Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1879/2025 06.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 07 dekabr 2022-ci il tarixli və 06 may 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən ödənilməmiş əsas borc qismində 590 manat, cərimə qismində 60 manat, habelə ödənilmiş dövlət rüsunun əvəzi qismində 30 manat, cəmi 680 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 03 noyabr 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 07 dekabr 2022-ci il tarixli və 06 may 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən ödənilməmiş əsas borc qismində 590 manat, cərimə qismində 60 manat, habelə ödənilmiş dövlət rüsunun əvəzi qismində 30 manat, cəmi 680 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.2.4-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə tələbin əsaslandığını təsdiq edən sənəd əlavə edilməlidir. Lakin məhkəmə daxil olmuş iddia ərizəsində 07 dekabr 2022-ci il tarixli və 06 may 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ödənilməmiş əsas borc məbləğləri və həmin müqavilərlər üzrə hesablanmış cərimələr ayrı-ayrılıqda deyil, ümumilikdə hesablanmaqla cavabdehdən tələb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş 07 dekabr 2022-ci il tarixli və 06 may 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə Cavabdeh tərəfindən hər iki müqavilə üzrə ayrı-ayrılıqda hal-hazıradək hər hansı ödənişlərin aparılıb-aparılmamasının və iddia ərizəsində cavabdehdən tutulması tələb olunan məbləğin hansı nisyə alqı-satqı müqaviləsi üzrə əsas və cərimə borcunun olmasının araşdırılmasını müəyyən etmək qeyri-mümkümdür. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Buna görə də məhkəmə hesab edir ki, müvafiq sənədlər təqdim olunmadığına, 07 dekabr 2022-ci il tarixli və 06 may 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələrinin mətnində mənbəyi məlum olmayan düzəlişlər aparıldığına, həmin müqavilələr üzrə Cavabdeh tərəfindən hal-hazıradək hər hansı ödənişlərin aparılıb-aparılmamasını və iddia ərizəsində cavabdehdən tutulması tələb olunan məbləğin hansı nisyə alqı-satqı müqaviləsi üzrə əsas və cərimə borcunun olmasının müəyyən etmək mümkün olmadığına görə, bununla bağlı xüsusatların tərəflərin çəkişməsi prinsipi əsasında iddia icraatı çərçivəsində araşdırılması zərurəti olduğu üçün iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə görə isə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənədin kserosurəti əlavə edilsə də, həmin sənəddə dövlət rüsumunun ödəniş təyinatı və hansı məhkəmədə baxılan iş üzrə ödənildiyi qeyd olunmamaqla yanaşı, ödəniş barədə həmin sənədin başqa bir iş üzrə dövlət rüsumu kimi artıq istifadə edilib-edilmədiyini müəyyən etmək mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 07 dekabr 2022-ci il tarixli və 06 may 2023-cü il tarixli nisyə alqısatqı müqavilələrinə əsasən ödənilməmiş əsas borc qismində 590 manat, cərimə qismində 60 manat, habelə ödənilmiş dövlət rüsunun əvəzi qismində 30 manat, cəmi 680 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1879/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1879/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver