Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1502/2025 15.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X3 oğlunun katibliyi ilə, «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 25 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 887 manat 04 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş vəsaitin əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 88 manat 70 qəpik və 28 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 321 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş vəsaitin əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 32 manat 10 qəpik, cəmi 1.376 manat 04 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 19 avqust 2025-ci il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 25 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 887 manat 04 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş vəsaitin əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 88 manat 70 qəpik, 28 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 321 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş vəsaitin əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 32 manat 10 qəpik, cəmi 1.376 manat 04 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 19 avqust 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair 25 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətlərindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən «X5 14 Pro 5G 12/256GB Midnight Black» markalı telefonu, «X4 5 X2 BHR8784GL» markalı saatı, «Reklam Bloklayıcı AWAX»ı, «Kontakt TV 6 ay»ı, «X1 1P/1Y»i, «Paket XL»i və «Qızıl zəmanət ultra 2 il (Kontakt)»ı ilkin olaraq 290 manat ödəməklə, 18 ay müddətinə, hər ay 49 manat 28 qəpik ödəmək şərti ilə, cəmi 1.176 manat 96 qəpiyə almışdır. İşdə olan 25 yanvar 2025-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 25 yanvar 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən «X5 14 Pro 5G 12/256GB Midnight Black» markalı telefon, «X4 5 X2 BHR8784GL» markalı saat, «Reklam Bloklayıcı 12 ay AWAX», «Kontakt TV 6 ay», «X1 1P/1Y», «Paket XL» və «Qızıl zəmanət ultra 2 il (Kontakt)» 25 yanvar 2025-ci il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan əşyanın alqı-satqısına dair 28 fevral 2025-ci il tarixli, ********** saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən «Xiaomi Poco C75 6/128GB Black» markalı telefonu, «Kontakt TV 6 ay»ı, «Reklam Bloklayıcı 12 ay AWAX»ı, «X1 1P/1Y»ni, «Vinil şəffaf»ı, «Paket XL»i və «Qızıl zəmanət ultra 3 il (Kontakt)»ı ilkin olaraq 66 manat ödəməklə, 12 ay müddətinə, hər ay 26 manat 75 qəpik ödəmək şərti ilə, cəmi 387 manat 04 qəpiyə almışdır. İşdə olan 28 fevral 2025-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 28 fevral 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən «Xiaomi Poco C75 6/128GB Black» markalı telefon, «Kontakt TV 6 ay», «Reklam Bloklayıcı 12 ay AWAX», «X1 1P/1Y», «Vinil şəffaf», «Paket XL» və «Qızıl zəmanət ultra 3 il (Kontakt)» 28 fevral 2025-ci il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan 11 avqust 2025-ci il tarixli arayışın surətindən görünür ki, «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə Cavabdeh satılmış «X5 14 Pro 5G 12/256GB Midnight Black» markalı telefonun açılıbbağlanılması xidmətinə görə 23 manat 60 qəpik və «Xiaomi Poco C75 6/128GB Black» markalı telefonun açılıb-bağlanılması xidmətinə görə 23 manat 60 qəpik, cəmi 47 amnat 20 qəpik məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh borcu barədə maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 11 avqust 2025-ci il tarixə iddiaçıya olan borcu 25 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 887 manat 04 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş vəsaitin əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 88 manat 70 qəpik, cəmi 999 manat 34 qəpik və 28 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 321 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş vəsaitin əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 32 manat 10 qəpik, cəmi 376 manat 70 qəpik, ümumilikdə 1.376 manat 04 qəpik məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh 11 avqust 2025-ci il tarixə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə 25 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 887 manat 04 qəpik, cərimə qismində 88 manat 70 qəpik və 28 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 321 manat, müqavilə predmeti olan cihazların İMEİ kodlarının deaktiv edilməsi ilə bağlı çəkilmiş əlavə xərclər qismində 23 manat 60 qəpik, cərimə qismində 32 manat 10 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, 25 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 11 avqust 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 887 manat 04 qəpik, müqavilə predmeti olan cihazların İMEİ kodlarının deaktiv edilməsi ilə bağlı çəkilmiş əlavə xərclər qismində 23 manat 60 qəpik, cərimə qismində 88 manat 70 qəpik və 28 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 11 avqust 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 321 manat, cərimə qismində 32 manat 10 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 77 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 11 avqust 2025-ci il tarixə 25 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 887 (səkkiz yüz səksən yeddi) manat 04 (dörd) qəpik, müqavilə predmeti olan cihazların İMEİ kodlarının deaktiv edilməsi ilə bağlı çəkilmiş əlavə xərclər qismində 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, cərimə qismində 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik və 28 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 321 (üç yüz iyirmi bir) manat, müqavilə predmeti olan cihazların İMEİ kodlarının deaktiv edilməsi ilə bağlı çəkilmiş əlavə xərclər qismində 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, cərimə qismində 32 (otuz iki) manat 10 (on) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 77 (yetmiş yeddi), cəmi 1.409 (bir min dörd yüz doqquz) manat 81 (səksən bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1502/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1502/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver