Məhkəmə qərarları › İş №e-2(022)-1407/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1407/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1407/2025 27.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, MİNİ SOBA HOFFMANN üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV üçün 448 (dörd yüz qırx səkkiz) manat, 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 44 (qırx dörd) manat, 90 (doxsan) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, FEN ÜTÜ HOFFMANN, FEN PANASONİC üçün 74 (yetmiş dörd) manat 28 (iyirmi səkkiz) qəpik ödənilməmiş hissə, 7 (yeddi) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 696 (altı yüz doxsan altı) manat 56 (əlli altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaitinin Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, ƏT ÇƏKƏN GORENJE, MİNİ SOBA HOFFMANN, HİSENSE TV, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, FEN ÜTÜ HOFFMANN, FEN PANASON almış və nəticədə 696.56 (altı yüz doxsan altı manat, 56 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 213.96 (iki yüz on üç manat, 96 qəpik) manat (12 ay x 17.83 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, ƏT ÇƏKƏN GORENJE, MİNİ SOBA HOFFMANN üçün ümumilikdə, 121 (yüz iyirmi bir) manat olmaqla, ondan 110 (yüz on) manat ödənilməmiş hissə, güzəşt olunaraq 11 (on bir) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 498.96 (dörd yüz doxsan səkkiz manat, 96 qəpik ) manat (6 ay x 83.16 manat + 0 manat ilkin ödəniş) olan HİSENSE TV üçün ümumilikdə 493.86 (dörd yüz doxsan üç manat, 86 qəpik) manat olmaqla, ondan 448.96 (dörd yüz qırx səkkiz manat, 96 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 44.90 (qırx dörd manat, 90 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 74.28 (yetmiş dörd manat,28 qəpik) manat (12 ay x 6.19 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, FEN ÜTÜ HOFFMANN, FEN PANASON üçün ümumilikdə, 81.71 (səksən bir manat, 71 qəpik) manat olmaqla ondan, 74.28 (yetmiş dörd manat,28 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.43 (yeddi manat, 43 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, ƏT ÇƏKƏN GORENJE-dən imtina etmiş və məhsul 103,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 103.96 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 50 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, MİNİ SOBA HOFFMANN 213.96 (iki yüz on üç manat, 96 qəpik) manat 12 ay müddətinə hər ay 17,83 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV 498.96 (dörd yüz doxsan səkkiz manat, 96 qəpik ) manat 6 ay müddətinə hər ay 83,16 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, FEN ÜTÜ HOFFMANN, FEN PANASONİC 74.28 (yetmiş dörd manat,28 qəpik) manat 12 ay müddətinə ödəməklə hər ay 6.19 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, MİNİ SOBA HOFFMANN üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV üçün 448 (dörd yüz qırx səkkiz) manat, 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 44 (qırx dörd) manat, 90 (doxsan) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, FEN ÜTÜ HOFFMANN, FEN PANASONİC üçün 74 (yetmiş dörd) manat 28 (iyirmi səkkiz) qəpik ödənilməmiş hissə, 7 (yeddi) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə borc 696 (altı yüz doxsan altı) manat 56 (əlli altı) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, MİNİ SOBA HOFFMANN üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV üçün 448 (dörd yüz qırx səkkiz) manat, 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 44 (qırx dörd) manat, 90 (doxsan) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, FEN ÜTÜ HOFFMANN, FEN PANASONİC üçün 74 (yetmiş dörd) manat 28 (iyirmi səkkiz) qəpik ödənilməmiş hissə, 7 (yeddi) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 696 (altı yüz doxsan altı) manat 56 (əlli altı) qəpik borc Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, MİNİ SOBA HOFFMANN üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən HİSENSE TV üçün 448 (dörd yüz qırx səkkiz) manat, 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 44 (qırx dörd) manat 90 (doxsan) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, FEN ÜTÜ HOFFMANN, FEN PANASONİC üçün 74 (yetmiş dörd) manat 28 (iyirmi səkkiz) qəpik ödənilməmiş hissə, 7 (yeddi) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 696 (altı yüz doxsan altı) manat 56 (əlli altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar