Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1864/2025 28.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********53524 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 356 (üç yüz əlli altı) manat 95 (doxsan beş) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, 35 (otuz beş) manat 70 (yetmiş) qəpik cərimə, ümumilikdə 416 (dörd yüz on altı) manat 25 (iyirmi beş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaitinin Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********53524 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ almış və nəticədə 416,25 (dörd yüz on altı manat, 25 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 390 (üç yüz doxsan) manat (yəni 12 ay x 32,5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********53524 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə, 416,25 (dörd yüz on altı manat, 25 qəpik) manat olmaqla, ondan 356,95 (üç yüz əlli altı manat, 95 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olaraq 35,70 (otuz beş manat, 70 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 33,05 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ciil tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********53524 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ 390 (üç yüz doxsan) manat 12 ay müddətinə hər ay 32,5 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********53524 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 356 (üç yüz əlli altı) manat 95 (doxsan beş) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, 35 (otuz beş) manat 70 (yetmiş) qəpik cərimə, ümumilikdə 416 (dörd yüz on altı) manat 25 (iyirmi beş) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********53524 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 356 (üç yüz əlli altı) manat 95 (doxsan beş) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, 35 (otuz beş) manat 70 (yetmiş) qəpik cərimə, ümumilikdə 416 (dörd yüz on altı) manat 25 (iyirmi beş) qəpik pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********53524 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 356 (üç yüz əlli altı) manat 95 (doxsan beş) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, 35 (otuz beş) manat 70 (yetmiş) qəpik cərimə, ümumilikdə 416 (dörd yüz on altı) manat 25 (iyirmi beş) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1864/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1864/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver