Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-190/2025 08.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 38817.04 manat dəyərində borcun və 206.45 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı 38817.04 manat məbləğində borcun və 206.45 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması tələbi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edilmişdir. Cavabdehin vəkili vəsatətlə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı MMC-nin Biləsuvar Filialı ilə heç bir müqavilə bağlamadığını və heç bir sənədə imza etmədiyini bildirmişdir.Bununla bağlı iş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə əlavə araşdırmanın aparılması zərurətini nəzərə alaraq İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi İddiaçı MMC-yə geri qatarılsın. İddiaçı tərəfindən ödənilmiş 206 (iki yüz altı) manat 45 (qırx beş) qəpik (qəbzin nömrəsi **********) dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(022)-190/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-190/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver