Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1950/2025 01.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edirək, Cavabdeh 1128.07 manat borcun, 112.80 manat cərimə və 32.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçıMMC-nin Biləsuvar Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/22-279 alqı-satqı müqaviləsinə əsasən cavabdeh Biləsuvar rayonu, Aranlı kəndi ərazisində 2.62 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4098.20 manat (o cümlədən ötən ildən qalan 6740.92 manat borcu nəzərə almaqla) məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 167.20 manat məbləğində 1-ci şum, 80.00 manat məbləğində diskli mala, 204.00 manat məbləğində mala, 98.00 manat məbləğində çiyid səpini, 60.00 manat məbləğində siyid səpini gübrə ilə, 472.00 manat məbləğində kuitivasiya, 48.00 manat məbləğində boroza, 156.00 manat məbləğində dərman səpini, 600.00 manat məbləğində kombaynla 1-ci üz pambıq yığımı, 60.00 manat məbləğində tirə vurma, 64.00 manat məbləğində boroza gübrə ilə, 569.00 manat məbləğində dərman gübrə, 1024.00 manat məbləğində çiyid toxumu, avans olaraq 496.00 manat becərmə, su pulu, cəmi 4098.20 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq,mövsüm başa çatsa da 1970.13 manat məbləğində 2462.66 kq xam-pambıq təhvil vermiş, 1100.00 manat ödəmiş,bununla da iddiaçıya 1128.07 manat məbləğində borcu qalmışdır. Eyni zamanda, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.3-ci bəndinə əsasən alıcı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitinin, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10-dən artıq olmamaq şərtilə “Satıcıya” cərimə ödəyir. Göründüyü kimi Cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3 bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 1128.07 x 10%= 112.80 manat məbləğində cərimə tətbiq edilməlidir. Bununla da cavabdehin borcu 1240.87 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Biləsuvar filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/22-279 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh Biləsuvar rayonu Aranlı kəndi ərazisində 2.62 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4098.20 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı MMC-nin Biləsuvar filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/22-279 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə alqı-satqı müqaviləsinə əsasən 1128.07 manat borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2022-ci il tarixli 06/22-279 saylı kredit müqaviləsi üzrə 112.80 manat cərimə məbləğinin 40 (qırx) manata kimi azaldılmasını məqsədə müvafiq hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC tələbinin hüquqi əsası kimi Cavabdeh ilə xx.xx.2022-ci il tarixli 06/22-279 saylı xam-pambığın alqı-satqısı müqaviləsinin bağlanmasına istinad etməklə həmin müqavilə üzrə cavabdehin Biləsuvar rayonu, Aranlı kəndi ərazisində 2.62 hektar sahədə pambıq əkməyi və hər hektardan yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə görürməsinə baxmayaraq cavabdehin öhəliyinin icrasından birtərəfli qaydada imtina etməklə müqavilə şərtlərini pozması, nəticədə cavabdeh tərəfindən 2462.66 kq xam-pambıq təhvil verilməklə ümumi borcundan 1100 manat ödəməsi, cavabdehin avans vəsaitə görə iddiaçıya 1128.07 manat borcunun olması təsdiq olunur. Qeyd olunan işin hallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 06/22-279 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 1128.07 manat dəyərində borc, 40 manat cərimə, ümumilikdə 1168.07 manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı «P-Aqro” MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı «P-Aqro” MMC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 31 (otuz bir) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1128 (min yüz iyirmi sıkkiz) manat 07 (yeddi) qəpik borc, 40 (qırx) manat cərimə, cəmi 1168 (min yüz altmış səkkiz) manat 07 (yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat 68 (altmış səkkiz) qəpik pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1950/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1950/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver