Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1409/2023 24.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən HOFFMANN SİAC kondisioner üçün 961 (doqquz yüz altmış bir) manat 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 96 (doxsan altı) manat 04 (sıfır dörd) qəpik cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 948 manat, 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, ümumilikdə 1143 (min yüz qırx üç) manat ödənilməmiş borcunun yarandığını, ona görə də cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən HOFFMANN SİAC kondisioner üçün 961 (doqquz yüz altmış bir) manat ödənilməmiş hissə, 96,04 (doxsan altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 78 manat ödənilməmiş hissə, 7 manat cərimə, ümumilikdə 1143 manat borcun və və 31 (otuz bir) manat 43 (qırx üç) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN SİAC kondisioner, LG LED TV almış və nəticədə 1143 (bir min yüz qırx üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1236.96 (bir min iki yüz otuz altı manat doxsan altı qəp) manat (24 ay x 51.54 manat + 0 manat ilkin ödəniş) HOFFMANN SİAC kondisioner üçün ümumilikdə 1058 (bir min əlli səkkiz) manat, 961.96 (doqquz yüz altmış bir manat doxsan altı qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 96.04 (doxsan altı manat dörd qəp) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7 (yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1145 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-ci iil tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN SİAC kondisioneri 1236.96 manata, 24 ay müddətinə hər ay 51.54 manat ödəmək şərti ilə və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən LG LED TV-ni 948 manata 24 ay müddətinə hər ay 39.5 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN SİAC kondisioner üçün 961 (doqquz yüz altmış bir) manat 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 96 (doxsan altı) manat 04 (sıfır dörd) qəpik cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; ümumilikdə 1143 (min yüz qırx üç) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN SİAC kondisioner üçün 961 (doqquz yüz altmış bir) manat 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 96 (doxsan altı) manat 04 (sıfır dörd) qəpik cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, ümumilikdə 1143 (min yüz qırx üç) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 31 (otuz bir) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən HOFFMANN SİAC kondisioner üçün 961 (doqquz yüz altmış bir) manat 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 96 (doxsan altı) manat 04 (sıfır dörd) qəpik cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, ümumilikdə 1143 (min yüz qırx üç) manat borc və ödənilmş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1409/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1409/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver