Məhkəmə qərarları › İş №e-2(022)-1672/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1672/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1672/2024 20.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edirək, Cavabdeh 1737 (min yeddi yüz otuz yeddi) manat 70 (yetmiş) qəpik borcun, 347.53 manat cərimənin və ödənilmiş dövlət rüsumu olaraq 40 (qırx) manat 85 (səksən beş) qəpik məbləğində pul vəsaitinin iddiaçı «P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" MMC-nin Biləsuvar Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/20-215 saylı alğı-satqı müqaviləsinə əsasən Biləsuvar şəhəri ərazisində yerləşən 3,76 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1737.67 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 323.00 manat məbləğində 1-ci şum, 170,00 manat məbləğində mala, 49.00 manat məbləğində siyid səpilmiş, 56.0 manat məbləğində baraza, 233.67 manat məbləğində dərman/gübrə, 160.60 manat məbləğində siyid toxumu, avans olaraq 713.00 manat becərmə, suvarmaya, cəmi: 1737.67 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da xam-pambıq təhvil verməmiş, bununla da iddiaçıya 1737.67 manat məbləğində borcu qalmışdır. Bununla da cavabdeh müqavilənin 8.2. bəndinin tələblərini pozmuşdur. Müqavilənin 8.2-ci bəndinə əsasən “Bu müqavilə üzrə pambıq becərilməsi iə bağlı İddiaçı MMC tərəfindən Fermerə verilən pul vəsaitinin başqa məqsədlərə xərclənməsi, yetişdirilmiş xam-pambığın başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə Fermer ona verilən borcun ümumi məbləğinin 20% (1737.67 man x 20%=347.53 man) həcmində İddiaçıMMC-yə cərimə ödəyir” tələbinə əsasən cavabdeh tərəfindən xam pambıq təhvil verilmədiyi üçün 347.53 manat cərimə ödəməlidir. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli iş və xidmətlərin görülməsi barədə akt (üzləşmə aktı), qaimə və ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Biləsuvar filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/20-215 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh Biləsuvar şəhəri ərazisində 3,76 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1737.67 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı MMC-nin Biləsuvar filialı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/20-215 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh «P-Aqro” MMC-yə borcunun 1737 (min yeddi yüz otuz yeddi) manat 70 (yetmiş) qəpik, cərimə borcunun 347.53 manat yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 347.53 manat təşkil edən cərimə məbləğinin 70 manata kimi azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 06/20-215 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 1737 (min yeddi yüz otuz yeddi) manat 70 (yetmiş) qəpik əsas borc və 70 (yetmiş) manat cərimə Cavabdeh iddiaçı «P-Aqro” MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı «P-Aqro” MMC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 40 (qırx) manat 85 (səksən beş) qəpik pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1737 (min yeddi yüz otuz yeddi) manat 70 (yetmiş) qəpik əsas borc, 70 (yetmiş) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat 85 (səksən beş) qəpik pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar