Məhkəmə qərarları › İş №e-2(022)-1696/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1696/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1696/2024 23.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, TRİMMER PHİLİPS üçün, 60 (altmış) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 6 (altı) manaat 50 (əlli) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən BLACKVİEWAİRBUDS 7 qulaqlıq üçün 51 (əlli bir) manat 46 (qırx altı) qəpik ödənilməmiş hissə, 5 (beş) manat 54 (əllli dörd) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********94866 BLACKVİEW A95 markalı telefon üçün 40 (qırx) manat 13 (on üç) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 87 (səksən yeddi) qəpik cərimə, ümumilikdə 169 (yüz altmış doqquz) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pulun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, TRİMMER PHİLİPS, BLACKVİEW AİRBUDS 7 qulaqlıq, İmei kod **********94866 BLACKVİEW A95 markalı telefon almış və nəticədə 169 (yüz altmış doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 90 (doxsan) manat (12 ay x 7.5 manat + 0 manat ilkin ödəniş) olan TRİMMER PHİLİPS üçün ümumilikdə 67 (altmış yeddi) manat olmaqla, ondan 60.5 (altmış manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.5 (altı manat əlli qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 75.06 (yetmiş beş manat altı qəpik) manat (18 ay x 4.17 manat + 0 manat ilkin ödəniş) olan BLACKVİEW AİRBUDS 7 qulaqlı üçün ümumilikdə, 57 (əlli yeddi) manat olmaqla, ondan 51.46 (əlli bir manat qırx altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.54 (beş manat əllli dörd qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 646.92 (altı yüz qırx altı manat doxsan iki qəpik) manat (18 ay x 35.94 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********94866 BLACKVİEWA95 markalı telefon üçün ümumilikdə 45 (qırx beç) manat olmaqla, ondan 40.13 (qırx manat on üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.87 (dörd manat səksən yedid qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 659.89 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TRİMMER PHİLİPS 90 manata 12 ay müddətinə hər ay 7.5 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən BLACKVİEW AİRBUDS 7 qulaqlıq 75.06 manata 18 ay müddətinə hər ay 4.17 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********94866 BLACKVİEWA95 markalı telefonu 646.92 manata 18 ay müddətinə hər ay 35.94 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, TRİMMER PHİLİPS üçün 60 (altmış) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 6 (altı) manaat 50 (əlli) qəpik cərimə, xx.xx.2023cü il, tarixli müqaviləyə əsasən BLACKVİEWAİRBUDS 7 qulaqlıq üçün 51 (əlli bir) manat 46 (qırx altı) qəpik ödənilməmiş hissə, 5 (beş) manat 54 (əllli dörd) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********94866 BLACKVİEW A95 markalı telefon üçün 40 (qırx) manat 13 (on üç) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 87 (səksən yeddi) qəpik cərimə, ümumilikdə borc 169 (yüz altmış doqquz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TRİMMER PHİLİPS üçün 60 (altmış) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 6 (altı) manaat 50 (əlli) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən BLACKVİEWAİRBUDS 7 qulaqlıq üçün 51 (əlli bir) manat 46 (qırx altı) qəpik ödənilməmiş hissə, 5 (beş) manat 54 (əllli dörd) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********94866 BLACKVİEW A95 markalı telefon üçün 40 (qırx) manat 13 (on üç) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 87 (səksən yeddi) qəpik cərimə, ümumilikdə 169 (yüz altmış doqquz) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TRİMMER PHİLİPS üçün 60 (altmış) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 6 (altı) manaat 50 (əlli) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən BLACKVİEWAİRBUDS 7 qulaqlıq üçün 51 (əlli bir) manat 46 (qırx altı) qəpik ödənilməmiş hissə, 5 (beş) manat 54 (əllli dörd) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********94866 BLACKVİEW A95 markalı telefon üçün 40 (qırx) manat 13 (on üç) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 87 (səksən yeddi) qəpik cərimə, ümumilikdə 169 (yüz altmış doqquz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar