Məhkəmə qərarları › İş №e-2(022)-1972/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1972/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1972/2025 05.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X2 qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET L xidməti, İmei kod **********25956 HONOR X8B üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43.20 (qırx üç manat 20 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən GREE kondisioner, ZƏMANƏT + 3 İL xidməti üçün 498.84 (dörd yüz doxsan səkkiz manat 84 qəpik) manat ödənilməmiş hissə, 49.88 (qırx doqquz manat 88 qəpik) manat cərimə, ümumilikdə 1023.92 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 24 (iyirmi dörd) qəpik pul vəsaitinin cavabdeh X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən PAKET L xidməti, İmei kod **********25956 HONOR X8B, GREE kondisioner, ZƏMANƏT + 3 İL xidməti almış və nəticədə 1023.92 (bir min iyirmi üç manat 92 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 582 (beş yüz səksən iki) manat (12 ay x 48.5 manat + 0 manat ilkin ödəniş) olan PAKET L xidməti, İmei kod **********25956 HONOR X8B üçün ümumilikdə, 475.20 (dörd yüz yetmiş beş manat 20 qəpik) manat olmaqla ondan, 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 43.20 (qırx üç manat 20 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1583.04 (bir min beş yüz səksən üç manat 4 qəpik) manat (24 ay x 65.96 manat + 0 manat ilkin ödəniş) olan GREE kondisioner, ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 548.72 (beş yüz qırx səkkiz manat 72 qəpik) manat olmaqla ondan, 498.84 (dörd yüz doxsan səkkiz manat 84 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 49.88 (qırx doqquz manat 88 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1234.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025 -ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET L xidməti, İmei kod **********25956 HONOR X8B 582 (beş yüz səksən iki) manata 12 ay müddətinə hər ay 48,5 manat və 1583.04 (bir min beş yüz səksən üç manat 4 qəpik) manata 24 ay müddətinə hər ay 65.96 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET L xidməti, İmei kod **********25956 HONOR X8B üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43.20 (qırx üç manat 20 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, GREE kondisioner, ZƏMANƏT + 3 İL xidməti üçün 498.84 (dörd yüz doxsan səkkiz manat 84 qəpik) manat ödənilməmiş hissə, 49.88 (qırx doqquz manat 88 qəpik) manat cərimə, ümumilikdə borc 1023.92 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X3 müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET L xidməti, İmei kod **********25956 HONOR X8B üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43.20 (qırx üç manat 20 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən GREE kondisioner, ZƏMANƏT + 3 İL xidməti üçün 498.84 (dörd yüz doxsan səkkiz manat 84 qəpik) manat ödənilməmiş hissə, 49.88 (qırx doqquz manat 88 qəpik) manat cərimə, ümumilikdə 1023.92 manat pul cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET L xidməti, İmei kod **********25956 HONOR X8B üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat 20 (iyirmi) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən GREE kondisioner, ZƏMANƏT + 3 İL xidməti üçün 498 (dörd yüz doxsan səkkiz) manat 84 (səksən dörd) qəpik ödənilməmiş hissə, 49 (qırx doqquz) manat 88 (səksən səkkiz) qəpik cərimə, ümumilikdə 1023 (min iyirmi üç) manat 92 (doxsan iki) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 24 (iyirmi dörd) qəpik pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar