Məhkəmə qərarları › İş №e-2(022)-1479/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1479/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1479/2025 19.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 06 aprel 2024-cü il tarixli, 18191089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 95 manat 90 qəpik, cərimə qismində 9 manat 59 qəpik, 22 iyul 2024-cü il tarixli, 03217751 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 92 manat 30 qəpik, cərimə qismində 9 manat 23 qəpik, 21 oktyabr 2024-cü il tarixli, 15655554 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 184 manat 40 qəpik, cərimə qismində 18 manat 44 qəpik və 22 oktyabr 2024-cü il tarixli, 04157089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 306 manat 56 qəpik, cərimə qismində 30 manat 66 qəpik, cəmi 747 manat 08 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 18 avqust 2025-ci il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 06 aprel 2024-cü il tarixli, 18191089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 95 manat 90 qəpik, cərimə qismində 9 manat 59 qəpik, 22 iyul 2024cü il tarixli, 03217751 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 92 manat 30 qəpik, cərimə qismində 9 manat 23 qəpik, 21 oktyabr 2024-cü il tarixli, 15655554 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 184 manat 40 qəpik, cərimə qismində 18 manat 44 qəpik və 22 oktyabr 2024-cü il tarixli, 04157089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 306 manat 56 qəpik, cərimə qismində 30 manat 66 qəpik, cəmi 747 manat 08 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 18 avqust 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair 06 aprel 2024-cü il tarixli, 18191089 saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətlərindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən «Magna MF3215-02S/8» markalı sobanı və «Qızıl zəmanət ultra 3 il (Kontakt)»ı 18 ay müddətinə, hər ay 10 manat 67 qəpik ödəmək şərti ilə, cəmi 192 manat 02 qəpiyə almışdır. İşdə olan 06 aprel 2024-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 06 aprel 2024-cü il tarixli, 18191089 saylı müqaviləyə əsasən «Magna MF3215-02S/8» markalı soba və «Qızıl zəmanət ultra 3 il (Kontakt)» 06 aprel 2024-cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan əşyanın alqı-satqısına dair 22 iyul 2024-cü il tarixli, 03217751 saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən «Fritoz Philips HD9243/90»nı, «Kumtel HMGS-02» markalı ütünü, «Arshia AS2008-5019» markalı ətçəkəni, «İzqara Quicks Q-4995 750W Ağ»ı və 4 məhsul üzrə «Qızıl zəmanət ultra 2 il (Kontakt)»ı ilkin olaraq 24 manat 30 qəpik ödəməklə, 6 ay müddətinə, hər ay 76 manat 94 qəpik ödəmək şərti ilə, cəmi 485 manat 96 qəpiyə almışdır. İşdə olan 22 iyul 2024-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 22 iyul 2024-cü il tarixli, 03217751 saylı müqaviləyə əsasən «Fritoz Philips HD9243/90», «Kumtel HMGS-02» markalı ütü, «Arshia AS2008-5019» markalı ətçəkən, «İzqara Quicks Q-4995 750W Ağ» və 4 məhsul üzrə «Qızıl zəmanət ultra 2 il (Kontakt)» 22 iyul 2024-cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş əşyanın alqı-satqısına dair 21 oktyabr 2024-cü il tarixli, 15655554 saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən «Xiaomi Redmi 14C 4/128GB 4G Dreame Purple» markalı mobil telefonu, «X2 6 Play Black BHR8776GL» markalı qulaqlığı və «Qızıl zəmanət ultra 1 il (Kontakt)»ı 18 ay müddətinə, hər ay 17 manat 91 qəpik ödəmək şərti ilə, cəmi 322 manat 44 qəpiyə almışdır. İşdə olan 21 oktyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 21 oktyabr 2024-cü il tarixli, 15655554 saylı müqaviləyə əsasən «Xiaomi Redmi 14C 4/128GB 4G Dreame Purple» markalı mobil telefon, «X2 6 Play Black BHR8776GL» markalı qulaqlıq və «Qızıl zəmanət ultra 1 il (Kontakt)» 21 oktyabr 2024-cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan əşyanın alqı-satqısına dair 22 oktyabr 2024-cü il tarixli, 04157089 saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən «Xiaomi Redmi 14C 4/128GB 4G Dreame Purple» markalı mobil telefonu və «Paket L»i 18 ay müddətinə, hər ay 19 manat 16 qəpik ödəmək şərti ilə, cəmi 344 manat 93 qəpiyə almışdır. İşdə olan 22 oktyabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 22 oktyabr 2024-cü il tarixli, 04157089 saylı müqaviləyə əsasən «Xiaomi Redmi 14C 4/128GB 4G Dreame Purple» markalı mobil telefon və «Paket L» 22 iyul 2024cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh borcu barədə maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 07 avqust 2025-ci il tarixə iddiaçıya olan borcu 06 aprel 2024-cü il tarixli, 18191089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 95 manat 90 qəpik, cərimə qismində 9 manat 59 qəpik, 22 iyul 2024-cü il tarixli, 03217751 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 92 manat 30 qəpik, cərimə qismində 9 manat 23 qəpik, 21 oktyabr 2024-cü il tarixli, 15655554 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 184 manat 40 qəpik, cərimə qismində 18 manat 44 qəpik və 22 oktyabr 2024-cü il tarixli, 04157089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 306 manat 56 qəpik, cərimə qismində 30 manat 66 qəpik, ümumilikdə 747 manat 08 qəpik məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh 07 avqust 2025-ci il tarixə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə 06 aprel 2024-cü il tarixli, 18191089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 95 manat 90 qəpik, cərimə qismində 9 manat 59 qəpik, 22 iyul 2024-cü il tarixli, 03217751 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 92 manat 30 qəpik, cərimə qismində 9 manat 23 qəpik, 21 oktyabr 2024-cü il tarixli, 15655554 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 184 manat 40 qəpik, cərimə qismində 18 manat 44 qəpik və 22 oktyabr 2024-cü il tarixli, 04157089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 306 manat 56 qəpik, cərimə qismində 30 manat 66 qəpik, cəmi 747 manat 08 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, 06 aprel 2024-cü il tarixli, 18191089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 95 manat 90 qəpik, cərimə qismində 9 manat 59 qəpik, 22 iyul 2024-cü il tarixli, 03217751 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 92 manat 30 qəpik, cərimə qismində 9 manat 23 qəpik, 21 oktyabr 2024-cü il tarixli, 15655554 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 184 manat 40 qəpik, cərimə qismində 18 manat 44 qəpik və 22 oktyabr 2024-cü il tarixli, 04157089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 306 manat 56 qəpik, cərimə qismində 30 manat 66 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 06 aprel 2024-cü il tarixli, 18191089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 95 (doxsan beş) manat 90 (doxsan) qəpik, cərimə qismində 9 (doqquz) manat 59 (əlli doqquz) qəpik, 22 iyul 2024-cü il tarixli, 03217751 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 92 (doxsan iki) manat 30 (otuz) qəpik, cərimə qismində 9 (doqquz) manat 23 (iyirmi üç) qəpik, 21 oktyabr 2024-cü il tarixli, 15655554 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 184 (bir yüz səksən dörd) manat 40 (qırx) qəpik, cərimə qismində 18 (on səkkiz) manat 44 (qırx dörd) qəpik və 22 oktyabr 2024-cü il tarixli, 04157089 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 306 (üç yüz altı) manat 56 (əlli altı) qəpik, cərimə qismində 30 (otuz) manat 66 (altmış altı) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 777 (yeddi yüz yetmiş yeddi) 08 (səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar