Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1543/2025 25.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 411 manat 94 qəpik, cərimə qismində 127 manat 20 qəpik, cəmi 539 manat 14 qəpik və 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.415 manat, cərimə qismində 423 manat 30 qəpik, cəmi 1.838 manat 30 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 18 avqust 2024-cü il tarixdə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 411 manat 94 qəpik, cərimə qismində 127 manat 20 qəpik, cəmi 539 manat 14 qəpik və 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.415 manat, cərimə qismində 423 manat 30 qəpik, cəmi 1.838 manat 30 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ünvanına göndərilmiş 18 avqust 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən «Neos 43 Led TV (43N5000)» markalı televizoru 12 ay müddətinə hər ay 52 manat 41 qəpik ödəmək şərti ilə, cəmi 628 manat 95 qəpiyə almışdır. Həmin müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrası üçün zamin qismində X1 göstərilmişdir. İşdə olan 19 aprel 2022-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqaviləyə əsasən «Neos 43 Led TV (43N5000)» markalı televizor həmin tarixdə İddiaçı tərəfindən Cavabdeh2 təhvil verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş əşyanın alqı-satqısına dair 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən «TCL TAC-18CHSA/XA82» markalı kondisioneri 18 ay müddətinə hər ay 83 manat 28 qəpik ödəmək şərti ilə, cəmi 1.499 manata almışdır. İşdə olan 19 iyul 2022-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqaviləyə əsasən «TCL TAC-18CHSA/XA82» markalı kondisioner həmin tarixdə İddiaçı tərəfindən Cavabdeh2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 19 iyul 2022-ci il tarixli, 135979 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki iş materiallarında olan İddiaçı Cavabdeh2 borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya olan borcu 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə 21 avqust 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 411 manat 94 qəpik, cərimə qismində 127 manat 20 qəpik, cəmi 539 manat 14 qəpik və 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzrə 21 avqust 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 1.415 manat, cərimə qismində 423 manat 30 qəpik, cəmi 1.838 manat 30 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 İddiaçınə 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 411 manat 94 qəpik, cərimə qismində 127 manat 20 qəpik, cəmi 539 manat 14 qəpik və 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.415 manat, cərimə qismində 423 manat 30 qəpik, cəmi 1.838 manat 30 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci madddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi təmin edilə bilər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. İş materiallarına əlavə edilmiş 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, həmin müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün X1 adlı şəxs zamin qismində çıxış etmişdir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə Cavabdeh2 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzr öhdəliklərinin icrası üçün məsuliyyəti Cavabdeh1 öz üzərinə götürməsi ilə bağlı zaminlik müqaviləsi əlavə edilsə də, sonuncunun 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə alıcının öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürməsinə dair zaminlik müqaviləsi və ya ayrıca zaminlik müqaviləsi bağlamasına dair hər hansı sübut əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə Cavabdeh2 öhdəliklərin icrası üçün məsuliyyəti öz üsərinə götürməsinə dair hər hansı sübut olmadığına görə Cavabdeh1 həmin müqavilə üzrə hər hansı məsuliyyəti istisna edilir və 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə tələb edilən məbləğin Cavabdeh2 ilə yanaşı, Cavabdeh1 də tutulmasına əsaslar yoxdur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, iş materiallarından görünü ki, İddiaçı hazırki mülki iş üzrə 19 iyul 2022-ci il tarixdə, 18 ay müddətinə bağlanmış 135979 saylı müqavilənin müddəti bitdikdən 1 il 7 ay 7 gün sonra, zamin Cavabdeh1 qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının zamin Cavabdeh1 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməsi ilə əlaqədar 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzrə ödənilməmiş borcun Cavabdeh1 tutulması hissəsində iddia rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə 127 manat 20 qəpik və 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzrə 423 manat 30 qəpik cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğlər təşkil edir və cərimə məbləğlərinin 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə 30 manata, 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzrə isə 100 manata qədər azaldılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Buna görə də məhkəmə hesab edir ki, 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 411 manat 94 qəpik, cərimə qismində 30 manat və 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.415 manat, cərimə qismində 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 7 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 36 manat 77 qəpik məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 19 aprel 2022-ci il tarixli, 134820 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 411 (dörd yüz on bir) manat 94 (doxsan dörd) qəpik, cərimə qismində 30 (otuz) manat və 19 iyul 2022-ci il tarixli, 135979 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.415 (bir min dörd yüz on beş) manat, cərimə qismində 100 (bir yüz) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 36 (otuz altı) manat 77 (yetmiş yeddi) qəpik, cəmi 1.993 (bir min doqquz yüz doxsan üç) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1543/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1543/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver