Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1673/2024 27.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edirək, Cavabdeh 1136 (min yüz otuz altı) manat 08 (sıfır səəkkiz) qəpik dəyərində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 36 (otuz altı) qəpik məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC-nin Biləsuvar Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/20-117 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh Biləsuvar rayonu, Aranlı ərazisində 1.3 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3171.56 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 49.40 manat məbləğində 1-ci şum, 36.00 manat məbləğində 2-ci şum, 29.90 manat məbləğində rotasiyon mala, 66.30 manat məbləğində mala çəkmə, 19.50 manat məbləğində gübrə liə çiyid səpini, 102.40 manat məbləğində kuitivasiya, 22.10 manat məbləğində gübrə ilə kultivasiya, 36.80 manat məbləğində boroza, 146.00 manat məbləğində dərman səpini, 300.00 manat məbləğində maşınla 1-ci üz pambıq yığımı, 89.60 manat məbləğində boroza gübrə ilə, 646.80 manat məbləğində çiyid, 928.86 manat məbləğində dərman-gübrə, avans olaraq 697.00 manat becərmə pulu, cəmi 3171.56 manat məbləğindəişlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 1811.55 manat məbləğində 2603.69 kq xam-pambıq təhvil vermiş, 222.00 manat subsidiyadan ödənilmiş, bununla da iddiaçıya 1136.08 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu tam ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilən xx.xx.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı (üzləşmə aktı), qaimə, ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Biləsuvar filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/20-117 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh Biləsuvar rayonu Aranlı kəndi ərazisində 1.3 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3171.56 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı MMC-nin Biləsuvar filialı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/20-117 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh «P-Aqro” MMC-yə alqı-satqı müqaviləsinə əsasən 1136 (min yüz otuz altı) manat 08 (sıfır səkkiz) qəpik dəyərində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC tələbinin hüquqi əsası kimi Cavabdeh ilə xx.xx.2020-ci il tarixli 06/20-117 saylı xam-pambığın alqı-satqısı müqaviləsinin bağlanmasına istinad etməklə həmin müqavilə üzrə cavabdehin Biləsuvar rayonu, Aranlı ərazisində 1.3 hektar sahədə pambıq əkməyi və hər hektardan yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə görürməsinə baxmayaraq cavabdehin öhəliyinin icrasından birtərəfli qaydada imtina etməklə müqavilə şərtlərini pozduğunu, nəticədə cavabdeh tərəfindən 2603.69 kq xam-pambıq təhvil verilməklə ümumi borcundan 1811.55 manat ödədiyini, cavabdehin avans vəsaitə görə iddiaçıya 1136.08 manat borcunun qaldığını göstərmişdir. Qeyd olunan işin hallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 06/20-117 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 1136 (min yüz otuz altı) manat 08 (sıfır səəkkiz) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı «P-Aqro” MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı «P-Aqro” MMC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 31 (otuz bir) manat 36 (otuz altı) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1136 (min yüz otuz altı) manat 08 (səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat 36 (otuz altı) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1673/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1673/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver