Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-185/2025 08.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abaullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********50298 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon saat üçün 2737.6 (iki min yeddi yüz otuz yeddi manat altmış qəp) manat ödənilməmiş hissə, 256.4 (iki yüz əlli altı manat qırx qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG GALAXY WATCH6 CLASSİC 47MM qol saatı, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ üçün 740.95 (yeddi yüz qırx manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 96.05 (doxsan altı manat beş qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, EPİLYATOR BEURER üçün 505.85 (beş yüz beş manat səksən beş qəp) manat ödənilməmiş hissə, 148.15 (yüz qırx səkkiz manat on beş qəp) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG WATCH5 BT 44MM qol saatı üçün 304.96 (üç yüz dörd manat doxsan altı qəp) manat ödənilməmiş hissə, 88.04 (səksən səkkiz manat dörd qəp) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ WATCH GT 3 CLASSİC qol saatı üçün 295 (iki yüz doxsan beş manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 88.28 (səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 256 GB SANDİSK EXTREME MİCRO üçün 122.07 (yüz iyirmi iki manat yeddi qəpik) manat ödənilməmiş hissə, 25.93 (iyirmi beş manat doxsan üç qəpik) manat dəbbə. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 256GB FLASH USB SANDİSK ULTRALUXE USB üçün 16.29 (on altı manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 1.71 (bir manat yetmiş bir qəpik) manat dəbbə, ümumilikdə 5428 manat borc və 74.28 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il tarixlərində müqavilələrə əsasən İmei kodu **********50298 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, SAMSUNG GALAXY WATCH6 CLASSİC 47MM qol saatı, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ ,EPİLYATOR BEURER, SAMSUNG WATCH5 BT 44MM qol saatı, HUAWEİ WATCH GT 3 CLASSİC qol saatı, 256 GB SANDİSKEXTREME MİCRO, 256 GB FLASH USB SANDİSK ULTRA LUXE UalmSBış və nəticədə 5428 (beş min dörd yüzs səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3201.6 (üç min iki yüz bir manat altmış qəp) manat (18 ay x 171.2 manat + 120 manat ilkin ödəniş) olan İmei kodu **********50298 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon saat üçün ümumilikdə 2994 (iki min doqquz yüz doxsan dörd) manat olmaqla ondan, 2737.6 (iki min yeddi yüz otuz yeddi manat altmış qəp) manat ödənilməmiş hissə, 256.4 (iki yüz əlli altı manat qırx qəpik) manat dəbbə pulu, xx.xx.2024ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 829.44 (səkkiz yüz iyirmi doqquz manat qırx dörd qəp) manat (18 ay x 46.08 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG GALAXY WATCH6 CLASSİC 47MM qol saatı, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ üçün 837 (səkkiz yüzotuz yeddi) manat olmaqla ondan, 740.95 (yeddi yüz qırx manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 96.05 (doxsan altı manat beş qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1120.14 (min yüz iyirmi manat on dörd qəp) manat (18 ay x 62.23 manat + 0 manat ilkin ödəniş) olan EPİLYATOR BEURER üçün 654 (altı yüz əlli dörd) manat olmaqla, ondan 505.85 (beş yüz beş manat səksən beş qəp) manat ödənilməmiş hissə, 148.15 (yüz qırx səkkiz manat on beş qəp) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 725.56 (yeddi yüz iyirmi beş manat əlli altı qəp) manat (17 ay x 42.68 manat + 0 manat ilkin ödəniş) SAMSUNG WATCH5 BT 44MM qol saatı üçün 393 (üç üyzdoxsan üç) manat olmaqla, ondan 304.96 (üç yüz dörd manat doxsan altı qəp) manat ödənilməmiş hissə, 88.04 (səksən səkkiz manat dörd qəp) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 762.12 (yeddi yüz altmış iki manat on iki qəpik) manat (18 ay x 42.34 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH GT 3 CLASSİC qol saatı üçün 384 (üç yüz səksən dörd) manat olmaqla, ondan 295 (iki yüz doxsan beş manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 88.28 (səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 146.04 (yüz qırx altı manat dörd qəpik) manat (12 ay x 12.17 manat + 0 manat ilkin ödəniş) olan 256 GB SANDİSK EXTREME MİCRO üçün 148 (yüz qırx səkkiz) manat olmaqla, ondan 122.07 (yüz iyirmi iki manat yeddi qəpik) manat ödənilməmiş hissə, 25.93 (iyirmi beş manat doxsan üç qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 92.04 (doxsan iki manat dörd qəpik) manat (12 ay x 7.67 manat + 0 manat ilkin ödəniş) olan 256 GB FLASH USB SANDİSK ULTRALUXE USB üçün 18 (On səkkiz) manat olmaqla, ondan 16.29 (on altı manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 1.71 (bir manat yetmiş bir qəpik) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2153.5 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2024-ci il, xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə məktub ünvanlayaraq onların iştirakları olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il müqavilələrin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqavilələrə əsasən, İmei kodu **********50298 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon saat 18 ay müddətinə hər ay 171.2 manat ödəmək şərti ilə 3201.6 manat, SAMSUNG GALAXY WATCH6 CLASSİC 47MM qol saatı, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ 18 ay müddətinə hər ay 46.08 manat ödəmək şərti ilə 829.44 manat, EPİLYATOR BEURER 18 ay müddətinə hər ay 62.23 manat ödəmək şərti ilə 1120.14 manat, SAMSUNG WATCH5 BT 44MM qol saatı 17 ay müddətinə hər ay 42.68 manat ödəmək şərti ilə 725.56 manat, HUAWEİ WATCH GT 3 CLASSİC qol saatı 18 ay müddətinə hər ay 42.34 manat ödəmək şərti ilə 762.12 manat, 256 GB SANDİSK EXTREME MİCRO 12 ay müddətinə hər ay 12.17 manat ödəmək şərti ilə 146.04 manat, 256 GB FLASH USB SANDİSK ULTRALUXE USB 12 ay müddətinə hər ay 7.67 manat ödəmək şərti ilə 92.04 manata almışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********50298 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon saat üçün 2737.6 (iki min yeddi yüz otuz yeddi manat altmış qəp) manat ödənilməmiş hissə, 256.4 (iki yüz əlli altı manat qırx qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG GALAXY WATCH6 CLASSİC 47MM qol saatı, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ üçün 740.95 (yeddi yüz qırx manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 96.05 (doxsan altı manat beş qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən EPİLYATOR BEURER üçün 505.85 (beş yüz beş manat səksən beş qəp) manat ödənilməmiş hissə, 148.15 (yüz qırx səkkiz manat on beş qəp) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG WATCH5 BT 44MM qol saatı üçün 304.96 (üç yüz dörd manat doxsan altı qəp) manat ödənilməmiş hissə, 88.04 (səksən səkkiz manat dörd qəp) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ WATCH GT 3 CLASSİC qol saatı üçün 295 (iki yüz doxsan beş manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 88.28 (səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 256 GB SANDİSK EXTREME MİCRO üçün 122.07 (yüz iyirmi iki manat yeddi qəpik) manat ödənilməmiş hissə, 25.93 (iyirmi beş manat doxsan üç qəpik) manat dəbbə. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 256GB FLASH USB SANDİSK ULTRALUXE USB üçün 16.29 (on altı manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 1.71 (bir manat yetmiş bir qəpik) manat dəbbə, ümumilikdə borcu 5428 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 256.4 (iki yüz əlli altı manat qırx qəpik) manat təşkil edən dəbbə məbləğinin 20 (iyirmi) manata kimi, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 96.05 (doxsan altı manat beş qəpik) manat təşkil edən dəbbə məbləğinin 10 (on) manata kimi, xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 148.15 (yüz qırx səkkiz manat on beş qəp) manat edən dəbbə məbləğinin 15 (on beş) manata kimi, xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 88.04 (səksən səkkiz manat dörd qəp) manat edən dəbbə məbləğinin 10 (on) manata kimi, xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 88.28 (səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat edən dəbbə məbləğinin 10 (on) manata kimi azaldılmasını məqsədə müvafiq hesab edir. MM-in 601.2-ci maddəsinə uyğun olaraq hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********50298 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon saat üçün 2737.6 (iki min yeddi yüz otuz yeddi manat altmış qəp) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG GALAXY WATCH6 CLASSİC 47MM qol saatı, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ üçün 740.95 (yeddi yüz qırx manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, EPİLYATOR BEURER üçün 505.85 (beş yüz beş manat səksən beş qəp) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, SAMSUNG WATCH5 BT 44MM qol saatı üçün 304.96 (üç yüz dörd manat doxsan altı qəp) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, HUAWEİ WATCH GT 3 CLASSİC qol saatı üçün 295 (iki yüz doxsan beş manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 256 GB SANDİSK EXTREME MİCRO üçün 122.07 (yüz iyirmi iki manat yeddi qəpik) manat ödənilməmiş hissə, 25.93 (iyirmi beş manat doxsan üç qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, 256GB FLASH USB SANDİSK ULTRALUXE USB üçün 16.29 (on altı manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 1.71 (bir manat yetmiş bir qəpik) manat dəbbə, ümumilikdə 4816 (dörd min səkkiz yüz on altı) manat 08 (sıfır səkkiz) qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 (altmış səkkiz) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********50298 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon saat üçün 2737 (iki min yeddi yüz otuz yeddi) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, SAMSUNG GALAXY WATCH6 CLASSİC 47MM qol saatı, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ üçün 740 (yeddi yüz qırx) manat 95 (doxsan beş) qəpik ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən EPİLYATOR BEURER üçün 505 (beş yüz beş) manat 85 (səksən beş) qəpik ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən SAMSUNG WATCH5 BT 44MM qol saatı üçün 304 (üç yüz dörd) manat 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən HUAWEİ WATCH GT 3 CLASSİC qol saatı üçün 295 (iki yüz doxsan beş) manat 72 (yetmiş iki) qəpik ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 256 GB SANDİSK EXTREME MİCRO üçün 122 (yüz iyirmi iki) manat 07 (sıfıryeddi) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat 93 (doxsan üç) qəpik dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 256 GB FLASH USB SANDİSK ULTRALUXE USB üçün 16 (on altı) manat 29 (iyirmi doqquz) qəpik ödənilməmiş hissə, 1 (bir) manat 71 (yetmiş bir) qəpik dəbbə pulu, ümumilikdə 4816 (dörd min səkkiz yüz on altı) manat 08 (sıfır səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 (altmış səkkiz) manat 16 (on altı) qəpik alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-185/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-185/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver