Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1549/2023 28.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********82901 SAMSUNG GALAXY A13,AKAMİ CLEAR CASE SAMSUNG A13 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A12/A13 üçün 675,36 (altı yüz yetmiş beş manat, otuz altı qəpik) manat ödənilməmiş hissə, 67,64 (altmış yeddi manat, altmış dörd qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********72709 SAMSUNG GALAXY A13 markalı telefon, SİLİCONE CLEAR CASE SAMSUNG A13, 4D GLASS SAMSUNG A13/A14/M14/A04/A23 490,7 (dörd yüz doxsan manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 49,3 (qırx doqquz manat, otuz qəpik) manat cərimə, dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********02627 SAMSUNG GALAXY A03 markalı telefon üçün 153,92 (yüz əlli üç manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 15,08 (on beş manat, səkkiz qəpik) manat cərimə, ümumilikdə 1452 (min dörd yüz əlli iki) manat borc, 34 (otuz dörd) manat 52 (əlli iki) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə 3.01.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İmei ,kodu **********82901 SAMSUNG GALAXY A13,AKAMİ CLEAR CASE SAMSUNG A13 markalı telefon, PİKO FULL GLASSSAMSUNG A12/A13, İmei kodu **********72709 SAMSUNG GALAXY A13 markalı telefon, SİLİCONE CLEAR CASE SAMSUNG A13, 4D GLASS SAMSUNG A13/A14/M14/A04/A23, İmei kodu **********02627 SAMSUNG GALAXY A03 markalı telefon üçün 1452 (bir min dörd yüz əlli iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 675,36 (altı yüz yetmiş beş manat, otuz altı qəpik) manat (18 ay x 37,52 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********82901 SAMSUNG GALAXYA13, AKAMİ CLEAR CASE SAMSUNG A13 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A12/A13 üçün ümumilikdə 743 (yeddi yüz qırx üç) manat olmaqla ondan, 675,36 (altı yüz yetmiş beş manat, otuz altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 67,64 (altmış yeddi manat, altmış dörd qəpik) manat cərimə, xx.xx.2023-ci il, tarixli müqavilələrinə əsasən, alqı-satqı qiyməti 630,9 (altı yüz otuz manat, doxsan qəpik) manat (18 ay x 35,05 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********72709 SAMSUNG GALAXY A13 markalı telefon, SİLİCONE CLEAR CASE SAMSUNG A13, 4D GLASS SAMSUNG A13/A14/M14/A04/A23 üçün ümumilikdə 540 (beş yüz qırx) olmaqla ondan, 490,7 (dörd yüz doxsan manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49,3 (qırx doqquz manat, otuz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 397,92 (üç yüz doxsan yeddi manat, doxsan iki qəpik) manat (12 ay x 30,66 manat + 30 manat ilkin ödəniş) İmei kodu **********02627 SAMSUNG GALAXY A03 markalı telefon üçün ümumilikdə, 169 (yüz altmış doqquz) manat olmaqla ondan, 153,92 (yüz əlli üç manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15,08 (on beş manat, səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 384,2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********82901 SAMSUNG GALAXY A13,AKAMİ CLEAR CASE SAMSUNG A13 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A12/A13 675,36 manata, 18 ay müddətinə hər ay 37.52 manat, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********72709 SAMSUNG GALAXY A13 markalı telefon, SİLİCONE CLEAR CASE SAMSUNG A13, 4D GLASS SAMSUNG A13/A14/M14/A04/A23 630,9 manata, 18 ay müddətinə hər ay 35.05 manat və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********02627 SAMSUNG GALAXY A03 markalı telefon 397,92 manata, 12 ay müddətinə hər ay 30.66 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********82901 SAMSUNG GALAXY A13,AKAMİ CLEAR CASE SAMSUNG A13 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A12/A13 üçün 675,36 (altı yüz yetmiş beş manat, otuz altı qəpik) manat ödənilməmiş hissə, 67,64 (altmış yeddi manat, altmış dörd qəpik) manat cərimə, xx.xx.2023-ci il, tarixli müqaviləsinə əsasən, İmei kodu **********72709 SAMSUNG GALAXY A13 markalı telefon, SİLİCONE CLEAR CASE SAMSUNG A13, 4D GLASS SAMSUNG A13/A14/M14/A04/A23 490,7 (dörd yüz doxsan manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 49,3 (qırx doqquz manat, otuz qəpik)manat cərimə, dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********02627 SAMSUNG GALAXY A03 markalı telefon üçün 153,92 (yüz əlli üç manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 15,08 (on beş manat, səkkiz qəpik) manat cərimə, ümumilikdə 1452 (min dörd yüz əlli iki) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********82901 SAMSUNG GALAXY A13,AKAMİ CLEAR CASE SAMSUNG A13 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A12/A13 üçün 675,36 (altı yüz yetmiş beş manat, otuz altı qəpik) manat ödənilməmiş hissə, 67,64 (altmış yeddi manat, altmış dörd qəpik) manat cərimə, xx.xx.2023-ci il, tarixli müqaviləsinə əsasən, İmei kodu **********72709 SAMSUNG GALAXY A13 markalı telefon, SİLİCONE CLEAR CASE SAMSUNG A13, 4D GLASS SAMSUNG A13/A14/M14/A04/A23 490,7 (dörd yüz doxsan manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 49,3 (qırx doqquz manat, otuz qəpik) manat cərimə, dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********02627 SAMSUNG GALAXY A03 markalı telefon üçün 153,92 (yüz əlli üç manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 15,08 (on beş manat, səkkiz qəpik) manat cərimə, ümumilikdə 1452 (min dörd yüz əlli iki) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 34 (otuz dörd) manat 52 (əlli iki) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********82901 SAMSUNG GALAXY A13,AKAMİ CLEAR CASE SAMSUNG A13 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A12/A13 üçün 675,36 (altı yüz yetmiş beş manat, otuz altı qəpik) manat ödənilməmiş hissə, 67,64 (altmış yeddi manat, altmış dörd qəpik) manat cərimə, xx.xx.2023-ci il, tarixli müqaviləsinə əsasən, İmei kodu **********72709 SAMSUNG GALAXY A13 markalı telefon, SİLİCONE CLEAR CASE SAMSUNG A13, 4D GLASS SAMSUNG A13/A14/M14/A04/A23 490,7 (dörd yüz doxsan manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 49,3 (qırx doqquz manat, otuz qəpik) manat cərimə, dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********02627 SAMSUNG GALAXY A03 markalı telefon üçün 153,92 (yüz əlli üç manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 15,08 (on beş manat, səkkiz qəpik) manat cərimə, ümumilikdə 1452 (min dörd yüz əlli iki) manat borc, 34 (otuz dörd) manat 52 (əlli iki) qəpik pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1549/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1549/2023
28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver