Məhkəmə qərarları › İş №e-2(022)-1429/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1429/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1429/2025 27.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 112.4 AZN cərimə, cəmi 861.8 AZN borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 389.4 AZN əsas, 58.4 AZN cərimə, cəmi 447.8 AZN borcun, ümumilikdə iki müqavilə üzrə 1138.8 AZN əsas, 170.8 AZN cərimə, 1309.6 AZN cəmi borcun və 33.1 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «İRŞAD- ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı HONOR markalı mobil telefon və iki ədəd aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 63 manat olmaqla, cəmi 1127,40 manat, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı PHİLİPS markalı təraş aləti və elektromobil görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla, cəmi 589,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə ödəniş etməmiş və müqavilə üzrə qalıq qalmış 861.8 manat və xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə ödəniş etməmiş və müqavilə üzrə qalıq qalmış 447.8 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin birinci müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı müqavilə üzrə 1124,00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 112.4 manat, ikinçi müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı müqavilə üzrə 584,00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 58.40 manat «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsinə əsasən «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti HONOR markalı mobil telefon və iki ədəd aksesuara 18 ay müddətinə hər ay 63 manat və xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsinə əsasən PHİLİPS markalı təraş aləti və elektromobil 12 ay müddətinə hər ay 50 manat ödəmək şərtilə borcluya satmışdır. İşdə olan «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə «İRŞAD-ELECTRONİCS” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən cavabdehin xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 112.4 AZN cərimə, cəmi 861.8 AZN borcu, xx.xx.2024cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 389.4 AZN əsas, 58.4 AZN cərimə, cəmi borcu 447.8 AZN borcu, ümumilikdə iki müqavilə üzrə 1138.8 AZN əsas, 170.8 AZN cərimə, 1309.6 AZN cəmi borcu təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2024-cü il tarixli № ********* saylı kredit müqaviləsi üzrə 112.40 manat, cərimə məbləğinin 50 (əlli) manata kimi və xx.xx.2024-cü il tarixli № ********* saylı kredit müqaviləsi üzrə 58.40 manat cərimə məbləğinin 30 (otuz) manata kimi azaldılmasını məqsədə müvafiq hesab edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 50 (əlli) manat cərimə, cəmi 799.4 AZN borcu, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə 389.4 AZN əsas, 30 (otuz) manat cərimə, cəmi 419.4 AZN borcu, ümumilikdə iki müqavilə üzrə 1138.8 AZN əsas, 80 AZN cərimə, cəmi 1218.8 manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 32 (otuz iki) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı «İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 749 (yeddi yüz qırx doqquz) manat 40 (qırx) qəpik əsas, 50 (əlli) manat cərimə, cəmi 799 (yeddi yüz doxsan doqquz) manat 40 (qırx) qəpik borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə 389 (üç yüz səksən doqquz) manat 40 (qırx) qəpik əsas, 30 (otuz) manat cərimə, cəmi 419 (dörd yüz on doqquz) manat 40 (qırx) qəpik borc, ümumilikdə 1138 (min yüz otuz səkkiz) manat 80 (səksən) qəpik əsas, 80 (səksən) manat cərimə, cəmi 1218 (min iki yüz on səkkiz) manat 80 (səksən) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat 18 (on səkkiz) qəpik pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar