Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1372/2023 20.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********28124 XİAOMİ 11T markalı telefon üçün 430 (dörd yüz otuz) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Mİ REDMİ BUDS 3 LİTE qulaqlıq, AİWAAT-X80Q qulaqlıq, XİAOMİ SMART BAND 6 saat və XİAOMİ REDMİ POWER BANK üçün 227 (iki yüz iyirmi yeddi) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat 10 (on) qəpik cərimə, ümumilikdə 723 (yeddi yüz iyirmi üç) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, 2 ədəd İMEİ KODU **********28124 XİAOMİ 11T markalı telefon, Mİ REDMİ BUDS 3 LİTE qulaqlıq, AİWAAT-X80Q qulaqlıq, XİAOMİ SMART BAND 6 saat və XİAOMİ REDMİ POWER BANK almış və nəticədə 723 (yeddi yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1156 (min yüz əlli altı) manat (12 ay x 91.25 manat + 61 manat ilkin ödəniş) İMEİ KODU **********28124 XİAOMİ 11T markalı telefonüçün ümumilikdə, 473 (dörd yüz yetmiş üç) manat olmaqla ondan, 430 (dörd yüz otuz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 43 (qırx üç) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 342.9 (üç yüz qırx iki manat doxsan qəp) manat (15 ay x 22.86 manat + 0 manat ilkin ödəniş) Mİ REDMİ BUDS 3 LİTE qulaqlıq, AİWAAT-X80Q qulaqlıq, XİAOMİ SMART BAND 6 saat və XİAOMİ REDMİ POWER BANK üçün ümumilikdə, 250 (iki yüz əlli) manat olmaqla ondan, 227.9 (iki yüz iyirmi yeddi manat doxsan qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22.1 (iyirmi iki manat on qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 841 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cüil tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********28124 XİAOMİ 11T markalı telefonu 1156 manata, 12 ay müddətinə hər ay 91.25 manat ödəmək şərti ilə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Mİ REDMİ BUDS 3 LİTE qulaqlıq, AİWAAT-X80Q qulaqlıq, XİAOMİ SMART BAND 6 saat və XİAOMİ REDMİ POWER BANK 342.9 manata, 15 ay müddətinə hər ay 22.86 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən cavabdehin borcu İMEİ KODU **********28124 XİAOMİ 11T markalı telefon üçün 430 (dörd yüz otuz) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Mİ REDMİ BUDS 3 LİTE qulaqlıq, AİWAAT-X80Q qulaqlıq, XİAOMİ SMART BAND 6 saat və XİAOMİ REDMİ POWER BANK üçün 227 (iki yüz iyirmi yeddi) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat 10 (on) qəpik cərimə, ümumilikdə 723 (yeddi yüz iyirmi üç) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********28124 XİAOMİ 11T markalı telefon üçün 430 (dörd yüz otuz) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Mİ REDMİ BUDS 3 LİTE qulaqlıq, AİWAAT-X80Q qulaqlıq, XİAOMİ SMART BAND 6 saat və XİAOMİ REDMİ POWER BANK üçün 227 (iki yüz iyirmi yeddi) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat 10 (on) qəpik cərimə, ümumilikdə 723 (yeddi yüz iyirmi üç) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 430 (dörd yüz otuz) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 227 (iki yüz iyirmi yeddi) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat 10 (on) qəpik cərimə, ümumilikdə 723 (yeddi yüz iyirmi üç) manat borc və ödənilmş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1372/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1372/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver