Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1333/2023 13.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********26351 XİAOMİ 12X markalı telefon üçün ondan 1322 (bir min üç yüz iyirmi iki) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 132 (yüz otuz iki) manat 32 (otuz iki) qəpik cərimə pulu yaranmışdır, ümumilikdə, 1455 (min dörd yüz əlli beş) manat borc və 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ödənilmiş dövlət rüsumu cavabdeh X2 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********26351 XİAOMİ 12X markalı telefon almış və nəticədə 1455 (bir min dörd yüz əlli beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1838,68 (bir min səkkiz yüz otuz səkkiz manat, altmış səkkiz qəpik) manat (yəni 18 ay x 101,96 manat + 3,4 manat ilkin ödəniş) İmei kodu **********26351 XİAOMİ 12X markalı telefon üçün ümumilikdə, 1455 (bir min dörd yüz əlli beş) manat olmaqla ondan 1322,68 (bir min üç yüz iyirmi iki manat, altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 132,32 (yüz otuz iki manat, otuz iki qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 516 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********26351 XİAOMİ 12X markalı telefonu 1838,68 manata, 18 ay müddətinə hər ay 101.96 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********26351 XİAOMİ 12X markalı telefon üçün ondan 1322 (bir min üç yüz iyirmi iki) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 132 (yüz otuz iki) manat 32 (otuz iki) qəpik cərimə pulu yaranmışdır, ümumilikdə borcu 1455 (min dörd yüz əlli beş) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh X4 xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********26351 XİAOMİ 12X markalı telefon üçün ondan 1322 (bir min üç yüz iyirmi iki) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 132 (yüz otuz iki) manat 32 (otuz iki) qəpik cərimə pulu, ümumilikdə, 1455 (min dörd yüz əlli beş) manat məbləğdə pul vəsaiti cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 İmei kodu **********26351 XİAOMİ 12X markalı telefon üçün 1322 (bir min üç yüz iyirmi iki) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 132 (yüz otuz iki) manat 32 (otuz iki) qəpik cərimə pulu, ümumilikdə 1455 (min dörd yüz əlli beş) manat borc və ödənilmş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1333/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1333/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver