Məhkəmə qərarları › İş №e-2(022)-1266/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1266/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1266/2024 10.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 17 iyul 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 198 manat 80 qəpik, cərimə qismində 29 manat 80 qəpik, cəmi 228 manat 60 qəpik və 20 sentyabr 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 63 manat 90 qəpik, cərimə qismində 9 manat 50 qəpik, cəmi 73 manat 40 qəpik, ümumilikdə hər iki müqavilə üzrə 13 avqust 2024-cü il tarixə əsas borc qismində 262 manat 70 qəpik, cərimə qismində 39 manat 30 qəpik, cəmi 302 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 03 sentyabr 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 17 iyul 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 198 manat 80 qəpik, cərimə qismində 29 manat 80 qəpik, cəmi 228 manat 60 qəpik və 20 sentyabr 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 63 manat 90 qəpik, cərimə qismində 9 manat 50 qəpik, cəmi 73 manat 40 qəpik, ümumilikdə hər iki müqavilə üzrə 13 avqust 2024-cü il tarixə əsas borc qismində 262 manat 70 qəpik, cərimə qismində 39 manat 30 qəpik, cəmi 302 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 03 sentyabr 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın müddətli nisyə alqı-satqısına dair 17 iyul 2023-cü il tarixli, ********* saylı müqavilənin və həmin müqaviləyə 1 saylı Əlavənin surətlərindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən ilkin olaraq 50 qəpik ödəməklə, 18 ay əzində hər ay 18 manat, sonuncu ay isə 88 qəpik hissəhissə ödəmək şərtilə, «X3 Lite (XPAW011) Tarnish (AW021/********)» markalı saatı və «X1 Choice Earbuds X (ALD-00) Night Black (21ALD0002B********)» markalı qulaqlığı cəmi 306 manat 88 qəpiyə İddiaçındən almışdır. İşdə olan 17 iyul 2023-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 17 iyul 2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən «X3 Lite (XPAW011) Tarnish (AW021/********) markalı saat və «X1 Choice Earbuds X (ALD-00) Night Black (21ALD0002B********) markalı qulaqlıq 17 iyul 2023-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki iş materiallarında olan əşyanın müddətli nisyə alqı-satqısına dair 20 sentyabr 2023-cü il tarixli, ********* saylı müqavilənin və həmin müqaviləyə 1 saylı Əlavənin surətlərindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən, 12 ay əzində hər ay 9 manat, sonuncu ay isə 99 qəpik hissə-hissə ödəmək şərtilə, «X1 Choice Earbuds X (ALD-00) Gracier White (21ALD0001B********)» markalı qulaqlığı cəmi 99 manat 99 qəpiyə İddiaçındən almışdır. İşdə olan 20 sentyabr 2023-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 20 sentyabr 2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən «X1 Choice Earbuds X (ALD-00) Gracier White (21ALD0001B********)» markalı qulaqlıq 20 sentyabr 2023-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışının surətindən görünür ki, 17 iyul 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə Cavabdeh iddiaçıya olan borcundan 108 manat ödəniş etmiş, Cavabdeh İddiaçınə olan borcu 13 avqust 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 198 manat 80 qəpik, cərimə qismində 298 manat, cəmi 496 manat 80 qəpik təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışının surətindən görünür ki, 20 sentyabr 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə Cavabdeh iddiaçıya olan borcundan 36 manat ödəniş etmiş, Cavabdeh İddiaçınə olan borcu 13 avqust 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 63 manat 90 qəpik, cərimə qismində 95 manat, cəmi 158 manat 90 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçınə 13 avqust 2024-cü il tarixə 17 iyul 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 198 manat 80 qəpik, cərimə qismində 29 manat 80 qəpik, cəmi 228 manat 60 qəpik və 20 sentyabr 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 63 manat 90 qəpik, cərimə qismində 9 manat 50 qəpik, cəmi 73 manat 40 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, 17 iyul 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 198 manat 80 qəpik, cərimə qismində 29 manat 80 qəpik və 20 sentyabr 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 63 manat 90 qəpik, cərimə qismində 9 manat 50 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 13 avqust 2024-cü il tarixə 17 iyul 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 198 (bir yüz doxsan səkkiz) manat 80 (səksən) qəpik, cərimə qismində 29 (iyirmi doqquz) manat 80 (səksən) qəpik və 20 sentyabr 2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 63 (altmış üç) manat 90 (doxsan) qəpik, cərimə qismində 9 (doqquz) manat 50 (əlli) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 332 (üç yüz otuz iki) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar