Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1681/2024 23.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən ÜTÜ TEFAL PURE MAX, TOZSORAN HOFFMANN, ÜTÜ TEFAL ULTİMATE PURE, TOZSORAN HOFFMANN üçün 1178 (min yüz yetmiş səkkiz) manat 12 (on iki) qəpik ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat 88 (səksən səkkiz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********73845 XİAOMİ REDMİ 12 markalı telefon üçün 288 (iki yüz səksən səkkiz) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat 66 (altmış altı) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********57842 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 268 (iki yüz altmış səkkiz) manat 19 (on doqquz) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat 81 (səksən bir) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən FEN ÜTÜ MİLA KLASSİK üçün 42 (qırx iki) manat 31 (otuz bir) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 69 (altmış doqquz) qəpik cərimə, ümumilikdə 1955 (min doqquz yüz əlli beş) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 (otuz doqquz) manat 55 (əlli beş) qəpik pulun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən ÜTÜ TEFAL PURE MAX, TOZSORAN HOFFMANN, ÜTÜ TEFAL ULTİMATE PURE, TOZSORAN HOFFMAN, İMEİ KODU **********73845 XİAOMİ REDMİ 12 markalı telefon, İMEİ KODU **********57842 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, FEN ÜTÜ MİLA KLASSİK almış və nəticədə 1955 (min doqquz yüz əlli beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 1188.12 (min yüz səksən səkkiz manat on iki qəpik) manat (12 ay x 99.01 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ TEFAL PURE MAX, TOZSORAN HOFFMANN, ÜTÜ TEFAL ULTİMATE PURE, TOZSORAN HOFFMANN üçün ümumilikdə 1296 (min iki yüz doxsan altı) manat olmaqla, ondan 1178.12 (min yüz yetmişs səkkiz manat on iki qəpik) manat ödənilməmiş hissə, 117.88 (yüz on yeddi manat səksən səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 640.8 (altı yüz qırx manat səksən qəpik) manat (15 ay x 42.72 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********73845 XİAOMİ REDMİ 12 markalı telefon üçün 317 (üç yüz on yeddi) manat olmaqla, ondan 288.34 (iki yüz səksən səkkiz manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 28.66 (iyirmi səkkiz manat altmış altı qəpik) manat cərimə, xx.xx.2023ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 748.1 (yeddi yüz qırx səkkiz manat on qəpik) manat (15 ay x 46.54 manat + 50 manat ilkin ödəniş) olan İMEİ KODU **********57842 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 295 (iki yüz doxsan beş) manat olmaqla, ondan 268.19 (iki yüz altmış səkkiz manat on doqquz qəpik) manat ödənilməmiş hissə, 26.81 (iyirmi altı manat səksən bir qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 212.76 (iki yüz on iki manat yetmiş altı qəpik) manat (12 ay x 17.73 manat + 0 manat ilkin ödəniş) FEN ÜTÜ MİLAKLASSİK üçün 47 (qırx yeddi) manat olmaqla, ondan 42.31 (qırx iki manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 4.69 (dörd manat altmış doqquz qəpik) manat cərimə olmaqla borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1012.82 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cüil tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ÜTÜ TEFAL PURE MAX, TOZSORAN HOFFMANN, ÜTÜ TEFAL ULTİMATE PURE, TOZSORAN HOFFMANN 1188.12 manata 12 ay müddətinə hər ay 99.01 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********73845 XİAOMİ REDMİ 12 markalı telefonu 640.8 manata 15 ay müddətinə hər ay 42.72 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********57842 XİAOMİ REDMİ NOTE 12 markalı telefonu 748.1 manata 15 ay müddətinə hər ay 46.54 manat ödəmək şərti ilə vəxx.xx.2023-cü il tarixli müqaviləyə əsasən FEN ÜTÜ MİLA KLASSİK 212.76 manata 12 ay müddətinə hər ay 17.73 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, ÜTÜ TEFAL PURE MAX, TOZSORAN HOFFMANN, ÜTÜ TEFAL ULTİMATE PURE, TOZSORAN HOFFMANN üçün 1178 (min yüz yetmişs səkkiz) manat 12 (on iki) qəpik ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat 88 (səksən səkkiz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********73845 XİAOMİ REDMİ 12 markalı telefon üçün 288 (iki yüz səksən səkkiz) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat 66 (altmış altı) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********57842 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 268 (iki yüz altmış səkkiz) manat 19 (on doqquz) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat 81 (səksən bir) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, FEN ÜTÜ MİLA KLASSİK üçün 42 (qırx iki) manat 31 (otuz bir) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 69 (altmış doqquz) qəpik cərimə, ümumilikdə borc 1955 (min doqquz yüz əlli beş) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, ÜTÜ TEFAL PURE MAX, TOZSORAN HOFFMANN, ÜTÜ TEFAL ULTİMATE PURE, TOZSORAN HOFFMANN üçün 1178 (min yüz yetmişs səkkiz) manat 12 (on iki) qəpik ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat 88 (səksən səkkiz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********73845 XİAOMİ REDMİ 12 markalı telefon üçün 288 (iki yüz səksən səkkiz) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat 66 (altmış altı) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********57842 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 268 (iki yüz altmış səkkiz) manat 19 (on doqquz) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat 81 (səksən bir) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən FEN ÜTÜ MİLA KLASSİK üçün 42 (qırx iki) manat 31 (otuz bir) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 69 (altmış doqquz) qəpik cərimə, ümumilikdə 1955 (min doqquz yüz əlli beş) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 39 (otuz doqquz) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyəə sasən 1178 (min yüz yetmişs səkkiz) manat 12 (on iki) qəpik ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat 88 (səksən səkkiz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 288 (iki yüz səksən səkkiz) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat 66 (altmış altı) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 268 (iki yüz altmış səkkiz) manat 19 (on doqquz) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat 81 (səksən bir) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 42 (qırx iki) manat 31 (otuz bir) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 69 (altmış doqquz) qəpik cərimə, ümumilikdə 1955 (min doqquz yüz əlli beş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 (otuz doqquz) manat 55 (əlli beş) qəpik pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1681/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1681/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver