Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1576/2024 09.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxxx 1971-ci il təvəllüdlü Cavabdeh 22 mart 2021-ci il tarixli BLK5881299 saylı borc müqaviləsinə əsasən 715 (yeddi yüz on beş) manat əsas borc, 07 aprel 2021-ci il tarixli BLK5881411 saylı borc müqaviləsinə əsasən 671 (altı yüz yetmiş bir) manat əsas borc və 34 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1420 (min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 22 mart 2021-ci il tarixli BLK5881299 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 824 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 715 manat əsas borcu qalmışdır. Bundan başqa, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 07 aprel 2021-ci il tarixli BLK5881411 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 834 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 671 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 22 mart 2021-ci il tarixli BLK5881299 saylı borc müqaviləsinə əsasən 715 (yeddi yüz on beş) manat əsas borc, 07 aprel 2021-ci il tarixli BLK5881411saylı borc müqaviləsinə əsasən 671 (altı yüz yetmiş bir) manat əsas borc və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1420 (min dörd yüz iyirmi) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunması nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 mart 2021-ci il tarixli BLK5881299 saylı borc müqaviləsinə əsasən cavabdeh 824 manat dəyərində aldığı malın dəyərini hər ay 38 manat ödəmək şərtilə 20 ay müddətində və 07 aprel 2021-ci il tarixli BLK5881411 saylı borc müqaviləsinə əsasən cavabdeh 824 manat dəyərində aldığı malın dəyərini hər ay 52 manat ödəmək şərtilə 15 ay müddətində ödəməyi öhdəsinə götmüşdür. İşdə olan İddiaçı xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 22 mart 2021-ci il tarixli BLK5881299 saylı müqaviləyə əsasən borcu 715 (yeddi yüz on beş), 07 aprel 2021-ci il tarixli BLK5881411 saylı borc müqaviləyə əsasən borcu 671 (altı yüz yetmiş bir) manat təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 22 mart 2021-ci il tarixli BLK5881299 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə borcunun 715 (yeddi yüz on beş) manat və 07 aprel 2021-ci il tarixli BLK5881411 saylı müqaviləyə əsasən borcunun 671 (altı yüz yetmiş bir) manat yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 22 mart 2021-ci il tarixli BLK5881299 saylı və 07 aprel 2021-ci il tarixli BLK5881411 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 22 mart 2021-ci il tarixli BLK5881299 saylı müqavilə üzrə 715 (yeddi yüz on beş) manat və 07 aprel 2021-ci il tarixli BLK5881411 saylı müqavilə üzrə 671 (altı yüz yetmiş bir) manat pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 34 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 22 mart 2021-ci il tarixli BLK5881299 saylı müqaviləyə əsasən 715 (yeddi yüz on beş) manat borc, 07 aprel 2021-ci il tarixli BLK5881411 saylı müqaviləyə əsasən 671 (altı yüz yetmiş bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-1576/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1576/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver