( üç yüz doqquz manat doxsan doqquz qəpik ) əsas borc, ümumilikdə 417,98 ( dörd yüz on yeddi manat doxsan səkkiz qəpik ) borcun və 30 ( otuz manat ) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında BL947295 saylı xxxx-2023-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 30 ( otuz ) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE158897 saylı xx-xx-2024-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 15-dən gec olmamaqla 30 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BL947295 saylı müqaviləyə əsasən 107,99 ( bir yüz yeddi manat doxsan doqquz qəpik ) əsas borc, BE158897 saylı müqavilə üzrə 309,99 ( üç yüz doqquz manat doxsan doqquz qəpik ) əsas borc, ümumilikdə 417,98 ( dörd yüz on yeddi manat doxsan səkkiz qəpik ) borcu qalmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL947295 saylı xx-xx-2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ümumi dəyəri 557.99 manat olan malları 18 ay müddətinə hər ay 30 manat ödəmək şərt ilə və BE158897 saylı xx-xx-2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçınə ümumi dəyəri 370.99 manat olan malları 18 ay müddətinə hər ay 20 manat ödəmək şərtilə borcluya satmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdehnın İddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə BL947295 saylı xx-xx-2023-cü il tarixli nisyə satış müqaviləsinə əsasən 107 (bir yüz yeddi) manat 99 (doxsan doqquz) qəpik əsas borc, BE158897 saylı xx-xx-2024 il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 309 (üç yüz doqquz) manat 99 (doxsan doqquz) qəpik əsas borc, ümumilikdə 417 ( dörd yüz on yeddi) manat 98 (doxsan səkkiz) qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə BL947295 saylı xx-xx-2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 107 (bir yüz yeddi) manat 99 (doxsan doqquz) qəpik əsas borc, BE158897 saylı xx-xx-2024 il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında 309 (üç yüz doqquz) manat 99 (doxsan doqquz) qəpik əsas borc, ümumilikdə 417 ( dörd yüz on yeddi) manat 98 (doxsan səkkiz) qəpik pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə BL947295 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 107 (bir yüz yeddi) manat 99 (doxsan doqquz) qəpik əsas borc, BE158897 saylı xx.xx.2024 il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 309 (üç yüz doqquz) manat 99 (doxsan doqquz) qəpik əsas borc, ümumilikdə 417 ( dörd yüz on yeddi) manat 98 (doxsan səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1262/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1262/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver