Məhkəmə qərarları › İş №e-2(022)-1317/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1317/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1317/2023 13.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********44828 SAMSUNG GALAXY A03 CORE markalı telefon üçün 159 (yüz əlli doqquz) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 15 (on beş) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ƏTÇƏKƏN HOFFMANN üçün 93 (doxsan üç) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, 9 (doqquz) manat 02 (sıfır iki) qəpik cərimə, ümumilikdə 278 (iki yüz yetmiş səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********44828 SAMSUNG GALAXY A03 CORE markalı telefon və ƏTÇƏKƏN HOFFMAN almış və nəticədə 278 (iki yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 293.04 (iki yüz doxsan üç manat dörd qəpik) manat (yəni 12 ay x 24.42 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********44828 SAMSUNG GALAXY A03 CORE markalı telefon üçün ümumilikdə 175 (yüz yetmiş beş) manat olmaqla 159.04 (yüz əlli doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.96 (on beş manat doxsan altı qəpik ) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 127.98 (yüz iyirmi yeddi manat doxsan səkkiz qəpik ) manat (18 ay x 7.11 manat + 0 manat ilkin ödəniş) ƏTÇƏKƏN HOFFMANN üçün ümumilikdə 103 (yüz üç) manat olmaqla 93.98 (doxsan üç manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.02 (doqquz manat iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 168 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********44828 SAMSUNG GALAXY A03 CORE markalı telefonu 293.04 manata, 12 ay müddətinə hər ay 24.42 manat ödəmək şərti ilə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən ƏTÇƏKƏN HOFFMANN 127.98 manata 18 ay müddətinə hər ay 7.11 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********44828 SAMSUNG GALAXY A03 CORE markalı telefon üçün 159 (yüz əlli doqquz) manat 04 ( sıfır dörd) qəpik ödənilməmiş hissə, 15 (on beş) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, ƏTÇƏKƏN HOFFMANN üçün 93 (doxsan üç) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, 9 (doqquz) manat 02 (sıfır iki) qəpik cərimə, ümumilikdə cavabdehin borcu 278 (iki yüz yetmiş səkkiz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********44828 SAMSUNG GALAXY A03 CORE markalı telefon üçün 159 (yüz əlli doqquz) manat 04 ( sıfır dörd) qəpik ödənilməmiş hissə, 15 (on beş) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, ƏTÇƏKƏN HOFFMANN üçün 93 (doxsan üç) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, 9 (doqquz) manat 02 (sıfır iki) qəpik cərimə, ümumilikdə, 278 (iki yüz yetmiş səkkiz) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 159 (yüz əlli doqquz) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 15 (on beş) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 93 (doxsan üç) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, 9 (doqquz) manat 02 ( iki) qəpik cərimə, ümumilikdə 278 (iki yüz yetmiş səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar