Məhkəmə qərarları › İş №e-2(022)-197/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-197/2024

19.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-197/2024 19.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X46 oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili, Şirvan regional vəkil bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh2, Biləsuvar rayon notariat ofisinin notariusuna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən C.T. Mustafayevin adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 03 mart 2023-cü il tarixdə vəfat etmiş X8 miras qalmış Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən, ümumi sahəsi 221,9 kvadratmetr olan fərdi yaşayış evinin ikidə bir (1/2) hissəsində və həmin evin yerləşdiyi torpaq sahəsinin 0,08442 hektar ölçüdə hissəsinin onda 10/3 hissəsində iddiaçının məcburi payının müəyyən edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 21 dekabr 2023-cü il tarixdə Bayramova X1 Ceyhun Tofiq oğluna qarşı Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən Cavabdeh2 verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamənin ləğv edilməsi və 03 mart 2023-cü il tarixdə vəfat etmiş X8 miras qalmış Biləsuvar rayonu, Xırmandalıkəndi ərazisində yerləşən, ümumi sahəsi 221,9 kvadratmetr olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,08442 hektar ölçüdə həyətyanı torpaq sahəsində iddiaçının məcburi payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Biləsuvar rayon notariat ofisinin notariusunun mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 14 mart 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, 22 dekabr 2023-cü il tarixdə ona heç bir məktub, elektron mesaj və ya SMS göndərilmədən məhkəmə iclası təyin edilmiş və məhkəmə prosesi baş tutmuşdur. İddiaçı heç bir əsas olmadan, sübut olmadan məhkəməyə yalan ifadə verərək, guya o, ona mərhum atasından vərəsəlik əsasında qalmış evi satır. Buna görə də o, iddiaçının məhkəməyə yalan ifadə verdiyinə görə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Belə ki, onun atası ağır xəstəlikdən müalicə almışdır. 2022-ci ilin avqust ayında, hər həftə atası onun yanına gələrək, onkoloji xəstəxanada müalicə almışdır. O, İddiaçı zəng edərək, atasının vəziyyətinin yaxşı olmadığını, sonuncuya qulluq və ən əsası güclü qidalanma lazım olduğunu bildirərək, iddiaçıya atsının yeməyini nəzarətdə saxlamasını və insanlıq borcunu yerinə yetirməsini tapşırmışdır. Buna baxmayaraq, İddiaçı onun atasının xəstəliyinə biganə yanaşaraq, sonuncunun ölümünü tezləşdirmək üçün hər gün dava edib, atasına stress yaşatmışdır. 2024-cü ilin yanvar ayının əvvəlində mərhum atası baxımsızlıq səbəbindən onun yanına – Bakı şəhərinə gəlmiş və müalicəsini onun yanında davam etdirmişdir. Mərhum atası vəsiyyətnamə tərtib edərək, ölümündən sonra bütün əmlakının ona verilməsi barədə sərəncam vermişdir. Lakin İddiaçı ona şər ataraq, ata mülkünü satdığına görə ondan payın istməsi barədə məhkəməyə yalan ifadə vermişdir. O xahiş edir ki, İddiaçı laqeyd yanaşaraq, onun atasının xəstəliyini ciddiyə almamasını, həmin şəxsə stress yaşatmağını və ölümünü tezləşdirən şəxs olması unudulmasın. 04 aprel 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrlə mürcaiət edərək, X13 və X9 mülki iş üzrə üçüncü şəxslər qismində işə cəlb edilmələrini, Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən Cavabdeh2 verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamənin ləğv edilməsi və 03 mart 2023-cü il tarixdə vəfat etmiş X8 miras qalmış Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən, ümumi sahəsi 221,9 kvadratmetr olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,08442 hektar ölçüdə həyətyanı torpaq sahəsində səkkizdə bir (1/8) hissədə məcburi payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 25 aprel 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi arayış qeyri-qanunidir. Onun təqdim etdiyi arayışdan da görünür ki, onun atasının valideynlərindən aldığı vərəsəlik dövründə kənd sovetindən aldığı arayışda bildirilir ki, həmin evdə onun atası və 3 uşağı qeydiyyatdadır, lakin İddiaçı adı yoxdur. 25 aprel 2024-cü il tarixdə Biləsuvar rayon Məhkəməsində daxil olmuş etiraz ərizəsində cavabdeh Biləsuvar rayon notariat ofisinin notariusu X20 göstərmişdir ki, iddiaçı Bayramova X1 Ceyhun Tofiq oğluna qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və mirasdan məcburi payın müəyyən edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. O hesab edir ki, həmin iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Cavabdeh2 atası 03 mart 2023-cü il tarixdə vəfat etmiş və həmin şəxsin ərizəsinə əsasən barəsində Səyyar Asan Xidmət notariat ofisində 04 avqust 2023-cü il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik işi açılmışdır. Mövcud qanunvericiliyin tələbinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi vaxt miras əmlakın tərkibini yoxlamalıdır. Bu məqsədlə vəsiyyətnamənin verildiyi Bakı şəhər 35 saylı notariat ofisinə müraciət edilmiş və adı çəkilən vəsiyyətnamənin ləğv edilmədiyi, dəyişdirilmədiyi və başqa sözlə qüvvədə olması, texniki vasitədən istifadə edilməklə deyil, şəxsən mərhum Tofiq Mustafayevin özü tərəfindən yazılmaqla və imzası, adı və soyadı qeyd edilməklə, notarius tərəfindən təsdiq edilməklə, "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemindən çıxarış əldə edilmişdir. Həmin işlə bağlı onun tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, həmin miras əmlaklar mərhum X17 atası X4 və anası X18 miras əmlakdan 1/1 hissədə pay verilməklə, vərəsəlik yolu ilə keçmişdir. Başqa sözlə, İddiaçı həmin miras əmlakı birgə nikah dövründə əldə etməmişdir. İddiaçının ərizəsində qeyd etdiyi kimi İddiaçı və T.Ə.Mustafayev 2007-ci ildən nikahsız yaşamalarına baxmayaraq, 2019-cu ildə faktiki nikahlarını rəsmiləşdirmişlər qeydə aldırmışdır. Buna baxmayaraq, Cavabdeh2 qanunvericiliyin tələblərinə düzgün riayət etməklə, mərhum atasının vəfatından dərhal sonra qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etmiş və qanunla nəzərdə tutulan müddət başa çatdıqdan sonra təkidlə qanuna müvafiq olaraq ona vəsiyyətnamə üzrə şəhadətnamə verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsəsə (vərəsələr) mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin müddət ərzində heç bir vərəsə (vərəsələr) notariusa rəsmi ərizə verməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş İdarəsi ilə məsləhətləşmələr aparılmış və Cavabdeh2 vaxtında müraciət edərək, qanunvericiliyin normalarına riayət etdiyinə görə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tövsiyyə edilmiş, digər vərəsələr müraciət etdiyi təqdirdə isə qanunla müəyyən edilmiş müddəti buraxdıqları üçün miras paylarının məhkəmə qaydasında tələb etmələri məqsədi ilə məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Buna baxmayaraq, İddiaçı mərhum T.Ə.Mustafayevdən miras qalmış əmlakdan mirasın qəbulu və ya imtinası ilə bağlı məktub gondərilsə də, qarşı tərəf həmin məktuba heç bir münasibət bildirməmiş və buna görə də 06 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayon notariat konturu tərəfindən onun adına 2V- 433 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görə də X.R.Məmmədov iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 29 aprel 2024-cü il tarixdə İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə yeni ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən Cavabdeh2 verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 03 mart 2023cü il tarixdə vəfat etmiş X8 miras qalmış Biləsuvar rayonu, Xırmandalıkəndi ərazisində yerləşən, ümumi sahəsi 221,9 kvadratmetr olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,08442 hektar ölçüdə həyətyanı torpaq sahəsində səkkizdə bir (1/8) hissədə məcburi payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 02 iyul 2024-cü il tarixdə Biləsuvar rayon Məhkəməsində daxil olmuş etiraz ərizəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin rəisi Adil Həbiyev göstərmişdir ki, Biləsuvar rayon Məhkəməsinin icraatında olan İddiaçı 2(022)-197/2024 saylı mülki işi ilə bağlı bildirir ki, torpağın mülkiyyətinə verilməsinə dair JN-289 saylı şəhadətnamə, evin təsərrüfat başına çıxarış və 21 aprel 2016-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,1407 hektar torpaq sahəsi ümumbirgə mülkiyyət kimi (ailə üzvləri), fərdi yaşayış evi isə X14 adına 26 aprel 2016-cı il tarixdə **********45-10301 reyestrli çıxarış verilmişdir. “Daşınmaz əmlakın reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu işlə əlaqədar əsas tərəf kimi Notariat konturu prosesə cəlb edilməlidir. Sənədlərin əldə edilməsi ilə bağlı 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Biləsuvar rayon Notariat ofisinə sorğu göndərilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, İddiaçı mülki işi ilə bağlı 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 15 avqust 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 yenidən məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən C.T. Mustafayevə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 03 mart 2023-cü il tarixdə vəfat etmiş X8 miras qalmış Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən, ümumi sahəsi 221,9 kvadratmetr olan fərdi yaşayış evinin ikidə bir (1/2) hissəsində və həmin evin yerləşdiyi 0,08442 hektar ölçüdə həyətyanı torpaq sahəsinin 10/3 hissəsində iddiaçının məcburi payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı dəfələrlə dəyişdirilmiş və artırılımış iddia tələbini müdafiə edərək, göstərdi ki, o, müəllimdir və hazırda Biləsuvar rayonu, Xırmandalı kənd orta məktəbində müəllim işləyir. O, həmkəndlisi X26 ilə 2007-ci ildə el adətinə uyğun olaraq evlənib, ailə həyatı qurmuşdur. Lakin onlar faktiki nikah münasibətlərini 24 iyul 2019-cu il tarixdə rəsmiləşdirmişlər. O, evləndikdən sonra T.Ə.Mustafayevə məxsus Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,08442 hektar həyətanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 21.9 kvadratmetr olan fərdi yaşayış evinə gəlin köçmüş və özü ilə cehiz də gətirmişdir. Onun əri T.Ə.Mustafayev ondan əvvəl X15 ilə evli olmuş, lakin 2006cı ildə onun ərinin birinci arvadı vəfat etmişdir. Həmin şəxslərin birgə nikahından Cavabdeh2, X27 və X21 adlı 3 uşaqları doğulmuşdur. O, evləndikdən sonra T.Ə.Mustafayev ilə sonuncuya məxsus fərdi yaşayış evində birlikdə yaşamış və onlar birlikdə təsərrüfat işlətmişlər. Onların birgə nikahından uşaqları olmamışdır. T.Ə.Mustafayev uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkmiş və uzun müddət xəstəliyi ilə əlaqədar müalicələr almışdır. O, ərinin həmin xəstəlik müddətində maddi və məvəi olaraq həmişə yanında olmuş, T.Ə.Mustafayevin qayğısına qalmışdır. Lakin 03 mart 2023cü il tarixdə T.Ə.Mustafayev vəfat etmişdir. Vəfat etməzdən öncə T.Ə.Mustafayev vəsiyyət tərtib edərək, oğluna bütün əmlakını bağışlamışdır. Mərhum ərinin yas mərasimi onların birgə yaşadığı evdə təşkil edilmiş və o, üzrxahlıq üçün gələn bütün qonaqları şəxsən qarşılamışdır. T.Ə.Mustafayevin vəfatından sonra o, həmin evdə bir müddət yaşamış, lakin tək olduğu üçün sonradan qardaşının evinə köçərək, orada yaşamağa başlamışdır. O, vaxtaşırı olaraq həmin evə gəlib-getmişdir. Həmçinin onun cehizləri də həmin evdə qalmışdır. O, ərinin vəfatından sonra həmin şəxsin oğlu Ceyhunla ilə bir neçə dəfə əlaqə saxlamış və Cavabdeh2 hər dəfə onunla mehriban davranmış, miras əmlakla bağlı ona heç bir söz deməmişdir. Belə ki, mərhum ərindən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,14 hektar torpaq sahəsi miras qalmışdır. O, Cavabdeh2 inanaraq, T.Ə.Mustafayevdən miras qalmış əmlaklarla bağlı hər hansı orqana sənəd üçün müraciət etməmişdir. Lakin o, məktəbdə olduğu vaxt qonşusu ona zəng edərək, cehizlərinin evdən çölə töküldüyü bildirmişdir. O, həmin evə getdiyi vaxt həqiqətən də cehizlərinin küçədə olduğunu görmüşdür. O, bununla bağlı Cavabdeh2 vəkilinə irad bildirsə də, həmin şəxs onun iradlarına heç bir məhəl qoymamışdır. O, cehizlərini qardaşının evinə aparmışdır. Sonradan isə ona məlum olmuşdur ki, Cavabdeh2 ondan xəbərsiz Biləsuvar rayon notariat ofisində vərəsəlik açdırmış və Biləsuvar rayon notariat ofisinin notariusu X20 tərəfindən Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamə verilmişdir. O, mərhumun arvadı kimi sonuncunun uşaqları ilə birlikdə birinci dərəcəli vərəsə hesab edilsə də, Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov tərəfindən qanunsuz olaraq ona heç bir məlumat verilmədən Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, onun həmin torpaqdan və evdən məcburi pay almaq hüququ vardır. Həmçinin Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov tərəfindən qanunsuz olaraq verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmişdir. O, həmin miras əmlakda məcburi paya malik olsa da, həmin sənədlər onun bütün hüquqlarından məhrum etmişdir. Buna görə də o, həmin sənədlərin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Çünki, onun mərhum ərindən miras qalmış evə və torpağa qanun üzrə vərəsləik zamanı ona çatmalı olan payın yarısı miqdarında məcburi pay almaq hüququna malikdir. Buna görə də o hesab edir ki, onun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən, ümumi sahəsi 221,9 kvadratmetr olan fərdi yaşayış evinin ikidə bir hissəsində və həmin evin yerləşdiyi torpaq sahəsinin 0,08442 hektar ölçüdə hissəsinin onda üç hissəsində məcburi payı müəyyən edilməlidir. Sonda, İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 İddiaçı izahatını müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, Cavabdeh2 atasının ölümündən sonra notariat ofisində vəsiyyətnamə üzrə vərəsəlik işi açdırmışdır. Mülki qanunvericiliyin tələbinə görə vərəsəsə (vərəsələr) mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunla müəyyən edilmiş müddət ərzində isə məhrhum T.Ə.Mustafayevin qanun üzrə digər vərəsələri notariat orqanına rəsmi qaydada ərizə ilə miras əmlakın qəbulu barədə ərizə verməmişlər. Cavabdeh2 isə qanunvericiliyin tələbinə riayət edərək, miras əmlakın qəbulu barədə ərizə ilə notariat orqanına vaxtında müraciət etmişdir. Buna görə də 06 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov tərəfindən Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Cavabdeh2 həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən 12 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı Cavabdeh2 atasından miras qalmış fərdi yaşayış evinə və ya həmin evin üzərində yerləşdiyi həyətyanı torpaq sahəsinə heç bir hüququ yoxdur. Çünki, həmin torpaq sahəsi və ev mərhum T.Ə.Mustafayevə valideynlərindən miras qalmış, iddiaçı ilə atasının birgə nikahları dövründə həmin əmlaklar əldə edilməmişdir. Həmçinin İddiaçı qanunla müəyyən edilmiş vaxt ərzində miras əmlakın qəbulu barədə notariat orqanına ərizə vermədiyinə görə həmin əmlaklara məcburi pay hüququnu itirmişdir. Buna görə də o, iddiaçıya atasından ona miras qalmış Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən, ümumi sahəsi 221,9 kvadratmetr olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsinin 0,08442 hektar ölçüdə hissəsində iddiaçının məcburi payının müəyyən edilməsinə razı deyil. Sonda, Nümayəndə2 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş üzrə cavabdeh qismində cəlb edilmiş Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov 30 avqust 2024-cü il tarixdə məhkəməyə yazılı qaydada müraciət edərək, İddiaçı Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və mirasdan məcburi payın müəyyən edilməsi tələbinə dair mülki işə həmin notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X13 və X9 faktiki olduğu yer məlum olmadığına görə onların məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, onun nümayəndəsini və Cavabdeh2 nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında akt qeydləri kitabının 11 səhifəsindən çıxarışın surətindən görünür ki, X22 və X32 30 iyun 1949-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. Mülki işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 aprel 2016cı il tarixli, 900 nömrəli arayışın surətindən görünür ki, X26 15 fevral 1951-ci il tarixdə doğulmuşdur. Doğum haqqında akt qeydləri kitabında T.Ə.Mustafayevin atası qismində X22, anası qismində X23 göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş İX-ЖГ seriyalı, 343811 nömrəli doğum haqqında şəgadətnamənin surətindən görünür ki, X28 xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Həmin sənəddə Cavabdeh2 atası qismində X26, anası qismində X15 göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminin “Doğum haqqında akt qeydi” alt bölməsindən çıxarışdan görünür ki, X21 20 mart 1987-ci il tarixdə doğulmuşdur. Həmin uşağın doğumu ilə bağlı 08 aprel 1987-ci il tarixdə AZ-İ seriyalı, 333375 nömrəli şəhadətnamə verilmişdir. Həmin sənəddə Cavabdeh2anın atası qismində X26, anası qismində X15 göstərilmişdir. Mülki işdə olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminin “Doğum haqqında akt qeydi” alt bölməsindən çıxarışdan görünür ki, X27 15 iyun 1985-ci il tarixdə doğulmuşdur. Həmin uşağın doğumu ilə bağlı 11 iyul 1985-ci il tarixdə AZ-İ seriyalı, 270537 nömrəli şəhadətnamə verilmişdir. Həmin sənəddə V.T.Mustafayevanın atası qismində X26, anası qismində X15 göstərilmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 may 2019-cu il tarixli, 05/Q-399/69 nömrəli arayışın surətindən görünür ki, X14 və X2 nikahı haqqında 24 iyul 1993-cü il tarixdə 167 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Hüseynova soyadları verilmişdir. İş materiallarinda olan torpağın mülkiyyətə verilməsinə dair JN-289F seriyalı, 80807018 kodlu şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən X10 və onun ailə üzvlərinin – X24, X14, X5 və X3 mülkiyyətinə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,15 hektar ölçüdə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və perativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işdə olan Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli, AZ-İ seriyalı, 98980 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 09 mart 2006-cı il tarixdə kəskin miokard infarktı səbəbindən ölmüşdür. İş materialalrına əlavə edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 yanvar 2016-cı il tarixli, AZ-İ seriyalı, 791891 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 08 dekabr 2008-ci il tarixdə qan dövranı çatışmazlığı səbəbindən ölmüşdür. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən verilmiş 01 yanvar 2015-ci il tarixli, AZ-İ seriyalı, 717901 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 30 dekabr 2014-cü il tarixdə beyin koması səbəbindən ölmüşdür. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən 2016-cı ildə verilmiş arayışın surətindən görünür ki, X26 atası X22 08 dekabr 2008-ci il tarixdə ölənədək Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmuş və yaşamışdır. T.Ə.Mustafayev atasının vəfatından sonra həmin evdə qeydiyyatda olmuş və miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən verilmiş 14 aprel 2016-cı il tarixli, 1168 nömrəli arayışın surətindən görünür ki, X26 anası X32 30 dekabr 2014-cü il tarixdə ölənədək Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmuş və yaşamışdır. T.Ə.Mustafayev anasının vəfatından sonra həmin evdə qeydiyyatda olmuş və miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09 mart 2016-cı il tarixdə X10 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,1407 hektar ölçüdə torpaq sahəsi ümumibirgə mülkiyyət hüququ əsasında X10, X25, X13, X9 və X14, 221.9 kvadratmetr ölçüdə fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X10 adına qeydə alınmışdır. Mülki işdə olan 17 fevral 2023-cü il tarixli vəsiyyatnamənin surətindən görünür ki, Biləsuvar rayonu, Xırmandalı kənd sakini X26 ölən günədək harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ona məxsus olan bütün əmlakları Cavabdeh2 vəsiyyət etmişdir. Mülki işdə olan Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən verilmiş 21 aprel 2016-cı il tarixli, 2V-17 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X25 vərəsəsi X26 həmin şəxsin miras əmlakı olan, Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən, ümumi sahəsi 0,02814 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/1 hissədə pay almışdır. İşdə olan Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən verilmiş 21 aprel 2016-cı il tarixli, 2V-18 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X11 vərəsəsi X26 həmin şəxsin miras əmlakı olan, Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən, ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evinin və 0,02814 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/1 hissədə pay almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26 aprel 2016-cı il tarixdə X14 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,1407 hektar ölçüdə torpaq sahəsinin 0,08442 hektar hissəsi və 221.9 kvadratmetr ölçüdə fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X14 adına qeydə alınmışdır. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli, 05/Q-458/69 nömrəli arayışın surətindən görünür ki, İddiaçı və X26 haqqında 24 iyun 2019-cu il tarixdə 109 nömrəli nikah qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 12 fevral 2023-cü il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, X14 17 fevral 2023-cü il tarixli vəsiyyatnaməsi Bakı şəhəri 35 saylı notariat ofisi notariusu X33 tərəfindən təsdiq edilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 yanvar 2016-cı il tarixli, AZ-İİ seriyalı, 343268 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 03 mart 2023-cü il tarixdə dəqiqləşdirilməmiş lokalizasiyaların ikincili bədxassəli yenitörəməsi səbəbindən Biləsuvar rayonu, Xırmandalı kəndində ölmüşdür. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, 5-39-3/2-132/9 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh2 atası X26 03 mart 2023-cü il tarixdə ölənədək Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmuş və onunla birlikdə yaşamışdır. Cavabdeh2 atasının vəfatından sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli, 218 uçot nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh2 Biləsuvar rayon notariat ofisinə ərizə ünvanlayaraq, atası X14 03 mart 2023-cü il tarixdə vəfat etdiyini bildirmiş və atasından miras qalmış Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,1407 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlaka dair ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan Biləsuvar rayon notariat ofisinin 05 sentyabr 2023-cü il tarixli, 813 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı, X19 və X16 ünvanlanmış məktubda Cavabdeh2 notariat ofisinə mürcaiət edərək, 03 mart 2023-cü il tarixdə vəfat etmiş mərhum atası X8 miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi və vərəsələrin dairəsi müəyyən edilərkən onların mərhum T.Ə.Mustafayevin birinci növbəli vərəsələri olmasının müəyyən edildiyi bildirilmiş və İddiaçı, V.T.Mustafayevadan və Cavabdeh2adan miras qalmış əmlakdan mirasın qəbulu və ya imtinası ilə bağlı münasibət bildirmələri xahiş edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən 17 fevral 2023-cü il tarixdə təsdiq edilən və reyestrə 20 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 03 mart 2023-cü il tarixdə vəfat etmiş X14 Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,08442 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlakından Cavabdeh2 1/1 hissədə pay verilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 12 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,1407 hektar ölçüdə torpaq sahəsinin 0,08442 hektar hissəsi və 221.9 kvadratmetr ölçüdə fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli, 5-39-3/2-350 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 2007-ci ildən əri X26 03 mart 2023-cü il tarixdə vəfat edənədək onunla birlikdə yaşamışdır. İddiaçı T.Ə.Mustafayev 03 mart 2023cü il tarixdə vəfat etdikdən sonra 2023-cü ilin noyabr ayınadək həmin evdə yaşamışdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,1407 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlak T.Ə.Mustafayevə valideynləri Ə.Ə.Mustafayevdən və Z.R.Əskərovadan miras qalmışdır. Belə ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,15 hektar ölçüdə torpaq sahəsi T.Ə.Mustafayevin atası Ə.Ə.Mustafayevin və sonuncunun ailə üzvlərinin, o cümlədən T.Ə.Mustafayevin mülkiyyətinə verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair JN-289F seriyalı, 80807018 kodlu şəhadətnamədə torpağın mükiyyətçiləri qismində T.Ə.Mustafayevin valideynləri Ə.Ə.Mustafayev və Z.R.Əskərova, T.Ə.Mustafayev və onun qızları V.T.Mustafayeva və Cavabdeh2a göstərilmişdir. T.Ə.Mustafayevin və G.Q.Hüseynovanın faktiki nikah münasibətlərindən Cavabdeh2, V.T.Mustafayeva və Cavabdeh2a adlı uşaqları doğulmuşdur. 24 iyul 1993-cü il tarixdə T.Ə.Mustafayev və G.Q.Hüseynova faktiki nikah münasibətlərini rəsmiləşdirmişlər. G.Q.Hüseynova 09 mart 2006-cı il tarixdə vəfat etmişdir. T.Ə.Mustafayev 2007-ci ildə İddiaçı ilə faktiki nikah münasibətlərinə daxil olmuş və tərəflər nikahlarını 24 iyun 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Həmin vaxtdan başlayaraq, İddiaçı Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evində T.Ə.Mustafayev ilə birlikdə yaşamışdır. T.Ə.Mustafayev valideynləri vəfat etdikdən sonra 21 aprel 2016-cı il tarixli, 2V-17 nömrəli və 2V-18 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almış və bununla da valideynlərinin ölümündən sonra qalmış miras əmlakdan 1/1 hissədə pay almışdır. 26 aprel 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,1407 hektar ölçüdə torpaq sahəsinin 0,08442 hektar hissəsi və 221.9 kvadratmetr ölçüdə fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında T.Ə.Mustafayevin adına qeydə alınmışdır. 17 fevral 2023-cü il tarixdə T.Ə.Mustafayev vəsiyyatnamə tərtib edərək, ona məxsus bütün əmlakını birinci nikahıından doğulmuş oğlu Cavabdeh2 vəsiyyət etmişdir. T.Ə.Mustafayev 03 mart 2023-cü il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində vəfat etmişdir. Cavabdeh2 04 avqust 2023-cü il tarixdə ərizə ilə Biləsuvar rayon notariat ofisinə müraciət edərək, T.Ə.Mustafayevdən miras qalmış əmlaklara dair ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 06 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən Cavabdeh2 Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,08442 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlakından Cavabdeh2 1/1 hissədə pay verilməsinə dair vəsiyyatnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə həmin əmlaklar Cavabdeh2 adına qeydə almışdır. 21 dekabr 2023-cü il tarixdə mərhum T.Ə.Mustafayevin arvadı İddiaçı Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 06 sentyabr 2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini və Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,08442 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlakdan məcburi payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli Qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə əsasən Mülki Məcəllənin 1193-cü maddəsi ilə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarına görə vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Məcburi pay tələb etmək hüququnun vəsiyyətnamənin mövcudluğundan asılı edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair qeyd edilməlidir ki, Mülki Məcəllənin 1193-cü maddəsi məhz cəmiyyətdə təşəkkül tapmış hüquqi və mənəvi prinsiplərə uyğun olaraq, məcburi pay hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Vərəsə ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən olunmuşdur. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 03 mart 2023-cü il tarixdə vəfat etməzdən əvvəl T.Ə.Mustafayev bütün əmlakını ölümündən sonra oğlu Cavabdeh2 vəsiyyət etmiş və vəsiyyətnamə əsasında cavabdehə 06 sentyabr 2023cü il tarixdə Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X.R.Məmmədov tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,08442 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlakından Cavabdeh2 1/1 hissədə pay verilməsinə dair vəsiyyatnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında isə 12 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə həmin əmlaklar Cavabdeh2 adına qeydə alınmışdır. Habelə Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədovun məhkəməyə ünvanladığı iddiaya dair yazılı etiraz ərizəsindən görünür ki, X.R.Məmmədov iddiaçıya və T.Ə.Mustafayev digər birinci dərəcəli vərəsələrinə T.Ə.Mustafayevdən miras qalmış əmlakdan mirasın qəbulu və ya imtinası ilə bağlı məktub gondərilsə də, həmin şəxslər həmin məktuba heç bir münasibət bildirməmiş və qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etməmişlər. Buna görə də X.R.Məmmədov 06 sentyabr 2023-cü il tarixdə Cavabdeh2 adına 2V-433 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına görə Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə isə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı ilə isə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqelər mirasda məcburi pay hüququna da şamil olunmalı və belə payın qəbulu hər hansı xüsusi qəbul müddətinə tabe olmamalıdır. Habelə həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı olmadığını qərara almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında nəzərdə tutulmuş 1246-cı maddə, yəni “vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər” maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə öz əhəmiyyətini itirmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yeni redeksiyasında qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarının 3-cü bəndinə görə isə mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qərar çıxarıldığı vaxt məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. İş materiallarından isə görünür ki, hazırki mülki mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarının çıxarıldığı vaxt məhkəmənin icraatında olmuşdur. Məhkəmə mülki iş materiallarına əlavə edilmiş sənədləri və qanunvericiliyin yuxarıda göstərilən normalarını nəzərə alaraq hesab edir ki, mərhum T.Ə.Mustafayev bütün əmlakını oğlu Cavabdeh2 vəsiyyət etsə də, onun birinci dərəcəli vərəsəsi olaraq iddiaçı həmin əmlaklarda məcburi pay hüququna malikdir. Həmçinin İddiaçı mərhum T.Ə.Mustafayevdən qalmış əmlaklara məcburi pay hüququ mirasın qəbul müddətlərindən asılı deyildir. Həmçinin "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Həmin Qanunun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. Həmçinin həmin Qərara görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Halbuki, iş materiallarında olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X.R.Məmmədov tərəfindən İddiaçı cavabdehin mərhum T.Ə.Mustafayevdən miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi və həmin mirasın qəbul edib-etməmələri barədə bildiriş məktubu 05 sentyabr 2023-cü il tarixdə tərtib edildiyi gündən bir gün sonra, yəni 06 sentyabr 2023-cü il tarixdə artıq notarius tərəfindən Cavabdeh2 mərhum T.Ə.Mustafayevdən miras qalmış əmlaklara dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov iddiaya yazılı etiraz ərizəsində iddiaçının mirasdan imtina qəbul edibetməməsi barədə qanunla müəyyən edilmiş müddət ərzində reaksiya vermədiyinə görə İddiaçı mərhum T.Ə.Mustafayevdən miras qalmış əmlaklara dair hüquqlarını itirdiyini bildirmiş və buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Lakin iş materiallarından da göründüyü kimi, məcburi pay hüququ hər hansı müddətdən asılı edilmiş olsaydı belə, İddiaçı bu barədə xəbər verilməli və ağlabatan müddətdə əgər iddiaçıdan miras əmlakın qəbulu və imitina edilməsi barədə reaksiya gəlmədikdə, Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. Bununla da Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq, notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə almamaqla yanaşı, digər vərəsələrin vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görmədən, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,08442 hektar ölçüdə torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 1/1 hissədə payının müəyyən edilməsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edərək, həmin əmlaka dair məcburi pay hüququna malik İddiaçıları bilərəkdən vərəsəlikdən kənara saxlamışdır. Bundan başqa, Cavabdeh2 məhkəməyə ünvanladığı yazılı etirazında, həmçinin məhkəmə iclasında iddiaçının mərhum atası T.Ə.Mustafayevə sağlığında yaxşı baxmadığını, habelə sonuncunun ölümünü tezləşdirdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci amddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmçinin həmin Məcəllənin 1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 iddianın rədd edilməsi əsasları olaraq iddiaçının onun mərhum atasına yaxşı baxmamasını və həmin şəxs qarşısında mənəvi borcunu yerinə yetirməməsini də qeyd etmişdir. Lakin yalnız mərhum T.Ə.Mustafayev sağlığında İddiaçı ləyaqətsiz vərəsə hesab edilməsi barədə məhkəməyə müraciət etmək yolu ilə iddiaçının miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli Qərarına görə mirasda məcburi pay sahibi vərəsəliyin qanun üzrə vərəsəliyin toxunulmaz hissəsi olması qanunvericiliyin miras əmlakın böldüşdürülməsi ilə bağlı normalarının məcburi pay hüququ olan şəxslərə münasibətdə də tətbiq edilməsinə əsas verir. Məcburi pay hüququna malik vərəsələr öz məcburi paylarının həcminə mütənasib olaraq mirasa daxil olan bu və ya digər əmlakın onlara verilməsi, yaxud əmlakın bir miras şərikinə verilib, digərlərinə kompensasiya ödənilməsi və s. ilə bağlı digər vərəsələrlə qarşılıqlı razılıq əldə edə, belə razılıq olmadıqda isə miras əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq bölüşdürülməsi üçün məhkəməyə müraciət edə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddi olaraq tərtib edildiyinə görə həmin şəhadətnamə və onun əsasında Cavabdeh2 verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış faktiki olaarq hüquqi qüvvədən düşmüş hesab edilərək, ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin arvadı və uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinin tələbinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinin tələbinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarına müəyyən etdiyi hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. İşdə olan sübutlarla təsdiq olunur ki, T.Ə.Mustafayevdən qalmış miras əmlak üzərində həmin şəxsin övladları ilə yanaşı həmin şəxsin arvadı İddiaçı da məcburi pay hüququ vardır. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə uyğun olaraq İddiaçı miras əmlakda məcburi payı müəyyən edilməlidir. Belə olan halda, məhkəmə cəmi 4 nəfər birinci növbətli vərəsənin olmasını nəzərə alaraq hesab edir ki, miras əmlak - Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evində və və həmin evin yerləşdiyi torpaq sahəsinin 0,08442 hektar ölçüdə torpaq hissəsində İddiaçı 1/8 hissədə məcburi payı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, mərhum T.Ə.Mustafayevin birinci dərəcəli vərəsələri hesab edilən X6 və X12 izah edilməlidir ki, Cavabdeh2 verilmiş 06 sentyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 12 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edildiyinə görə həmin şəxslər ataları T.Ə.Mustafayevdən miras qalmış Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evində və və həmin evin yerləşdiyi torpaq sahəsinin 0,08442 hektar ölçüdə torpaq hissəsindən paylarının ayrılması barədə notariat kontoruna və ya məhkəməyə müraciət etməyə haqlıdırlar. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 10 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 90 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 10 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin 1/3 (üçdə bir) hissəsi qismində 30 manat pul vəsaiti Cavabdeh2, digər 1/3 hissəsi qismində 30 manat məbləğində pul vəsaiti cavabdeh Biləsuvar rayon notariat ofisinin notariusu X7 və digər 1/3 hissəsi qismində 30 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsindən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası qismən təmin edilsin. X14 miras əmlakına dair Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən Cavabdeh2 adına verilmiş 06 sentyabr 2024-cü il tarixli, 2V-433 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən, ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,1407 ölçüdə torpaq sahəsinin 0,08442 hektar ölçüdə hissəsinin tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 12 oktyabr 202-cü il tarixli, ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin. İddiaçı X8 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 aprel 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X14 tam mülkiyyətində olan Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən, ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,1407 ölçüdə torpaq sahəsinin 0,08442 hektar ölçüdə hissəsində məcburi payı 1/8 (səkkizdə bir) hissədə müəyyən edilsin. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X12 izah edilsin ki, onlar ataları X8 miras qalmış, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən, ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,1407 ölçüdə torpaq sahəsinin 0,08442 hektar ölçüdə hissəsindən məcburi paylarının ayrılması barədə həmin daşınmaz əmlakın yerləşdiyi yer üzrə notariat kontoruna və ya məhkəməyə müraciət etməyə haqlıdırlar. İş üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh2, digər hissəsi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh Biləsuvar rayon notariat ofisinin notariusundan və başqa bir hissəsi qismində isə 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsindən İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar