Məhkəmə qərarları › İş №e-2(022)-1297/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1297/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1297/2025 11.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********35945 İPHONE 15 markalı telefon, APPLE C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ üçün 959 (doqquz yüz əlli doqquz) manat 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, 95 (doxsan beş) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 1079 (min doqquz yüz yetmiş doqquz) manat 51 (əlli bir) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 80 (səksən) qəpik pul vəsaitinin Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********35945 İPHONE 15 markalı telefon, APPLE C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ almış və nəticədə 1079,51 (min yetmiş doqquz manat, 51 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2700,04 (iki min yeddi yüz manat, 04 qəpik) manat (yəni 12 ay x 163,17 manat + 742 manat ilkin ödəniş) olan İMEİ KODU **********35945 İPHONE 15 markalı telefon, APPLE C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə 1079,51 (min yetmiş doqquz manat, 51 qəpik) manat olmaqla, ondan 959,92 (doqquz yüz əlli doqquz manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat 60 qəpik) rüsum, müştəriyə güzəşt olaraq 95,99 (doxsan beş manat, 99 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1740,12 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********35945 İPHONE 15 markalı telefon, APPLE C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ 2700,04 (iki min yeddi yüz manat, 04 qəpik) manata 12 ay müddətinə hər ay 163.7 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********35945 İPHONE 15 markalı telefon, APPLE C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ üçün 959 (doqquz yüz əlli doqquz) manat 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 95 (doxsan beş) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə borc 1079 (min doqquz yüz yetmiş doqquz) manat 51 (əlli bir) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********35945 İPHONE 15 markalı telefon, APPLE C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ üçün 959 (doqquz yüz əlli doqquz) manat 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 95 (doxsan beş) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 1079 (min yetmiş doqquz) manat 51 (əlli bir) qəpik pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********35945 İPHONE 15 markalı telefon, APPLE C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ üçün 959 (doqquz yüz əlli doqquz) manat 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 95 (doxsan beş) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 1079 ( min yetmiş doqquz) manat 51 (əlli bir) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 80 (səksən) qəpik pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar