Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1556/2023 08.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 23 iyun 2021-ci il tarixli, 130164 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 899 manat, cərimə qismində 247 manat 50 qəpik, cəmi 1.146 manat 50 qəpik, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 06 dekabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 23 iyun 2021-ci il tarixli, 130164 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 899 manat, cərimə qismində 247 manat 50 qəpik, cəmi 1.146 manat 50 qəpik, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuşdur.məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə görə iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində iş üzrə Cavabdeh nə faktiki yaşayış ünvanı, nə də ki, rəsmi qeydə alındığı ünvan göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddələrinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 23 iyun 2021-ci il tarixli, 130164 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 899 manat, cərimə qismində 247 manat 50 qəpik, cəmi 1.146 manat 50 qəpik, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi geri qaytarılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1556/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1556/2023
08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver