Məhkəmə qərarları › İş №e-2(022)-1302/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1302/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1302/2023 06.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı məhdud məsuliyyəti cəmiyyətinin Cavabdeh Süeyman oğluna qarşı əsas borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhdud məsuliyyəti cəmiyyəti Cavabdeh Süeyman oğluna qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Süeyman oğlundan əsas borc qismində 263 (iki yüz altmış üç) manat əsas borc, 26 (iyirmi altı) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 319 (üç yüz on doqquz) manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı məhdud məsuliyyəti cəmiyyəti ilə Cavabdeh Süeyman oğlu arasında bağlanmış R0048011 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 990 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 990 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 727 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2023-cü il tarixə 26 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı məhdud məsuliyyəti cəmiyyəti ilə Cavabdeh Süeyman oğlu arasında bağlanmış R0048011 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 990 manat məbləğində pulu müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 83 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı məhdud məsuliyyəti cəmiyyətinin alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Süeyman oğlu ilə İddiaçı məhdud məsuliyyəti cəmiyyəti arasında bağlanmış R0048011 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 652 (altı yüz əlli iki) manat, faiz borcu qismində 65 (altmış beş) manat və cərimə borcu qismində 23 (iyirmi üç) manat borcu qalmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh Süeyman oğlu ilə İddiaçı məhdud məsuliyyəti cəmiyyəti arasında bağlanmış R0048011 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Süeyman oğlunun İddiaçı MMC-yə borcu xx.xx.2023-cü il tarixə R0048011 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc qismində 263 (iki yüz altmış üç) manat, 26 (iyirmi altı) manat məbləğində cərimə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh Süeyman oğlu R0048011 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə əsas borc qismində 263 (iki yüz altmış üç) manat, cərimə olaraq 26 (iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh Süeyman oğlundan İddiaçı məhdud məsuliyyəti cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Süeyman oğlundan İddiaçı məhdud məsuliyyəti cəmiyyətinin xeyrinə R0048011 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 263 (iki yüz altmış üç) manat əsas borc, 26 (iyirmi altı) manat cərimə, 30 (otuz) manat dövlət rüsumu, cəmi 319 (üç yüz on doqquz) manat pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar